0
Monday 18 June 2012 - 13:04

Cəlili Moskvaya gedib; İranla “altılar” arasında yeni dövr müzakirələr

Story Code : 172305
Cəlili Moskvaya gedib; İranla “altılar” arasında yeni dövr müzakirələr
Cəlili Moskvaya gedib; İranla “altılar” arasında yeni dövr müzakirələr
İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili İranla 5+1 qrupu arasında keçiriləcək müzakirələrdə iştirak etmək üçün bazar günü bir heyətin müşayiəti ilə Rusiya paytaxtı Moskvaya səfər edib.

Rusiya XİN mətbuat xidməti bu barədə bir bəyanatda bildirib: İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, Avropa Birliyinin Xarici Siyasət məsələləri üzrə koordinatoru Katrin Eştonvə 5+1 qrupunun yüksək səviyyəli siyasi başçılarının iştirakı ilə keçiriləcək.

Ötən 3 ay ərzində bu ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya diplomatlarının İran İslam Respublikası nüvə müzakirəçiləri arasında sıx və mürəkkəb 3-cü müzakirələr dövrüdür.

Rusiya rəsmiləri İranın nüvə fəaliyyətləri məsələsinin mərhələ-mərhələ şəklində həll olunmasının zəruriliyini qeyd edərək bu dövr müzakirələrə ev sahibi kimi Moskva müzakirələrinə xüsusi diqqət yetirirlər. Onlar habelə müzakirələr ərəfəsində bir daha qərb tərəfindən İrana qarşı birtərəfli embarqoların ləğv olunmasının zəruriliyini vurğulayıblar.

Moskvanın İranla 5+1 qrupu arasında müzakirələrin 3-cü dövrünə evsahibliyi etməyə hazırlaşdığı bir halda bir qrup amerikalı senatorun bu danışıqlar atmosferinin korlanmasına dair ABŞ prezidenti Barak Obamadan istəkləri düşündürücü bir məsələdir.

Moskva müzakirələri ərəfəsində bir qrup amerikalı senator bu ölkə prezidentinə məktub ünvanlayaraq nüvə məsələsində İranla danışıqlar üçün şəraitin təyin olunmasını istəyib.

Mehr İnformasiya Agentliyinin Yadiut Aharnut qəzetinə istinadən verdiyi məlumata görə, Amerikanın 40 senatoru cümə günü Barak Obamaya məktub göndərərək ondan İranın uranın zənginləşdirilməsini dayandırmaqla razılaşmadığı halda bu ölkə ilə müzakirələrə yenidən baxılmasını istəyib.

bu məktubun digər hissəsində ABŞ prezidentindən istənilib ki, Moskva müzakirələrində faydalı nəticələr əldə olunmadığı təqdirdə embarqolar vasitəsi ilə İrana təzyiqləri artırsın.

Rusiyanın Russia-Today televiziyası Moskva iclası başlamazdan öncə bu mətkubu və İran qarşısında amerikalı senatorların mövqeyini düşmənçi mövqeyi adlandırıb. Belə bir halda Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Katrin Eşton deyib ki, 5+1 qrupu Moskvada növbəti müzakirələrdə İranın 5 təklifi barəsində danışıqlara hazırdır.

Eşton 11 iyunda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə telefon danışığında deyib: 5+1 qrupu İranın təklifləri barəsində müzakirəyə hazırdır.

Eşton Moskva müzakirələrinin uğurlu olmasının əhəmiyyətini vurğulayaraq ümidvarlıq edib ki, iki tərəf İranın təklifi və 5+1 qrupunun təlif paketinə əsasən müştərək zəminləri əldə edə biləcək.

23 mayda Bağdad müzakirələrində irəli sürülən İranın təklifləri 5 önəmli sahəni əhatə edir. Onun dördü nüvə enerjisi ilə əlaqədardır və biri isə müxtəlif məsələlər barəsindədir. Əslində İran İstanbulda keçirilən 2-ci müzakirələrin əvvəlindən indiyə qədər 5+1 qrupu üzvləri ilə iclaslarda təklif paketi və məntiqi və prinsipial tələbləri irəli sürməklə sübut edib ki, müzakirələrdə qarşılıqlı hörmət prinsipinin izlənilməsi zəruriliyinə inanır.

Bu vəziyyət səbəb olub ki, siyasi müşahidəçilər Moskva müzakirələrində qarşılıqlı davranışa diqqət yetirirlər. Bu məsələ göstərir ki, 5+1 qrupunun qarşılıqlı rəftarı Moskva müzakirələrinin nəticəsinin formasında yüksək əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, İranın nüvə məsələsi barəsindəki tələbi tam aydındır. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Tehranla 5+1 qrupu arasında Moskva müzakirələri ərəfəsində Rusiyanın Russia-Today xəbər telekanalı ilə müsahibədə deyib: Moskva müzakirələrində uğur əldə etmək üçün İrnaın uranın zənginləşdirməsi haqqının rəsmən tanınacağını gözləyirik.

Cəlli deyib: İran şəffaf məntiqlə hərəkətlərini davam etdirir, danışıqları müsbət qarşılayır və müxtəlif ölkələrlə geniş məsələlər, o cümlədən nüvə enerjisi sahəsində əməkdaşlıqlarla əlsaqədar danışıqlara hazırdır. Buna görə də İstanbul və Bağdad razılaşmalarına hörmətlə yanaşılarsa, Moskva müzakirələrinin nəticələrin nikbin olmaq olar.
Source : İRİB
Comment