0
Monday 3 December 2012 - 21:33

Qüds İnqilab Keşikçiləri Korpusunun imkanları

Story Code : 217624
Qüds İnqilab Keşikçiləri Korpusunun imkanları
"Open Briffinq" strateji mərkəzinin hesabatında Kuin Lim və Rob Overmenin məqaləsi yer alıb. Məqalədə regional sabitliyin 40 amili nəzərdən keçirilir. İsrailin hərbi gücü, hərbi əməliyyatların təxiri, ABŞ-da prezident seçkiləri, ABŞ-İsrail münasibətləri təhlil edilir. Məqalədə İsrailin İran hərbi arsenalındakı “Şəhab 3” raketləri ilə bağlı nigarançılıqları əks olunur.

İran İnqilab Keşikçiləri Korpusu – SEPAH güclü hərbi imkanlara malikdir. Bu imkanlara 12-18 raket buraxan bir neçə tip qurğu daxildir. Şəhab 3 raketləri 1930 km-i vura bilir. Şəhab 3 bir neçə nüvə başlığı daşımaq qabiliyyətinə malikdir. Elə buna görə də İsrail narahatdır. Əgər bu raketlər kimyəvi başlıqla təchiz edilsə düşmənin vəziyyəti daha ağır olar. Bundan əlavə İran hərbi arsenalında 1800-2000 km vuran daha sürətli raketlər mövcuddur.

Hazırda İranın pilotsuz təyyarə istehsalı da güclənməkdədir. 129, Kərrar və Əbabil pilotları raket daşımaq qabiliyyətinə malikdir. Əbabil pilotsuzları İsrailə qədər rahat uçur və onun imkanları hərbi sirr kimi saxlanılır.

Bundan əlavə SEPAH-ın xüsusi əməliyyat qolu var və bu korpuslar dünya boyu İsrailin mənafelərinə zərbə vurmaq imkanındadır.

Hələ ki, Livan, Suriya, Qəzzədə yerləşdirilən raketlər barədə məlumat verilmir. İsrailin istənilən bir təcavüzü onun üçün təhlükə yaradır. ABŞ-ın İsrailə verdiyi dəmir günbəz RƏM sistemləri qısa mənzilli taktiki raketlərin qarşısını ala bilmir. Nə Patriot, nə də İsrailin yerli istehsalı olan RƏM sistemləri ballistik raketləri zərərsizləşdirə bilmir. ABŞ müxtəlif yollar axtarır və bunlardan biri Radar X sistemlərinin artırılmasıdır.

İranın havadan müdafiə sistemləri, hərbi mərkəzləri o qədər pərakəndə yerləşdirilib ki, İsrailin ehtimal olunan hücumundan nəticə gözləmək sadəlövhlükdür. İsrail nə qədər güclü olsa da İranın özünü müdafiə etməklə yanaşı adekvat cavab vermək imkanları böyükdür.
Comment