0
Thursday 15 November 2012 - 23:51

Orta təhsili olmayan dindarları nələr gözləyir?

Story Code : 212172
Orta təhsili olmayan dindarları nələr gözləyir?
Orta təhsili olmayan dindarları nələr gözləyir?
Islam times.org/az/ - Dəqiq yadımda deyil, Təhsil nazirliyinin binası qarşısında hicaba azadlıq aksiyalarının birində hicablı dindar xanımların polis tərəfindən alçaldıcı bir şəkildə dəyənəklə, təpiklə, təhqir oluna oluna döyülməsi və elə həmin polislər tərəfindən Quran kitabının tapdalanmasını əks etdirən video çarxlarla və aksiyayla bağlı yazdığım yazıda demişdim ki, İslama və dindarlara qarşı bu hələ zülmün, təhqirin, tapdağın başlanğıcı da deyil.

O zaman mənə etiraz etdilər ki, bu böyda hadisələrdən sonra bunu necə yazmaq olar. Onda cavab vermişdim ancaq anlamayanlar üçün indi daha başqa cür cavab verirəm. İş burasındadır ki, hicabın qadağasının qeyri qanuni, qeyri konstitusion olmasını həm ekspertlər həm də dindarlar əzbərləyib bu işdə Misir Mərdanovu günahkar bilirdilər və hələ də bilirlər. Əlbəttə, Misir Mərdanov mələk deyil, onun haqqında daha yazılmamış bir şey qalmayıb, korrupsiyadan tutmuş ta təhsil sisteminin məhv edilməsinə qədər bütün xidmətləri sadalanıb, ancaq o zaman da demişdim indi də deyirəm ki, hicabın qadağası Misir Mərdanovun özbaşına qərarı deyil və hətta bu gün istəsə ki, bu qadağa aradan qaldırılsın nazirin özünü aradan qaldırarlar. Kim?

Bir nəfər şəxs, onun kimliyini da siz fikirləşin. Dindarların səhvi ondadır ki, onlar hicabın qadağasının son hədd kimi bildilər, ondan qabaqkı səhvləri hicabın qadağa olunacağına şübhə ilə yanaşmaları idi və hələ də elə hesab edirlər ki, hicab qadağasından sonra dindarlara daha heç bir alçaldıcı təzyiq olmayacaq və yenə də səhv etməkdə davam edirlər.

Yəni dindarlar səlində doğulduqları, yaşadıqları ölkəni tanımırlar. Hicab qadağası bu gün nəylə davam edir? Artıq mətbuatdan da xəbəriniz olduğu kimi noyabrın 14-də Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda dini icmaların nümayəndələri və jurnalistlərində iştirak etdiyi bir toplantı keçirilmişdi.

Tədbirin təşkilatçısı Milli Məclisin deputatı, İnstitutun direktoru Aytən Mustafayevadır. Burda birinci onu qeyd etmək lazımdır ki, şeyx hər dəvət olunan yerə şəxsən özü getmir, bu tədbirə qatılmasının səbəbi də təşkilatçının sosial statusu ilə bağlı heç bir əlaqəsi yoxdur, buna əmin ola bilərsiniz. Şeyxin bu toplantıya qatılmasını doğru anlamaq və nəzərə alamaq bu tədbirin mahiyyətinin gizləndiyi bağlı qutunun açarını tapmaq şansını 20 faiz artırır.

Toplantıda Şeyxdən başqa iştirakçıların kimliyini nəzərə almaq, şansı daha 5 faiz artırır. İclasda çıxışı zamanı Şeyxin səsləndirdiyi fikirlrdən artıq xəbəriniz var və onun vijdan azadlığı haqqında 33 ilin şeyxülislamı kimi dediyi fikirləri nəzərə alsaq açarı tapmaq şansını 55 fazi artırır.

Şansınızın qalan 20 faizini isə Aytən Mustafayevin tədbirdən sonra jurnalstlərə verdiyi açıqlamasında aldınız. Deməli açarı tapdınız indi qutunu açıb məsələni anlamq sizin zəhmətinizə bağlıdır, bunun üçün isə heç bir istedad, bilik və ya qeyri adi qabiliyyətə ehtiyac yoxdur.

Aytən Mustafayevanın sizə də məlum dediklərinə də bir baxışdan nəzər salmaq lazımdır. Bu sözləri səsləndirən xanım həm deputatdır həm də Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktorudur, bu bilirsiniz nə deməkdir?

Sizin üçün anlaşılan olsun deyə belə izah edim: Təsəvvür edin imam Hüseynin təhlükəsizliyi Yezidlə və Şümrə həvalə olunub. Məncə anladınız.

Gələk deputatın konkret olaraq dediklərinə. Aytən Mustafayevanın səsləndirdiyi fikirlərində dinə və hicaba qarşı iztehzanı, təkəbbürü, aversiyanı görməmək üçün mütləq qanmaz olmaq lazımdır. Deputat və insan hüquqları üzrə alim olan xanım deyir ki, valideynlər qızlarını hicab geydirmək istəyirsə onları dini məktəblərə göndərməlidir, adi məktəblərdə buna normal baxmırlar.

Brincisi qızların hicabla dərslərə qatılması onların təhsil almaq hüququnun əks olunduğu qanunvericiliyi pozmur, məktəblərə hicabla gəlməsi onların təhsil almaq hüququndan məhrum etmək üçün qanuni əsas vermir.

İkincisi Azərbaycanda hamı üçün əlçatan olan rəsmi olaraq dini məktəb kimi orta təhsil verən təhsil ocağı yoxdur. Burda dini təhsili orta təhsillə qarışdırmaq olmaz, hələ də rəsmi məktəb kimi. Bəli kimlərsə, hansısa hacılar, hacı xanımlar özləri özbaşına evlərində, zirzəmilərində, qarajlarında mədrəsə, mollaxana, hovzə, nə bilim daha nələr təşkil ediblər.

Bu cür mədrəsələrdə əsasən Quranı, ərəb və fars dilini öyrədirlər. İndi bir qədər bəzəkli olsun deyə kompüter kursları da bu cür məktəblərdə təşkil olunur.

Onu da deyim ki, bu cür dərsxanalarda təhsil pulsuzdur. Bu cür mollaxanalar pərakəndə, sistemsiz və metodik əsasnaməsi hansısa bir elmi şura tərəfindən təsdiqlənməmiş şəkildə fəaliyyət göstərmir və məzunlara verdikləri sertifikatlar isə təhsil nazirliyi tərəfindən tanınmır.

Deməli orda orta təhsil yoxdur, orta təhsili olmayanlrın isə ali təhsil almaq şansı sıfırdır və bu cür mollaxanaların məzunlarından ibarət ölkə də ən yaxşı halda terror əleyhinə qarşı hərbi əməliyyat aparan beynəlxalq koalisyasının hədəfinə çevriləcək.


İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment