0
Saturday 29 December 2012 - 23:43

Ərdoğan özünü kimə fəda edir

Story Code : 226224
Ərdoğan özünü kimə fəda edir
Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Suriyada böhranı gücləndirir və İraqın daxili işlərinə müdaxilə edir. Baş nazir heç bir diplomatik etikaya sığmayan şəkildə iddia edib ki, İraqa kiçik bir qrup rəhbərlik edir. Onun nəzərincə bu səbəbdən ölkə parçalana bilər. Bundan öncə Türkiyə İraqın ölkə daxilində günahsız insanların terrorunda ittiham olunan və ölkədən qaçan vitse-prezident Tariq əl-Haşimiyə sığınacaq verib.

İraq müvəqqəti hökumətinin rəsmilərindən biri qeyd edib ki, Ərdoğan əl-İraqiyyə siyahısını himayə edərək İraqda tayfalar arası ixtilafları qızışdırır. Səd əl-Mütəllibi Ərdoğanın İraqın daxili işlərinə qarışmasını ittiham edərək onun bu addımını diplomatik etikadan kənar sayıb. O vurğulayıb ki, Ərdoğanın Əl-İraqiyyə siyahısında olan İraqın əmlak naziri Rafe əl-İsavini himayə etməsi yalnız təfriqələrinin qızışmasına xidmət edir.

Ötən həftənin sonlarında İraq Təhlükəsizlik Qüvvələri əmlak nazirinin terrorda ittiham edilən 10 cangüdənini həbs edib. Ərdoğan bu dəfə də sakit dayanmayıb və İraq baş naziri Nuri əl-Malikini tayfa təəssübkeşliyində ittiham edib.

Əl-Mütəllibi deyib: “Türkiyə Əl-İraqiyyə siyahısını müdafiə edir ki, bu siyahının ortaya gəlməsi ilə öz milli təəssübünü gündəmə gətirsin. Hansı ki, bu siyahının İraq xalqına heç bir faydası olmayıb, ölkənin təhlükəsizliyi üçün bir problemə çevrilib.”

İraq dövlət rəsmisi bildirib: “Türkiyədən əlavə məntəqədəki bəzi qüvvələr, o cümlədən Qətər, Ərəbistan, həm də ABŞ İraqın müstəqil mövqe tutması ilə barışmır. Onlar İraqın Suriya siyasətini dəyişməsini istəyir.”

Təəssüf ki, Türkiyə dövləti son bir ildə ABŞ, İsrail və Ərəbistanın əlində oyuncağa çevrilib. Ay yarım öncə Tomas Fridmen Milliyyət qəzetinə müsahibəsində deyib: “Biz artıq Suriyanın işlərinə müdaxilə etmək imkanlarımızı itirmişik. Pul və silah verə bilsək də, birbaşa müdaxilə imkanları əlimizdən çıxıb. Bu səbəbdən Türkiyə bizim himayəmiz altında tək fəaliyyət göstərməlidir. ABŞ elə bir mərhələyə daxil olub ki, Yaxın Şərq böhranının həlli üçün regiondakı müttəfiqlərinə etimad göstərməlidir. Biz bu arada ölkəmizin daxili problemlərini də həll etməliyik. Pensilvaniyadəki qətliamlar Yaxın Şərqdəki qətliamlardan daha böyük əhəmiyyət kəsb edir. ABŞ xalqı öz ağır vəziyyətində dövlətdən lazımi yardım ala bilmir. Bu səbəbdən sual verilir ki, nə üçün ABŞ ordusu dünyanın müxtəlif nöqtələrində yerləşir? Düşünürəm ki, belə bir vəziyyətdə Türkiyə ABŞ-ın xarici siyasi kursunun reallaşmasında əvvəlkindən çox rol oynayacaq.”

Fridmen İraq və Əfqanıstanda uğursuz müharibələrə işarə ilə deyib: “Biz İraqda qumbaranın zaminini çəkib özümüzü onun üzərinə atdıq. İraq müharibəsi bizə və başqalarına zərərli oldu. Hazırda heç bir ölkə ABŞ-ın İraqdakı rolunu Suriyada oynamaq istəmir. Türkiyənin bizim imkansızlığımızı nəzərə alıb Suriya böhranının həllinə kömək etməlidir. Bu Türkiyədən istifadə yox, bir xahişdir!”

Şərhçilər bu fikirdədir ki, Türkiyənin zəncirvari böhran yaratması sonda bu ölkənin özü üçün zərbə olacaq. Bu isə İsrail və Ərəbistanın müştərək istəklərindəndir.
Related Stories
Comment