0
Wednesday 7 November 2012 - 20:10

Allahu-əkbər adı altda gizlənən cinayətkarlar

Story Code : 209769
Allahu-əkbər adı altda gizlənən cinayətkarlar
Bu günlərdə Suriya ordusu əsgərlərinin işgəncə və qətliamını əks etdirən video material yayıldı. Özünü Azad Suriya Ordusu adlandıran terrorçu qruplaşmaların bu cinayəti BMT, Beynəlxalq Əfv Təşkilatı kimi qrumları münasibət bildirməyə sövq etdi. Amma burada biz müsəlmanları düşündürəcək başqa mühüm nöqtə də var.

Bu filim həm təsvir, həm səs baxımından diqqəti çəkir. Bu təsvirlər Suriyada terror qruplaşmalarını dəstəkləyən Qərb dövlətlərinin əlaltısı olan BMT-ni də danışmağa vadar etdi. Beynəlxalq əfv təşkilatının rəsmisi elan etdi ki, filim hərbi cinayətlərin davam etdiyini göstərir və silahlı qruplaşmalar beynəlxalq insan haqqlarını ayaq altına alır.

Filmdəki səhnələrdə Suriya ordusunun əlləri bağlı əsgərləri üst-üstə qalaqlanıb və terrorçulardan aman diləyirlər. Amma silahlılar onları vəhşicəsinə döyür, misilsiz işgəncələr verirlər. Növbəti səhnədə yarıcan əsgərlər atəşə tutulur, qətliam edilir. Bu səhnələr BMT-ni dilə gətirdi və Suriya müxalifəti adlanan quldurlar hərbi cinayətdə ittiham olundu.

Bu beynəlxalq təşkilatlar ABŞ və İsrailə bağlı olmasaydılar baş vermiş hadisə ilə bağlı Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməli idi. Bu cinayəti törədənlərin sadəcə cinayətkar adlandırılıb mühakimə edilməməsi imperialistlərin maraqlarından danışır. Terrorçuların mühakiməsi bir arzudur. Yaxşı bilirik ki, beynəlxalq təşkilatlar ABŞ və müttəfiqlərinin əlaltılarıdır. Sadəcə faktlar qarşısında qaldıqda aldadıcı bəyanatlar verirlər. Bu təşkilatların Fələstin, Əfqanıstan, İraq və bir çox başqa məntəqələrdə baş vermiş cinayətlərə münasibəti əlaltı təşkilat olduqlarını göstərir.

Videofilmdə terrorçuların “Allahu əkbər” deyərək müsəlman əsgərləri qətliam etməsi ən ağrılı nöqtələrdəndir. Dövrümüzdə İslam ümmətinin ən böyük müsibətlərindən biri budur. Terrorçular öz cinayətlərini Allaha xidmət kimi göstərir və mövcud qətliama görə şükr edirlər. Güllə səsləri ilə müşayiət olunan “Allahu əkbər” sədaları çox üzücüdür. Təəssüflər olsun ki, bu gün din adı altında silahlı dəstə yaratmış ifratçılar öz cinayətlərini Allaha ibadət başa düşürlər. Əslində bütün məzhəblərin alimləri əsir üçün hüquqlar tanıyır. Əsirlə belə rəftar etmək şəriətə ziddir. Aydın olur ki, terrorçuların əskərlərlə bu rəftarının İslam dininə heç bir aidiyyatı yoxdur. Onların “Allahu-əkbər" sədaları isə İslama böhtandan başqa bir şey deyil.
Comment