0
Thursday 17 November 2011 - 17:17

Çinin iqtisadi və hərbi gücünün artması barədə Obamanın etirafı

Story Code : 114740
Çinin iqtisadi və hərbi gücünün artması barədə Obamanın etirafı
Çinin iqtisadi və hərbi gücünün artması barədə Obamanın etirafı
Avstraliyaya səfərdə olan ABŞ prezidenti bu ölkənin paytaxtı Kamberrada Çini beynəlxalq aləmdə super dövlətlərin qanunlarına riayət etməyə çağırıb. ABŞ prezidenti bildirib ki, Ağ Evin Çindən qorxması və onu sıradan çıxarmaq istəməsi barədə yayılan fikirlər yanlışdır.

Obama eyni zamanda qeyd edib ki, Pekinin iqtisadi siyasətində onu qane etməyən nöqtələr var və bu daha çox pul kütləsi ilə bağlıdır. Obama deyib ki, əgər Çin sakit okeanın hər iki tərəfində həmkarlığa meyillidirsə ticarət sahəsində siyasətlərini
yenidən nəzərdən keçirməlidir.

Obama son həftədə ikinici dəfədir ki, Çinin iqtisadiyyatı barədə bəyanət verir. O OPEK başçılarının iclası haşiyəsində də Çinli həmkarı ilə görüşərkən Pekinin iqtisadi və pul siyasətləri ilə bağlı rahatsızlığını bildirib.

Çin ABŞ-ın bir milyard dollardan artıq istiqrazını alaraq Ağ Evin ən çox borclu olduğu ölkəyə çevrilib. Belə ki, Amerika ilə alış-verişdə 200 milyard dollar pul kütləsi dövriyyədədir.

Bir çox iqtisadçı ekspertlər bu fikirdədir
ki, ABŞ prezidentinin Çin iqtisadi siyasətini tənqidi senat və konqresin təzyiqlərindən qaynaqlanıb. Amerika konqresmenləri bu fikirdədir ki, Amerikanın iqtisadi uçuruma yuvarlanmasında Çinin müstəsna xidməti var. Onların nəzərincə Çin pul vahidi yuanın dəyəri güclənməzsə ABŞ iqtisadiyyatında dirçəliş ola bilər.

Bu bəyanatlara cavab olaraq Pekin rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ-ın büdcə kəsiri, bu ölkədəki işsizlik və böhran Amerikanın yanlış siyasətlərinin nəticəsidir və Pekinə aidiyyatı yoxdur. Digər
bir tərəfdən Pekin bildirir ki, ABŞ və Avropa dövlətlərinin siyasətləri nəticəsində onların Çinlə ticarət dövriyyəsi azalmışdır. Beləcə yuanın qiyamətinin qalxması dollar üçün təhlükəli deyil. Pekin son 5 ildə öz pulunun dəyərini 20% artıra bilib. Amma bu artım ABŞ və Avropa dövlətləri ilə ticarət dövriyyəsinin artımına təsirli olmayıb.

ABŞ prezidenti Çinin iqtisadi və hərbi qüdrətinin artmasından nigaran olmadıqlarını iddia etsə də iki ölkə arasında gərginlik artmaqdadır.

Amerika senatı Çini
tənbeh etmək üçün yeni bir qanun tənzimləyib. Belə ki, Çindən gələn bəzi malların gömrük haqqı iki qat artırılıb. Digər tərəfdən Ağ Ev Çinin regiondakı müxaliflərini açıq-aşkar himayə edir.

Nəticə olaraq deyə bilərik ki, Obamanın Çinlə bağlı iddiası Ağ Evin nigaran olmadığını yox, bu nigarançılığın artdığını göstərir. Bu bəyanatı Çinin dünya miqyasında mövqelərinin möhkəmlənməsinə qarşı siyasi manevr hesab etmək olar.

İSLAMTİMES - TƏRCÜMƏ ŞÖBƏSI
Source : islamtimes
Related Stories
Comment