0
Monday 23 April 2012 - 22:52

Dumanla gələn Liberman Bakıda nə axtarır?

Story Code : 155987
Dumanla gələn Liberman Bakıda nə axtarır?
Dumanla gələn Liberman Bakıda nə axtarır?
Hər dəfə Bakıya gələndə gəlişi ilə duman da “gətirən” İsrailin baş naziri Aviqdor Liberman bu dəfə də ənənəsinə sadiq qaldı. Son ana qədər gəlişi gizli saxlanılan Libermanın artıq ikinci dəfə qəfil peyda olmasının arxasında gizli məqamlar yəqin ki, mövcuddur. Yoxsa, İsraildə basa-basa gəlib Hacıbala müəllimin “Yevravijn” üçün abadlaşdırdığı Bakını görməyə gəlməyib ki? ən maraqlısı isə son ana qədər səfərin qapalı saxlanmasını Azərbaycan tərəfi Təl-Əvivdən xahiş edib. İsrail XİN-in yaydığı məlumata görə, Liberman prezident İlham Əliyevlə, baş nazirin birinci müavini Yaqub Eyyubovla, XİN rəhbəri Elmar Məmmədyarovla və FHN naziri Kəmaləddin Heydərovla görüşəcək.

Hə xəbərlər dolaşır ki, bəs İsraillə-Azərbaycanın qardaşlıq münasibətlərinin 20 illiyi ilə əlaqədar olaraq Liberman Bakıya gəlib. Bəs görəsən onda niyə rəsmi Bakı bunu gizli saxlamağı məqsədəuyğun sayıb. Digər maraqlı bir məqam isə İsrail nazirinin səfəri ilə Misirin bu ölkəyə verdiyi qazı kəsməsinin üst-üstə düşməsidir. Bəlkə də bu təsadüfdür. Amma bu həyatda təsadüf deyilən bir zadın olmadığını düşünsək onda bu amil də diqqətdən qaçmamalıdır. Yayılan digər bir xəbərdə isə “Qazprom”u qabaqlayan ARDNŞ tarixində ilk dəfə olaraq ölkə xaricində neft quyusu qazacağı deyilir. Bu barədə İzRus portalına İsrailin Bakıdakı səfiri Mixail Lotem bildirib. ARDNŞ-nin törəmə şirkəti olan Caspian Drilling Company (CDC) yaxın vaxtlarda “Med Aşdod” adlanan neft yatağında 6000 metr dərinlikdə qazma işlərinə başlayacaq. Səfir bildirib ki, hazırlıq işləri yekunlaşma üzrədir və yatağa olan əraziyə avadanlıqlar gətirilir. CDC-yə bu layihədə İsrailin Shemen Oil & Gas Resources Ltd (SMOG) konsorsiumu tərəfdaşlıq edəcək. Lotem bildirib ki, Azərbaycan şirkəti bu layihədə 2011-ci ilin payızından iştirak etməyə başlayıb. CDC-nin SMOG-la əməkdaşlıq barədə saziş ötən ilin fevralında bağlayıb. Deməli burnuna neft qoxusu dəyən Liberman bu fürsəti əldən vermək istəməyib.

Bütün bunların fonunda isə daha maraqlı bir məqam var. İsrail artıq bir həftədir ki, İranı vuracağı barədə rəngarəng yuxular görür. Hətta İsrail tərəfi “ABŞ kimdir biz özümüz bunu edəcəyik” deyə sərsəm bəyanatlar da səsləndirir. Digər tərəfdən də son vaxtlarda İran və Azərbaycan arasında süni şəkildə yaradılan qarşıdurma artıq özünün pik həddinə çatıb. İndi MTN-in SEPAH-a işləyən dəstəni tutması, sonra 1.6 milyard dollarlıq silah alveri fonunda Libermanın gəlişi də maraq obyektindədir. Azərbaycan tərəfi isə İsraillə ikitərəfli əməkdaşlıqdan canla-başla danışır.
Source : islamazeri
Comment