0
Tuesday 26 June 2012 - 18:21

Tarixin, yoxsa diktaturanın sonu

Story Code : 174505
Tarixin, yoxsa diktaturanın sonu
Tarixin, yoxsa diktaturanın sonu
Şübhəsiz ki, məşhur Amerika ideoloqu Samuel Hantinqton kapitalizmi beynəlxalq hadisələrin, başqa sözlə, bəşər tarixinin sonu elan edəndə təsəvvürünə də gəlmirdi ki, dünyada onun nəzəriyyələrini puça çıxaracaq hadisələr yol üstündədir. Çox çəkmədi ki, kapitalizmi dünya mədəniyyəti kimi xalqlara qəbul etdirmək istəyən bir ovuc dövlət böhran yaşadı.

Hazırda Hantinqtonun dünyası, ABŞ, Britaniya, Almaniya, Fransa kimi ölkələr diktator siyasətlərin tənha icraçısı olmaqdan yorulub.

İstiqlaliyyət uğrunda ayağa qalxmış ölkələr vahid İslam hökuməti yaratmaq fikrində olmasalar da İran İslam Respublikasının haqq nidası sayəsində təkqütüblü dünyaya etiraz bildiriblər. Artıq imperializmlə mübarizə bəşər mədəniyyətinə çevrilib. Dünyada mövcud olan 196 ölkədən 62%-i yəni ən azı 120 ölkə Qərb və ABŞ-a etiraz edir.

İran İslam İnqilabından 30 ildən artıq vaxt ötüb. Artıq bu inqilab ümumbəşəri xarakter alır, diktatorlar növbə ilə öz taxtından enir. İndi bəzi ölkələr o qədər siyasi yetkinlik qazanıblar ki, Amerikanın ziddinə qətnamələr qəbul olunur. Millətlər cürətə gəlib, işğalçı İsrail rejiminə etiraz bildirir. Artıq bu istiqamətdə ardıcıl qətnamələr qəbul olunur. İranın nüvə proqramının müdafiəsinə qalxan ölkələr cəsarətli mövqe tutub. Sual olunur ki, Amerikanın başçılığı altında 5+1 qrupu nə üçün bütün dünyaya qarşı dayanaraq İranın nüvə proqramına qarşı çıxır? Nə üçün İranın nüvə proqramı təhlükə sayılır? Hansı ki, nüvə silahını ilk dəfə işlədən ABŞ-ın ixtiyarında külli miqdarda kimyəvi, bioloji silahlar var. İşğalçı İsrail rejimi də nüvə başlıqlarına malikdir. Nə üçün nüvə silahına malik 9 ölkəyə qarşı MAQATE fəaliyyətsizdir? Nə üçün bu ölkələrin təsisatlarında təftiş aparılmır? Necə olur ki, ərəb diktatorları öz işində ikən təkcə Suriyadan demokratiya tələb edilir? İnsan haqqları çomağı İslam Cümhuriyyətinə qarşı istifadə olunur. Amma Bəhreyn, Ərəbistan kimi ölkələrdə diktaturanın əzdiyi xalqın səsinə səs verən yoxdur. Nə üçün demokratiya şüarları altında əl-ələ verən istibdad rejimləri Suriyada hakimiyyəti devirmək istəyir? Hansı ki, özləri demokratiyanın qoxusundan belə xəbərsizdir.

Bütün bu sualların bir cavabı var. Yeganə cavab dünya imperializminin mənafelərinə qarşı olan əsil İslam dinidir. Oyanmış vicdanlar, ayağa qalxmış millətlər zülmə qarşı dayanıb.

Maraqlı nöqtə budur ki, ABŞ və müttəfiqlərinə qarşı etirazlar gücləndikcə BMT-nin əli ilə etirazları yumşaltmağa, özlərini humanist göstərməyə çalışırlar. Qərbin bundan sonrakı anti-İran fəaliyyətləri nəinki təsirli olmayacaq, hətta tədricən digər sahələrdə də mövqelər yumşaldılacaq. Beləcə xalqların müqaviməti sayəsində yaxın gələcəkdə heç bir xalq ABŞ və müttəfiqlərinin əlində alət olmayacaq. Çünki Qərbin bəşər əleyhinə siyasətləri diktatura və kapitalizm tabutunun son mıxlarını çalmaqdadır.
Related Stories
Comment