0
Wednesday 21 November 2012 - 18:03

İran dünyada yeni Amerika nizamının qurulmasına əsas maneədir

Story Code : 214068
İran dünyada yeni Amerika nizamının qurulmasına əsas maneədir
Rusiyada “Qara dəniz-Xəzər dənizi məntəqəsində ictimai-siyasi araşdırmalar mərkəzi”nin direktoru Vladimer Zaxarov Obama dövlətinin yeni taktikasının İran və Rusiyaya qarşı olduğunu bildirib. Araşdırmanı nəzərdən keçirək:

Mövzunu araşdırarkən deyə bilmərik ki, təkcə İran-ABŞ münasibətlərini nəzərdən keçirmək kifayət edir. Bu gün dünyada baş verən hadisələr İran İslam Respublikası ilə birbaşa əlaqəlidir. Buna görə də məcburuq ki, İran və onun qonşularında baş verən hadisələri analiz edək.

Reallıq budur ki, ABŞ-la İran arasında münasibətlərdə əhəmiyyətli dəyişiklik baş verməyəcək. Obama anti-İran siyasətini yüksələn xətdə davam etdirəcək. Bu halda İrana qarşı ittihamların artacağı gözlənilir. Əslində Obama keçmiş səhvlərini təkrarlamamalı, İraqa münasibətdə yol verdiyi səhvlərdən çəkinməlidir.

Maraqlıdır ki, ABŞ və müttəfiqləri bir zaman İraqda nüvə və kimyəvi silah olduğunu iddia edirdilər. Onlar İraqa qarşı koalisiya yaratdılar. Amma İraqa hücumdan sonra aydın oldu ki, iddialar puç imiş. İraqda nüvə və kimyəvi silah aşkarlanmadı. ABŞ kəşfiyyat məlumatlarının yanlış olduğunu deməklə məsuliyyətdən boyun qaçırdı.

Hazırda Obama Ağ Evin əvvəlki başçılarının səhvini təkrarlamaq istəmir. Buna görə də onun İrana qarşı iddialarında bəyanatlar daha ölçülüdür. Məsələn, ABŞ İranı Ərəbistan səfirinin qətlində ittiham edəndə buna şahid olduq. Əlbəttə ki, İranda nüvə silahının mövcudluğu ilə bağlı ittihamlar davam edəcək.

ABŞ-ın göstərişi ilə bir sıra başqa ölkələr də İrana qarşı mövqe tutub. ABŞ yenə də həmin istiqamətdə hərəkət edəcək. İlk mərhələdə ABŞ-ın etibarlı müttəfiqi İsrail addım atacaq.

Obama öz hakimiyyəti dövründə elə bir siyasət seçib ki, bu siyasətin reallaşmasında İran böyük maneədir. Təəssüf ki, digər müsəlman ölkələrində İranın qətiyyəti müşahidə olunmur. Ərəb başçıları daha çox siyasətbazlıqla məşğuldur. Türkiyə rəhbərliyi qədim xilafətin bərpası xəyalı ilə yaşayır. Hətta sərhədlərin yuxarı Volqayadək genişləndirilməsindən danışılır.

Bu yöndə təbliğat Tatarıstan və Şimali Qafqazda qüvvədə qalır. Türkiyə indi də bu ölkələrdə dini məktəblər təsis etməkdədir.

Bundan əlavə vəhhabilik sürətlə genişlənir. Demək olar ki, bütün Rusiya müsəlmanları arasında bu proses gedir. İran ötən dörd ildə ABŞ-ın əsas düşməni olub. Əgər ABŞ rəsmiləri və prezidentinin sözləri təhlil olunsa, onların aqressivləşdiyini görərik.

Obamanın ikinci dövr prezidentliyində bu siyasətin dəyişəcəyi gözlənilmir. Amma Amerikada əksəriyyət bilir ki, İranla müharibə dünya müharibəsinə başlanğıc verə bilər. Bu barədə hətta Bzejinsi xəbərdarlıq edib. O, Financial Times qəzetində dərc olunan məqaləsində yazır: “ABŞ-ın İran və Suriyaya demokratiya ixrac etmək təlaşları qorxulu yuxulardır. Çünki birinci dünya müharibəsindən sonra Britaniya və Fransa Yaxın Şərqdə sərhədləri dəqiq müəyyənləşdirə bilmədilər. Məntəqənin ən sabit ölkələrindən olan Türkiyədə tayfa və məzhəb münaqişələri təhlükəlidir. ABŞ-ın məntəqəyə müdaxiləsi burada partlayışa səbəb ola bilər.”

Bu təhlil dünyanı əsarət altına almaq istəyən bir ölkənin ideoloqunun təhlilidir. O ABŞ prezidentinin gələcək siyasətini təyin edir. Romni onu dərk etmədi və sərt mövqe tutaraq səhnədən çıxdı. Obama isə deyilənləri nəzərə alaraq prezident postuna yiyələndi.

İndi Obamanın Bzejinskinin növbəti məsləhətlərini dinləməsi zəruridir. Bu məsləhətlər dünyanın geopolitik durumuna təsirlidir. Bzejinski düşünür ki, Suriya böhranının həlli üçün Rusiya və Çin müzakirələrdə iştirak etməlidir və İrana qarşı hər hansı macəraçılıqdan çəkinmək zəruridir. Rusiyada yaxın zamanlarda ABŞ-a qarşı siyasəti müəyyənləşdirən araşdırmalar aparılmalıdır. ABŞ-ın siyasəti Rusiya və İranı hədələyir. Müəyyən büdcə tələb edən bu iş aparılmasa qarşıda problemlərlə üzləşəcəyimiz qaçılmazdır.
Comment