0
Monday 19 March 2012 - 00:22

Daha bir prinsipial fərq

Story Code : 146676
Daha bir prinsipial fərq
Daha bir prinsipial fərq
Islam times.org/az/ - Azərbaycanda dindarlara qarşı represiya tədbirləri davam edir. Əsas əməliyyatlar paytaxtda aparılsa da, Respublikanın regionları bu kampaniyadan kənar qalmayıb. Gəncə, Yevlax, Ucar, Masallı, Quba, Hacıqabul rayonlarında son günlər dindarların saxlanıldıqları barədə məlumatlar bildirilir. Maraqlı olan odur ki, Azərbaycanda olan sələfilər dünyanın hər yerində olduğu kimi demokratik dəyərlərdən uzaqdır, onlar da dindar hesab edilir ancaq həbsə atılmır.

Daha maraqlısı olanı budur ki, axırıncı 8-9 ay ərzində müxtəlif hökumət və dövlət qurumlarında iş qəbul edilənlər arasında sələfilər çoxluq təşkil edir, əvvəl işləyənlər arasında sələfiliyi qəbul edənlər də çoxluq təşkil edir. Özü də onlar bizim Bakı küçələrində gördüyümüz sələfilər kimi uzun saqqal ködək balağ deyil, əməlli başlı kostyum və qalstuk geyinir, üzlərini də tüksüz saxlayırlar. Yəni xarici görnüşünə görə dünyəvi məmurlardan fərqlənmirlər.

Şiələrə qarşısa Azərbaycan hakimiyyəti açıq aşkar represiya kampaniyası aparır. Anar Bayramlının həbsi ilə start verilən növbəti repr
siya kampaniyası müxtəlif dindar jurnalist və ictimai fəalların həbsi ilə davam etdi. Onların arasında Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov, İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov, “İslam həqiqətləri” qəzetində köşə yazarı Əbülfəz Bünyadov, Bülbülə qəsəbəsindəki “Ağabalabəy” cümə məscidinin axundu Hacı Səxavət Əliyevin adlarını çəkmək olar.

Bir qayda olaraq, ilkin zamanda bu dindarlar ya narkotik, ya da qanunsuz silah saxlamaqda ittiham olunaraq həbsə atılıblar. Dindar fəallardan başqa daha 35-40 nəfər dindarlar da həbsə atılıb və bu gündə yenə həbslər davam edir. İlk ittihamlardan sonra bu dindarlara qarşı irəli sürülən ittihamlar CM-nin 276, 277 və 278-ci maddələrlə xarakterizə edilir, bəzən birbaşa konkret olaraq maddə göstərilir. Yəni saxlanılan zaman CM-nin 234.1-ci maddəsini işə salırlar, sonra müstəntiqin geniş zamanı olduğundan ssenari və sifarişə uyğun olaraq istintaq aparır.

Lap əvvəldən ta sona qədər bütün ittihamlar şə
, böhtan və yalandan ibarətdir. Açığın desəm məncə artıq bütün dünya bilir ki, Azərbaycan vətəndaşların cibinə və ya ona məxsus məkana narkotik və silah qoyulmaqla həbsə atıla bilər, istintaq zamanı təzyiq, işgəncə altında ona istənilən ittihamnaməyə qol çəkdirmək olar. Yenə deyirəm istənilən cinayətə.

Məsələn, istintaq istəsə ki, 1991-ci ildə Bakıda anadan olmuş müttəhim 1881-ci il martın 1-də Peterburqda Rusiya imperatoru Aleksandr İİ-yə qarşı təşkil olunan terror aktını üzərinə götürsün, istədiyinə asanlıqla nail olacaq. Yəni Azərbaycanda müttəhim müstəntiq üçün, ikincinin birinciyə qarşı davranışında məhdudiyyətsiz olaraq hər şeyə yol verə biləcəyi sərbəstlik, “səlahiyyət”, iradə var. Hər şey deyərkən mən sözün hərfi mənasını ifadə edirəm. İstintaqda sifariş nəisə o da olmalıdır, qanun qayda orda adi kağız belə deyil.

