0
Monday 20 August 2012 - 23:10

Mətbuata qarşı növbəti təzyiqlər

Story Code : 188878
Mətbuata qarşı növbəti təzyiqlər
Mətbuata qarşı növbəti təzyiqlər
Islam times.org/az/ - Mətbuat günü ərəfəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Mətbuat Şurasında keçirdiyi görüşün təəsüratları hələ bitməmiş müstəqil və qismən müstəqil mətbuata qarşı hakimiyyət tərəfindən təzyiqlərə növbəti start verildi.

MŞ-dakı görüşlə bağlı bir çox müstəqil mətbuat rəhbərlərində ən azı elə yaxın gələcəyə bir nikbin təsəvvürlər və ümidlər formalaşmışdı. Söhbət təkcə hakimiyyətin mətbuata verdiyi maddi dəstəkdən getmir, ancaq bəzi hesablamalarda baxım görürsən ki, son nəticədə təzyiqlərin sonluğu olan elə maddi zərbələr də mətbuat üçün az rol oynamır.


Bir neçə il əvvəl müstəqil mətbuatyayım şirkətlərinə hakimiyyət tərəfindən min bir bəhanə ilə basqılar başladı, həm paytaxtda həm də regionlarda müxtəlif yerlərdə müstəqil yayımçılara məxsus köşklər yığışdırıldı. Hüquqi baxımdan elə bütün yayımçılar müstəqil sayılır, faktiki olaraq isə onların sırasında hakimiyyətin istəklərini həyata keçirən şirkətlər az deyil.

Hakimiyyətin yayım şirkətlərinin ola bilər mülkiyyətçisi birbaşa məmurlar şəxsən özləri olmasa da onların qohumları olur. Müstəqil yayımçıların media bazarından sıxışdırılması hakimiyyətin üstündə gərgin işlədiyi planlardan idi və burda əsas məqsəd elə müstəqil mətbuata zərbə endirilməsi, nail oldular.

Satış aşağı düşdüyündən tirajın da aşağı düşməsi labüdləşdi. Reklam bazarına giriş isə müstəqil mətbuat üçün şirin xəyal olaraq qalır. Bunun da səbəbi yenə gəlib çıxır hakimiyyətin təzyiq siyasətinə, hansı müəssisə risk edib müstəqil mətbuata reklam verməyə cəsarət edərsə, şirkətin sahibini uzun müddətli həbs gözləyə bilər.

Mətbuat kapitanları
ilə sonuncu görüşündən sonra ictimaiyyətə verdiyi açıqlamada Əli Həsənov deyib ki, dövlət orqanları reklamla məşğul olmur. Heç bir dövlət orqanı bu gün mətbuata reklam, elan vermir. Əgər dövlət strukturları reklam versəydi və qəzetlər arasında ayrı-seçkilik salsaydı, onda nədənsə şikayət etmək üçün əsas olardı. Belə bir hal olmadığına görə şikayət üçün də əsas yoxdur. Yalnız “Tender haqqında” qanunda bir müddəa var. Həmin müddəaya görə, dövlət tenderlərinin elanları, məlumatları rəsmi dövlət qəzetlərində dərc olunmalıdır.

Görüş zamanı redaktorlar qanunun bu maddəsinə etirazlarını bildirdilər, dövlət elanlarının, o cümlədən tender elanlarının yalnız dövlət qəzetlərində deyil, özəl qəzetlərdə də dərc olunması üçün həmin müddəanın qanundan çıxarılması təklifini irəli sürdülər. Redaktorlar dedilər ki, dövlətin reklamı niyə yoxdur ? Həqiqətən də dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə, Rusiyada, Avropanın əksər dövlətlərində sosial reklamlara dövlət büdcəsindən ayrıca maddə ilə vəsait ayrılır. Azərbaycanda bu yoxdur. Amma nazirliklərin, komitələrin, icra strukturlarının fəaliyyətinin hansısa şəkildə işıqlandırılması, marketinqi ilə bağlı onların büdcəsində az da olsa vəsait nəzərdə tutulur, müəyyən miqdar ayrılır. Görüşdə təklif irəli sürüldü ki, gələcəkdə dövlət başçısının təşəbbüsü, sərəncamı ilə dövlət idarə və müəssisələrinə büdcələrinin bir faizi miqdarında reklam öhdəliyi qoyulsun.

Onlar büdcələrinin bir faizini əhali ilə təmasa, informasiyalarını yaymağa, fəaliyyətlərini reklam etməyə, müzakirələr aparmağa, təqdimatlar keçirməyə x
rcləsinlər. Yəni bunun üçün pul ayırsınlar. Belə bir məsələ qaldırılıb, təklif irəli sürülüb. Əgər təklif irəli sürülübsə, deməli, onu müzakirə etmək mümkündür.

Prinsip etibarı ilə dövlət rəsmisinin fikirlərindən belə çıxır ki, yenə də büdcə talan edilməlidir özü də mənasız yerə. Mənasız yerə ifadəsini nahaq yerə yazmıram. Çünki Azərbaycanda hətta sosial reklamlar və elanlar belə hökmən hansısa mərmuların maraqlarına xidmət etməlidir. Belə bir sosial reklama baxaq.

Bir iki il əvvəl qış aylarında Ölkənin müxtəlif regionlarında evlərin və mənzillərin partlayışları artmışdı və bu ərəfədə Fövqəladə Hallar Nazirliyinin sosial reklamları mətbuata yayılırdı. Həmin sosial reklamlarda partlayışların yeganə səbəbi kimi qaz sobalarının İran istehsalı olduğu göstərilirdi. Yəni gecə gündüz təbliğ edirdilər ki, evinizə İran sobaları almayan eviniz partlaycaq, xalq arasında bir xof yaradılmışdı. Əvəzində Ziya Məmmədovun şirkətləri almaniya və cənubi koreya istehsalı olan sobaları gətirib doldurmuşdu bazara, yüksək həcmli satışlarda baş verdi, ancaq çox keçmədi ki, bu sobalarda partladı, qeyri rəsmi real aparılan təhqiqata görə isə partlayışa səbəb nə İran sobası olub nə də alman sobası.

Partlayışlar mənzillərə və evlərə verilən təbii qazın keyfiyyətsiz olması və tərkibinin veriliş üçün yararsız olması yeganə səbəblə bağlı olub. Ancaq bir Allahın qulu deyə bilərmi ki, bundan sonra sosial reklam getdi ki, alman sobaları pisdir və ya partlayışın səbəbi elə qazın özündədir və ya bilmədən İran istehsalçılarına böhtan atmışıq bizi bağışlasınlar ?

Xeyir, belə reklamlara olmadı. Niyə ? Çünki əslində hökumət elə əvvəldən bilirdi ki, partlayışların səbəbi qazdadır iran sobasında yox, ancaq məsələ burasındadıır ki, iran sobalarını bazardan çıxarıb yerinə Ziya Məmmədovun biznesini gətirmək lazım idi.

Əlqərəz, sözümün canı ondadır ki, sosial reklamlar da məmurlar xidmət edəcək, ola bilər bunun qəzetlərin gəlirlərinə bir isti soyuğu olmasın və onlar gəlirlərini alsınlar, ancaq yenə hardasa nahaqdan kiminsə babalı yuyulacaq, mətbuat kiminsə əlində vasitəyə çevriləcək, hərçənd mətbuatın elə bir xüsusiyyəti də kiminsə əlində vasitəyə çevrilməkdir.

Ardı var

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment