0
Thursday 5 April 2012 - 00:00

20 illik qrup

Story Code : 150440
20 illik qrup
20 illik qrup
Islam times.org/az/ - 20 il əvvəl, 1992-ci ilin martın 24 –də ATƏT-in Nazirlər Şurasının Helsinkidə keçirilmiş görüşündə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün Minsk Qrupu yaradıldı.

Azərbaycan, Ermənistan, Rusiya, ABŞ, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir. 1996-cı ilin sonundan Minsk qrupunun Rusiya, ABŞ və Fransa olmaqla 3 həmsədrləri var.

Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.

Minskə heç bir aidiyatı olmasına və Minsk şəhərində bir dəfə də olsun toplantı keçirməməsinə baxmayraq, hamımızın yaxşı tanıdığı Minsk qrupunun artıq 20 yaşı oldu. Bu həm də o deməkdir ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün Avropanın 20 illik fəaliyyəti gözqabağında nəticəsiz qalıb və Azərbaycan bir kvadrat santimetr də olsun torpaqlarını işğalçılardan azad etməyib.

Minsk qrupunun 20 yaşına bir neçə gün qalmış Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında Avropa Birliyinin ATƏT-in Minsk qrupunda Fransanı əvəz etməsini nəzərdə tutan sənəd qəbul olunub. Sənəddə Birliyin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunda Fransanın mandatını əvəz etməsi təklif olunur. Bu təklif bir ay müddətinə Avroparlamentin plenar iclasında səsverməyə çıxarılmalıdır.

Komissiyanın qərarıyla bağlı Milli Məclisin bəzi deputatlarının reaksiyası əlinə yeni oyuncaq alan körpənin sevincinə bənzədi. Mətbuata verdiyi açıqlamada YAP üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib : «İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması ciddi narahatlıqlar doğurur. Müəyyən dairələr bu prosesin qarşısını almaq və münaqişənin nizamlanmasının yollarını daha da sürətləndirmək, daha çevik mexanizm əldə etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Mən bunu belə bir cəhd kimi dəyərləndirirəm. Amma hələ irəlidə nələrin baş verəcəyini indidən söyləmək mümkün deyil. Avropa İttifaqının Fransanı əvəzetməsi üçün bu təşkilatın özünün müəyyən strukturlarının müvafiq qəraralarına ehtiyac var. Ona görə, indidən fikrə konkret münasibət bildirmək mümkün deyil”.

Deputat Zahid Oruc isə deyib ki : “hesab edirəm Frasanın tərəfli siyasətinin son dövrlər daha da açıq müstəviyə keçməsi özlüyündə ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə vadar edir. Fransanın Minsk qrupunda Avropa İttifaqı ilə əvəzlənməsi Qarabağ münaqişəsinin ədalətli həlli üçün müsbət hal kimi qiymətləndirilməlidir. Avropa Birliyinin
u məsələdə fəal mövqe nümayiş etdirməsi bütün hallarda yaxşı hadisə olardı”.

Bahar Muradova haqlı deyil. Birincisi bu qərarın qəbul olunması üçün heç bir əlavə tədbirə filana ehtiyac yoxdur. Çünki münaqişənin həllini, yenə deyirəm həllini nəzərdə tutan diplomtik xəritə mövcud deyil. Diplomatik xəritə adı ilə media, dövlət rəsmiləri və diplomatlar vasitəsilə ictimaiyyətə təqdim edilən proseslər sadəcə konfliktin aktiv fazaya keçməməsi, müharibənin başlanmaması üçün aparılan işlərin bizə GÖRÜNƏN tərəfidir.

Deməli, görünməyən tərəf də var bunu yadda saxlayaq. Səhv eləmirəmsə bu yaxınlarda elə fransalı həmsədr Jak For jurnalistlərimizə demişdi ki, “biz olmasaydıq çoxdan mühribə başlamışdı”.

Səfirin bu sözlərini bizim mediumlar və ekspertlər götürdülər höyduhöyduya. Ancaq həqiqətən Minsk qrupunun fəaliyyəti dövründə Azərbaycan Qarabağdakı işğalçıları və Ermənistanı məhv etməyibsə deməli bu fransızın sözündə bizə göstərilən həqiqət var. Ancaq bundan da böyük həqiqət və bizə açıq göstərilməyən tərəf odur ki, münaqişənin aktiv fazaya keçməməsi üçün konflikt tərəflərini nəzarəti altında saxlayan Rusiya nə hərb nə sülh şəraitindən tam məmundur.

Qısası Rusiyanın razılığı olmasa Azərbaycan da daxil olmaqla possovet məkanında, neftindən gəlirindən aslı olmayaraq heç bir respublika nəinki müharibəyə başlaya bilər, hətta kirbit belə yandıra bilməz. Maraqlı burasındadır ki, bu vəziyyətlə həm ABŞ həm də AB razılaşıb.

Deputat Zahid Oruc da obyektiv çıxarış etməyib. İndi bəzi ekspertlər bu fikirdədir ki, Fransa elə əvvəldən Ermənistana bir sipatiya sərgiləyirdi, sonra da Türkyənin soyqırım məsələsi ortaya çıxdı və bununla da Azərbaycanın Fransaya olan etimadı sarsıldı. Mən də o qənaətdəyəm ki, Fransa hökuməti qondarma soyqırımla, dilənçi və onun bunun altında istismar olunan Ermənistana simpatiya göstərməklə, özünü Azərbaycan xalqının fözündən salıb. Minsk qrupunun fəaliyyətinə gəlincə isə ondan həlledici addım gözləmək bizim üçün sadəlöhvlük olardı. İndi Avropa Parlamentinin sənədi səsverməyə çıxarıb qərar qəbul etməsi üçün hələ bir neçə həftə var. Ola da bilər ki, heç səsverməyə belə çıxarılmasın.V ə ya səsverməyə çıxarılarsa çox güman ki, təklif keçməsin. Niyə ?

Ona görə ki, avropalılar hər nə olsalar da axmaq deyillər. Onlarda məntiq deyilən xüsusiyyət çox güclüdür, hələ ki, mövzu özlərinə aid olduqda. Avropalılar da çox gözəl bilir ki, Qarabağ münaqişəsinin açarı Brüsseldə və Strasburqda yox Moskvadadır.

Madam AB Fransanı əvəz etdikdən sonra münaqişənin durumunda indikindən fərqli heç bir dəyişiklik olmayacaqsa o zaman hansı ağılla Avroparlament bu təklifin həyata keçməsi üçün viza verməlidir ? Yəni AB imicini korlayacaq qədər ağlını itirib ? AB bikarçılıqdan da əziyyət çəkmir, çünki Azərbaycanla görüləcək hələ çox işləri var. Deməli Komissiyanın bu təklifi ya ümumiyyətlə səsverməyə çıxarılmayacaq, ya da səsvermədə leyhinə ancaq ağlıbaşında olmayan sərxoş deputatlar səs verəcək ki, onlar da zalda əksəriyət olmayacaq.

Islam times - Julian Assange
wikileaks.az@mail.ru
Source : Islamtimes
Comment