0
Thursday 30 August 2012 - 22:20

Hakimiyyət Əli Kərimliyə ciddi rəqib kimi baxır ?

Story Code : 191442
Hakimiyyət Əli Kərimliyə ciddi rəqib kimi baxır ?
Hakimiyyət Əli Kərimliyə ciddi rəqib kimi baxır ?
Islam times.org/az/ - Ramazan bayramı ərəfəsində mətbuat səhifələri siyasi skandalla zəbt edildi. Siyasi qalmaqal ondan ibarətdir ki, Bakı şəhər Prokurorluğunda eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı cinayət işin açılıb.

Prokurorluğun verdiyi açıqlamaya görə sabiq ölkə prezidenti Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb. Araşdırma zamanı H. Hacıyev və digərləri Ə.Əliyevin ölümündən əvvəl zəhərləndirilməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər.

Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatirinizdədirsə Elçibəy onkoloji xəstəlik diaqnozu ilə Türkiyəyə müalicə olunmaq üçün getdi və Ankarada da dünyasını dəyişdi. Elçibəyin vəfatının 12-ci ildönümü 22 avqust bu il Ramazan bayarmı ərəfəsində qeyd edilir bu halda belə bir qalmaqal hardan qaynaqlanır.

Yuxarıda yazılanları oxuduqdan sonra mənim bəsit sualımın elə bəsit cavabı da var, çünki Prokurorluğun da məlumatında deyilir ki, iddianı Hafiz Hacıyev qaldırıb. Ancaq Azərbaycana bələd olan adamlar yaxşı bilir ki, Hafiz Hacıyev əliyev rejiminə “köpək”lik edən birisidir. Onun işi və həyatı ondan ibarətdir ki, hakimiyyət ona əmr versin o da hürsün, sonra da ağzına bir sümük verilsin.

Keçmişə, baxsaq görərik ki, Hafiz Hacıyevin fəaliyyəti budur. Ancaq sözsüz hakimiyyətin yuxarı pilləsindən komanda gəlibsə, bu həm də prokurorluğa da məlum olur və onlar cinayət işi açırlar.

Oxucu onu da deyə bilər ki, prokurorluğa müraciət daxil olubsa aydın məsələdir ki, araşdırma aparılmalıdır. Qanuna görə hə, ancaq reallıqda isə tam başqadır, nəinki müraciət əsgərlər öz komandirləri tərəfindən döyülərək qətlə yetirilir, onların üz və bədən nahiyəsində olan işgəncə izləri KİV-nin səhifələrində sürmanşet olur, ancaq prokurorluq cinayət işi açmır və ya videokameraların qarşısında Ziya Məmmədovun qoçuları sürücüləri lapatka ilə döyüb öldürür sonra bu video KİV-nə yayılır ancaq prokurorluq cinayət işi açmır.

İndi necə oldu ki, Hafiz hacıyevin iddiası ilə cinayət işi açdı ? məsələ aydındır artıq. Hafiz Hacıyev həm də onu iddia edir ki, Elçibəyi Əli Kərimli zəhərləyib. Əslində bu iddianın müəllifi hakimiyyət özü olsa da əmri yerinə H.Hacıyevdir, ancaq biz H.Hacıyevin və ideyanın sahibinin istəklərini baxaq.

Sual olunanda ki, hakimiyyət nəyə görə birdən birə belə bir ideyanı reallaşdırır ilk ağıla gələn cavab 2013-cü ilin prezident seçkiləri ilə bağlı olur. Bunu bütün Azərbaycan mətbuatı birağızdan yazdı, ancaq ideya müəllifliyi barədə heç kim yazmadı, heç kim demədi ki, əliyev rejiminin bu fikir ağlına hardan gəlib.


Bizsə yazırıq, bir qədər əvvəl Türkiyədə eks prezident Turqut Ozalın ölümü ilə bağlı belə məlumatlar yayıldı ki, ola bilər Onu zəhərləyiblər. İndi əliyev rejimi bu ideyadan faydalanmaq istəyir.

AXCP sədri Əli Kərimliyə görə isə bu çox qeyri ciddi və absurd bir işdir. Azərbaycan iqtidarı nə qədər çətin vəziyyətdədir ki, Hafiz Hacıyevin ümidinə qalıb. Onun bu qeyri-ciddi açıqlamalarına ciddilik donu geyindirmək üçün prokurorluq orqanlarını da bu işə qoşublar.

Əbülfəz Elçibəy olduqca tanınmış ictimai-siyasi xadim olub. Azərbaycan Respublikasının müstəqilliyinin ikinci dəfə bərpası onun adı ilə bağlıdır. O xəstələnəndən sonra bir neçə xarici klinikalarda müalicə olunub. Sonra da bir neçə ay Türkiyə Silahlı Qüvvələrinin nəzdindəki Gülhanə Tibbi Akademiyasında müalicə və müayinə kursları keçib. Dünyasını da orada dəyişib.

Əbülfəz Elçibəyin necə xəstələndiyi, necə dünyasını dəyişdiyi hər kəsə məlumdur. Gülhanə Tibbi Akademiyasının açıqlamasına görə, Əbülfəz Elçibəy prostat xərçəngi nəticəsində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu qeyri-ciddi, absurd ittihamları ortaya atmaqda hökumətin bir neçə məqsədi var.

Bir məqsədi ondan ibarətdir ki, öz agenturasına buradan tezis verirlər ki, Əli Kərimli ilə Əbülfəz Elçibəyin münasibətlərinin guya pis olması barədə təbliğat aparsınlar. Bunların köhnə, belə təbliğat tezisi olub, indi istəyirlər ki, bunu yenidən aktivləşdirsinlər.

Əsas məqsəd Azərbaycan müxalifətinin 2013-cü il seçki hazırlıqlarına mane olmaqdır. Hakimiyyət çox narahatdır, cəmiyyətdə çox böyük gərginlik var, etiraz var. Bu narazılıq və etirazın seçki kampaniyası dövründə daha da güclənəcəyi gözlənilir.

Hökumət dünyada baş verənləri də müşahidə edir və öz aləmində indi qabaqlayıcı addım atır. İctimai Palatanın və müxalifətin başını qatmaq məqsədi güdür. Amma, onu nəzərə almır ki, belə böyük haqsızlıq bu günədək siyasətə biganə olan sadəcə vicdanlı vətəndaşları da hərəkətə gətirəcək.

Digər tərəfdən isə, belə bir absurd ittihamlarla müxalifət liderinə qarşı kampaniyanın aparılması birbaşa cəmiyyətə belə mesaj olacaq ki, artıq ayrı-ayrı adamlardan ümid gözləmək yox, bütövlükdə Azərbaycan xalqı öz taleyinə sahib olmaq üçün mübarizəyə qalxmalıdır.

Əgər bu məsələ hakimiyyət tərəfindən qloballaşdırılarsa və bundan savayı ancaq bu kimi hoqqa ortaya atılmazsa deməli belə çıxacaq ki, hakimiyyət 2013-cü il prezident seçkilərində Əli Kərimliyə ciddi rəqib kimi baxır.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment