0
Monday 17 December 2012 - 20:17

Son pərdə!

Story Code : 222217
Son pərdə!
Mövzumuz İran əleyhinə ABŞ və Avropanın qeyri-qanuni sanksiyaları deyil. Sadəcə bir nöqtə əsas mövzumuzla əlaqəlidir. 9-cu parlament seçkilərinə 6 ay qalmış Qərb ölkələri və ABŞ seçkilərin nəticələrinə təsir üçün sanksiyalara əl atdılar. Bəhanələri 10 il əvvəl olduğu kimi İranın nüvə proqramı idi. Amma bununla kifayətlənmədilər, növbəti dəfə “iflicedici sanksiyalar” adı altında fəaliyyətlərini genişləndirdilər. Yenə də bəhanə nüvə proqramı oldu.

Neft və banklara istiqamətlənmiş sanksiyalardan bir neçə ay keçəndən sonra aydın oldu ki, bu sanksiyalar nüvə proqramı yox, İran xalqına tuşlanıb. Mövzumuz sanksiya deyib duranların insan haqqlarından dəm vurmasıdır. Onların insan haqqları barədə şüarları ifşa oldu, sübuta yetdi ki, düşmənlər İran xalqını hədəfə alıb. Səbəb nədir? Onlar İrana qarşı insan haqqlarının pozulması adı altında kampaniya aparırlar. Çünki onların planlarını alt-üst edən elə xalq olub. İrana qarşı sanksiyalarda dövlətin əsas dəstəyi xalq oldu və bu gün də xalqdır. Bunun inkar olunmaz sübutu ötən ilki seçkilərdir. Ötən il xalqa qarşı sanksiyalara baxmayaraq xalq seçkilərdə müstəsna bir mütəşəkkilliklə iştirak etdi. Hətta “Reuters” etiraf etdi ki, İran xalqı seçkilərdə qalib gəlib.

Bəli, düşmən İrana qarşı layihələrinin puça çıxmasından İran xalqını günahkar gördüyündən ondan intiqam almaqda israrlıdır. Bu intiqam istəyi sanksiyalar, təzyiqlərlə məhdudlaşmır. İranda insan haqqlarının pozulması iddiası da bunun tərkib hissəsidir. Nə vaxt sanksiyalar nəticə vermirsə insan haqqları mövzusunu ortaya atırlar. Sanksiyaların ardınca insan haqqlarından danışmaq təsadüfidirmi? Şübhəsiz ki, təsadüfi deyil. ABŞ və Avropa insan haqqları mövzusunu İrana qarşı təzyiqlərinin tərkib hissəsinə çevirib. Nümunə olaraq deyə bilərik ki, ötən il 9-cu parlament astanasında sanksiyalar pik nöqtəyə çatmışdı. Həmin vaxt insan haqqları mövzusunda qətnamə də qəbul olundu. Cari ilin iyun ayından sanksiyalar ard-arda düzüldü. Bunları nəticəsiz görən ABŞ və Avropa yenə insan haqqlarından danışır. 3 həftə öncə BMT-nin insan haqqları üzrə komissiyasında İrana qarşı növbəti qətnamə qəbul olundu.

10 dekabr beynəlxalq insan haqqları günüdür. Həmin ərəfədə İrana qarşı, xüsusi ilə İran məhkəmə sisteminə qarşı təbliğat gücləndi. İnsan haqqları iddiaçıları ziddiyyətlər içində qalıb. Onlar mübariz və möhkəm İran xalqından intiqam almaq istəyir. Onların ssenarisinin rəmzi adı insan haqqlarıdır. 8 gün öncə İranda asayiş keşikçiləri böyük miqdarda narkotik maddələr aşkarladılar. Bu ağır zəhmətlərin hesabına mümkün olmuşdu. Əməliyyat 18 gün davam etmiş, 36 saatlıq atışma baş vermiş, nəticədə Sistan və Bəluçestan məntəqəsində 11 ton narkotik maddə aşkarlanmışdı.

Bu təqdirə layiq əməliyyatın ardınca İran insan haqqlarının pozulmasında ittiham edildi. Narkotika qaçaqmalçılarının ağır cəza, edama məhkum olunması saxta hüquq müdafiəçiləri üçün bəhanəyə çevrildi. Onlar İran məhkəmə sistemini qaçaqmalçıların edama məkum edilməsindən dolayı hədəfə aldılar. Çox təəccüblüdür! Narkotika qaçaqmalçıları, xaqı məhvə aparan cinayətkarlar hüquq müdafiəçiləri tərəfindən himayə olunur. Qaçaqmalçıları cəzalandıranlar isə guya insan haqqlarını pozur.

Bu arada sual yaranır ki, xalqın hüquqları necə olsun? Qərb insan haqqları deyəndə xalqı nəzərdə tutmurmu? Necə olur ki, dinc xalqın yox, onları faciəyə aparan qaçaqmalçıların hüquqları müdafiə edilir?! Narkotika qaçaqmalçısını məhkum edən məhkəmə sistemi insan haqqlarını pozur? Qaçaqmalçıların bədbəxt etdiyi xalqın hüquqları isə insan hüquqlarından sayılmır!

Xalq və cəmiyyətdən dəm vuran hüquq müdafiəçiləri qaçaqmalçıların cəzalandırılması ilə barışmır. Məhkəmə sistemi həm də cəmiyyətdə fəsad yaradan, zorakılığa əl atanları cəzalandırdığı üçün saxta hüquq müdafiəçilərinin qəzəbinə tuş gəlib. Ayətullah Laricani buyurur ki, soyuq silahla təcavüz, odlu silahla təcavüz kimidir və bu iki cinayətin cəzası eynidir. Doğrudan da hər iki halda insan həyatına son qoyulur. Fiqhi baxımdan isbata yetmiş bu cəzalar saxta hüquq müdafiəçilərini narazı salır və İslam Respublikası insan haqqlarını pozmaqda ittiham edilir. Bundan öncə də cinayətkarlarla amansız mübarizə aparan məhkəmə sistemi qərəzli ittihamlara tuş gəlmişdi.

Sual yaranır ki, BMT komissiyası, İranda insan haqqları üzrə məruzəçi Əhməd Şəhid hansı məntiqlə edam hökmünü insan haqqlarının pozulması kimi dəyərləndirir? Bu hökm adətən külli miqdarda narkotik maddə qaçaqmalçılığı ilə məşğul olanlar üçün nəzərdə tutulur. Soruşmaq lazımdır ki, soyuq və ya odlu silahla cəmiyyətdə qorxu yaradan şəxslər insan haqqlarını pozmurmu?! Cavab aydındır. Hüquq müdafiəçilərinin bəyanatları ziddiyyətlidir. ABŞ və Qərb sanksiyalarla paralel insan haqqları şüarı altında İran xalqını hədəfdə saxlayır. Əks təqdirdə qaçaqmalçılar, təcavüzkarlar himayə edilməzdi. Qeyd etməliyik ki, insan haqqları əfsanəsi öz son fəslinə çatıb. Artıq xalqlar insan haqqları şüarı altında hiyləgər siyasətlər yürüdüldüyünü görürlər. Bu mübarizə meydanının qalibi xalqdır.

Müəllif: Hisaməddin Brumənd
Comment