0
Tuesday 14 August 2012 - 00:30

ABŞ-ın İrana qarşı sanksiyalarına Əliyev rejimi zahirdə qoşulmasada amma həqiqətdə...

Story Code : 187035
ABŞ-ın İrana qarşı sanksiyalarına Əliyev rejimi zahirdə qoşulmasada amma həqiqətdə...
ABŞ-ın İrana qarşı sanksiyalarına Əliyev rejimi zahirdə qoşulmasada amma həqiqətdə...
Islam times.org/az/ - Bu günlərdə mediyada, və ən əsası müxalif yönlü syatların birində daha doğrusu Azadlıq.info-da Royal Bankın bağlanması ilə əlaqədar məlumatlar verilmişdir. Məlumatda deyilirdi ki, Royal Bankın müdürü Əli Cam adlı birisi şəhərdən qaçıb və orada guya xeyli yeyintilər və qanunsuzluqlar aşkarlanıbdır.

Amma saytımızın əməkdaşlarından biri bu məsələni ciddi araşdırmaq üçün bir neçə səylər etdi. Sonda ən etibarlı mənbələrdən əldə edilən məlumatlar, həqiqətin heçdə müxalif xəbər portallarında getdiyi kimi olmadığını ortaya qoydu. Bəzi maraqlı faktları sizlərə çatdırırıq:


Təqribən 1997-ci ildən fəaliyyətə başlayan "Royal Bank of Baku", ilk illərini hakim rejimə məxsus insanların əli ilə fəaliiyətinə başlayıb. Amma Bank sektorunu yaxşı anlamadıqları üçün bəlkədə digər məsələlərə görə, bankın idarəçiliyini əslən İranın Ərdəbil şəhərindən olan, Amerika vətəndaşı Əli Cam adlı şəxs öz öhdəsinə götürür.

Bankın adını dəyişərək Royal Bank of Baku deyil sadəcə Royal Bank qoyur. Əli Cam adlı bank rəhbəri sözün əsl mənasında bu bankda inqilab edir. O. təsisçi rəhbər olandan sonra tez-tez Amerika, Türkiyə və Dubaya işgüzar səfərlər edir. Adi müsəlmanlar kimi ibadət edərək namaz qılır və donuz əti yemir. Amma imkanı olduğundan sadə görsənsədə dəbdəbəli həyat tərzi yaşayır. Lakin özünün dəbdəbəli yaşaması digərlərinin ac qalması demək olmur.

Əldə etdiyimiz etibarlı mənbələrə görə, Əli Cam Azərbaycanda işlədiyi müddətdə xeyli sayda Azərbaycan vətəndaşının əlindən tutaraq onlara yardım edibdir. Əli Cam gələndən sonra bankın nüfuzu qalxmağa başladı, əlavə filiallar açıldı və filialların sayı nəhayət 33-ə çatdı. Biləsüvar və Lerikdə də filiallar açıldı. Xeyli sayda insan halal çörək yeməyə başladı. Amma Bankın çiçəkləndiyi zaman və filiallarının artdığı bir müddətdə Amerikanın İran milli bankına tətbiq etdiyi sanksiya Royal Bankada öz təsirini göstərdi.

Royal Bankın İran İslam Rejimi ilə sıx əlaqəsi yoxdur. Çünki Əli Cam Avropa mədəniyyətinə üstünlük verdiyi üçün şəriət məsələlərinə yetərincə diqqət yetirmir. Amma ibadət edir və donuz əti yemir. Özünü müsəlman sayır. Buda Ərdəbilin müsəlman abu-havasının təsiridir. Sadəcə olaraq Vikiliksin yaydığı məlumatlar Azərbaycanla İran əlaqələrinə balta çalmaq məlumatları idi. Buradanda sionistin iyi gəlməkdədir.

