0
Sunday 8 January 2012 - 00:29

Ağ Ev İrana münasibətdə təşviş içində

Story Code : 128419
Ağ Ev İrana münasibətdə təşviş içində
Ağ Ev İrana münasibətdə təşviş içində
İran Amerikaya məxsus təyyarə daşıyan gəmiləri hədələdikdən və Hörmüz boğazını bağlayacağını bəyan etdikdən cəmi bir neçə gün sonra Ağ Ev Fars körfəzində iştirakının əhəmiyyətini şişirtməyə başladı. İran İslam Respublikası Vilayət 90 hərbi təlimləri ilə öz hərbi gücünü ortaya qoydu. Fars körfəzindəki ABŞ təyyarədaşıyan gəmilərinə xəbərdarlıq edildi və Ağ Ev İranın xəbərdarlıqları qarşısında geri çəkilməyə məcbur oldu. Amma çox keçmədi ki, belə bir xəbər yayıldı: 13 İran balıqçısı piratlar
tərəfindən girov götürülüb və amerikalılar onları xilas edib. Maraqlıdır ki, xəbər yayılmazdan azca öncə ABŞ-ın eyni gəmisi İranın xəbərdarlığı ilə Fars körfəzini tərk edib.

ABŞ iddia edir ki, Ərəb dənizi və Ədən körfəzində ticarət yüklü gəmilərin təhlükəsizliyini təmin edir. Bu gəmilər Somali piratları tərəfindən hədələnir. Hansı ki, İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri də bu regionda piratlarla mübarizə aparır və dəfələrlə xarici gəmiləri onların hücumundan müdafiə edib. Amma İran heç
vaxt bunu təbliğ etmir.

Amerikanın yaydığı son xəbər isə çox şübhəli görünür. Maraqlıdır ki, bu hadisə baş verməmişdən öncədən ABŞ helikopterləri tərəfindən məntəqə videolentə alınmışdır. Bu lap hollivud filimlərinə oxşayır. Hadisədə sanki tamaşa göstərilir. Bu hadisənin saxta olduğu sübuta yetsə də onun həqiqətini qəbul etmək heç nəyi dəyişmir. Hadisə Ədən körfəzi yaxınlığında Somali piratlarının pusquları ətrafında baş verib.

ABŞ gəmisinin kapitanı elan edib ki, balıqçı gəmisi 40 gün dəniz quldurlarının
girovu olub. İran gəmisindən ətrafdakı gəmilərə siqnal daxil olub. Bütün bunlar təsadüfi görünə bilər. Amma Hörmüz boğazında manevrlərdən və ABŞ gəmisinə xəbərdarlıqdan sonra hadisənin baş verməsi şübhələr yaradır. İranın əsas neft nəqli yolu olan Hörmüz boğazını bağlamaq planı Amerikanı çıxılmaz vəziyyətə salıb. Buna görə də Ağ Ev bir neçə İran balıqçısını xilas etmək ssenarisi ilə Fars körfəzində mövcudluğunun zəruriliyini sübuta yetirmək istəyir.

IslamTimes - Tərcümə şöbəsi
Related Stories
Comment