Müstəntiqin tərtib etdiyi ittihamnaməni imzalamaqdan imtina edən (hansı ki, orda irəli sürülən ittihamlar şər və böhtandır) müttəhim hər cür işgəncəyə, hətta cinsi və fiziki zorlanmaya da məruz qala
bilər, bilir və nə qədər ki, zalım hakimiyyət dəyişməyib biləcək. Bir sözlə Azərbaycanda şərlənmə ilə həbs atılanların mif olduğun iki cür insan şübhə edə bilər :

Ya Azərbaycan hakimiyyətini tanımayan ki, belə birisi heç ABŞ-da da yoxdur, ya da Əli Həsənov kimi qərəzli mövqe sahibi. Bu represiya dalğasında həbs olunanların hamısı şiə müsəlmanıdır.

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata verdiyi açıqlamalarda deyib : “Biz İranla xarici siyasətimizi mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qururuq. Son zamanlar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ölkəyə bağlı müəyyən çevrələr tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan bəzi arzuolunmaz, o cümlədən terror cəhdlərinin qarşısının alınması istiqamətində müvəffəqiyyətli əməliyyat həyata keçirdi.

İranın bəzi dairələri əsası olmayan şəkildə məhz buna cavab olaraq “alternativ tədbir” kimi Azərbaycana qarşı, onu bu və ya digər fəaliyyətdə ittiham edən, günahlandıran nota verib. Bu bizim arzu etdiyimiz h
l deyil”. Bu həmin Əli Həsənovdur ki, Anar Bayramlı adında müxbirin tanımadığını iddia edib. Bu isə həmin Anar Bayramlıdı ki, onun müdafiəsinə ABŞ-da, bir neçə təşkilat qalxıb və onu həbs edilmiş jurnalist kimi tanıyır.

Azərbaycan telekanalarının kriminal xəbərlərində hər gün onlarla adamın CM-nin 234.4.3. maddəsi ilə həbsə alındığını görürük. Yerigəlmişkən onların arasında İran vətəndaşlarının da olduğu az səslənmir. Amma nə üçün heç kim Əli Həsənova sual vermir ki, satış məqsədi ilə kiloqramlarla narkotiklə tutlan və sıralarında İran vətəndaşları da olan bu adamlar (CM-nin 234.4.3. maddəsi ilə ittiham olunanlar) haqqında heç bir təşkilat bəyanat vermir, mətbuat yazmır və vijdan məhbusu sayılmır ?

Mən şübhə eləmirəm ki, həbs edilən dindarların İslam Respublikasına simpatiyası var, amma onların əslində məhz bu səbəbdən həbsə atılmasına şübhə edən normal adamın mövcudluğun təsəvvür etmirəm. İndi belə çıxır ki, Azərbycanda İrana simpatiyası olan ya həbsdə olmalıdır ya da qəbirdə. Onda məntiqi bir sual yranır :

Hansı səbəbdən ABŞ, Avropa ölkələri, İsrail və hətta Səudiyyə Ərəbistanına simpatiya bəsləmələrini mətbuatda belə açıq ifadə edən adamlar kütləvi həbsə atılmır əksinə Kərəm Həsənov kimi vəzifə başında oturur ? Bu sualın cavabını çoxları bilmir ya da yanlış bilir amma mən yazacağam.

Dərhal onu qeyd edim ki, bunun səbəbi heç də İranın Ermənistanla əlaqələrində deyil. ABŞ-ın Ermənistana verdiyi dəstəyi İran heç yüz ilə də verib qurtara bilməz. Səbəb ondadır ki, ABŞ, Avropa, İsrail, Səudiyyə öz pərəstişkarlarını əvvəl azadlıqda çox yaxşı qiymətləndirir və müdafiə edir, əgər həbs edilərlərsə (belə hallr olub) onun azadlığ çıxmasını bəzən təhdidlə Azərbaycan hakimiyyətindən tələb edirlər və buna nail olurlar. Bax bu da dindar məhbuslarla digər siyasi məhbuslar arasındakı daha bir prinsipial fərqdir.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru

Source : islamtimes
Comment