Əli Cam İran Milli Bankının Azərbaycan şöbəsinin rəhbərini də yaxşı tanıyır. Hətta bu günlərdə oda Royal Banka Əli Camın problemi ilə maraqlanmaq üçün üz tutmuşdu. Amma bu məsələni oda həll edə bilmədi. Sonda məlum oldu ki, Royal Bank məsələsi elə Əli Cam məsələsidir. Yəni, Əli Cam İranlı olduğundan və oranın nüfuzlularının bir-ikisini tanıdığından Azərbaycan və sionist rejimi onu İran siyasətinin nümayəndəsi kimi tanımağa başlayıb. Amma bu səhv yanaşma sonda 1500 Azəri vətəndaşının çörəksiz qalmasına səbəb oldu.

Müxalif mediya yalan xəbər verərək Əli Cam ölkədən qaçdı xəbərini dərc etdi. Amma Əli Cam hələdə Bakıdadır və baş ofisdən savayı bütün filiallar bağlanıbdır. Əli Camda hər gün saat 10-11 arası baş ofisə gəlir və saat 5-6 arası oranı tərk edir. Əməkdaşımız baş ofisə yaxınlaşaraq bir-iki nəfərdən sorğu sual edəndən sonra məlum olub ki, Yasamalda yerləşən Göy Şüşəli Bina kimi tanınan Royal Bankın baş ofisi 3 ay iş fəaliyyətini davam etdirəcəkdir. Çünki kredit borcu olan bank əməkdaşları borclarını ödəmək üçün məhz oraya üz tutUrlar.

Müxalifət yönlü mediyanın Əli Cam ölkəni tərk etdi kimi yalan xəbər yayması hansı səbəbə görədir görəsən? Bu cür bir çox qaranlıq məqamlar olduğundan bircə bir şey bəlli oldu ki, Azərbaycanın hakim Əliyev rejimi, Amerikanın İran Milli Bankına tətbiq etdiyi sanksiyaya zahirdə qoşulmasada içəridə ona dəstək verməkdədir. Royal Bank bunun acı nəticəsidir.

Acı ona görə deyirik ki, Əli Cam və 1500 Azəri ailəsinin çörək vay olması, Bakı rejiminin anti-İran siyasətinin mahiyyətidir. Onlar indi anlayıblar ki, zavallı Əli Camın İran İslam rejimi ilə heç bir əlaqəsi yoxdur. O, Avropa mədəniyyətinə üstünlük verən Amerikalı vətəndaşdır. Sadəcə olaraq dədə babasından ona Allaha ibadət etmək irsi qalıb. Oda bunu edib və edirdə. Əli Cam özünə gün ağlayacaqdır. Çünki onun Amerika, Dubay, Təbriz və digər yerlərdə bankları vardır. O, sırf ticarətçi bir insandır. Amma vay bizimkilərin halına. 1500 nəfər ən azıdır. Biz 1500 nəfər deyəndə 33 filialda işləyənləri nəzərdə tutmuruq. Ailədə bir nəfər Royal Bankda işləyəndə 4-5 nəfər ailə üzvü oranın maaşından bəhrələnirdi. Bir 3 nəfərdən götürərək 1500 deyirik oda təqribi. Amma həqiqətdə bu rəqəm üç dəfə artıq ola bilər. Əli Cam bu məsələ haqda bir söz deməsədə amma onun işlətdiyi bircə kəlmə həqiqətən haqlı bir kəlmədir. " Mən sizin millətinizin nümayəndələrinə çörək verirəm" Döğurdanda belədir.

Royal Bankın işçiləri məgər pullarını Ərdəbilə göndərirdilər Ya Amerikaya? Öz balalarına yedirdilərdə qardaş. Sionistin və Amerikanın tətbiq etdiyi sanksiya nəin ki, İrana Azərbaycanada təsir göstərəcəkdir və göstərirdə. Bu sanksiyalar İrana çoxda güclü təsir etmir. Haradasa boşluqlar yaransada, İran İslam rejiminin qurduğu siyasət o boşluqları doldura bilir. Vay bu millətin məzlumlarının halına. Bizim boşluğumuzu kim dolduracaq görəsən?

İSLAMTİMES - ELOĞLU
Source : Islamtimes
Comment