0
Tuesday 1 January 2013 - 21:25

Milyonlarla suriyalı hələ də Əsədi dəstəkləyir

Story Code : 227231
Milyonlarla suriyalı hələ də Əsədi dəstəkləyir
NATO Suriyanın hazırkı vəziyyəti, Əl-Qaidənin qiyamçılara qatılması barədə danışaraq hələ də milyonlarla suriyalının Əsəd hökumətini istədiyini bildirib. NATO institutunun şərhçisi Fredrik C. Haf Suriya barədə yazdığı məqalədə müxaliflərin təşkilatlanmasından danışır. Şərhçi yazır ki, müxalifət siyasi üsul-idarə seçməli, gələcək məqsədləri müəyyənləşdirməlidir. O həm də qeyd edir ki, ABŞ və Qərbin hərbi dəstəyi böhranın həllinə faydalı olmayacaq. Əl-Qaidə müxaliflərə qatıldığından suriyalıların çoxu Əsəd hökumətinə üstünlük verir. Fredrik C. Haf 2012-ci ilin dekabr ayında Rəfiq Həririyə məxsus Yaxın Şərq məsələləri üzrə mərkəzin üzvü kimi NATO istitutuna qoşulub. O Suriyada hakimiyyətin dəyişməsi üzrə Obamanın xüsusi müşaviridir. ABŞ XİN-in xüsusi təmsilçisi Corc Marşalın müavini ünvanında Yaxın Şərqdə sülh proseslərində iştirak edir.

Bu günədək ABŞ xalqı Konnektikut ştatında baş vermiş uşaq qətliamının əzasından çıxmayıb. İndi də uşaqlar qorxu içindədir. Ağ Ev xalqın əlində olan silahla bağlı qanun üzərində işləyir. Hansı ki, Suriya xalqı da silahlı qiyamçıların yaratdığı böhran içindədir.

Gələcəkdə nə baş verəcək? Kimyəvi başlıqlar Skad raketləri ilə qiyamçılara doğrumu atılacaq? Yoxsa Əsədi müdafiə edən ərəblər terrorçuların qurbanı olacaq?

Zaman bəşəriyyətin ziddinə işləyir. Vaxt ötdükcə Suriya ağır böhran yaşayan dövlətsiz bir məmləkətə çevrilir. Ən yaxşı şəraitdə bu ölkədə sabitlik olmayacaq. Livan, Türkiyə, İordaniya Suriyanın daxili işlərinə qarışır. Zaman dərdləri unutdurmayacaq.

“Ən yaxşı ssenari bu ola bilər ki, Əsəd son fürsətdən istifadə edib özünə canişin təyin etsin və kənara çəkilsin. O öz qrupuna daxil olan rəsmiləri də ölkədən çıxara bilər. Artıq dünya birliyi Suriya müxalifət şurasını rəsmi tanıyıb. Əsədin canişini şura ilə danışıqlar apara bilər. Beləcə Suriya vəziyyətdən çıxa bilər” – yazır Fredrik C. Haf.

Suriya xalqı və qonşu ölkələr bu ölkəni böhrandan necə qurtara bilər? Şərhçi düşünür ki, bundan ötrü müxalifət təşkilatlanmalıdır. Müxalifət cəbhəsi terrorçulardan təmizlənməlidir. Əgər silahlı müxalifət siyasi müxalifətə çevrilsə xalqın dəstəyini qazana bilər.

Təşkil olunmuş şura özünü müvəqqəti dövlət kimi formalaşdırmalıdır. Şərhçinin nəzərincə bu dövlət üçün ən münasib başçı sabiq baş nazir Riyaz Hecabdır. O BƏƏS partiyası, təhlükəsizlik qrumları ilə yaxşı tanış olduğundan milli ittihad birliyinə rəhbərlik edə bilər.

Haf deyib: “Bu dövlət qərərgahını Suriyanın şimalında yerləşdirməlidir. Beynəlxalq dəstək sayəsində qanuni dövlət rolunun icrasına başlamalıdır. Xalq inandırılmalıdır ki, bu dövlət qanun dövlətidir və Suriyada quruculuq işləri aparacaq.”

“ABŞ və digər dövlətlər bu dövlətlə həmkarlıq etməlidir. Onu hərbi baxımdan təchiz etmək lazımdır. ABŞ BMT təmsilçisi Əhzər İbrahiminin missiyasını himayə edir. Amma ümid etmək olmaz ki, Əsəd özü hakimiyyətdən gedəcək” – şərhçi qeyd edir.

Artıq silah təminatı Suriyaya giriş üçün bilet rolunu oynayır. ABŞ və müttəfiqləri, xüsusi ilə Türkiyə müxalifəti silahlandırmalı və bilməlidir ki, bu silahlar hansı məqsədə xidmət edəcək.

Müxalifətin yaradacağı dövlət Suriyadakı azlıqları himayə etməlidir. Hələ ki, milyonlarla suriyalı Əsəd hökumətini dəstəkləyir. Ölkədəki xristianlar övladlarını xaricə göndərir. Əl-Qaidənin müxalifətə qatılması müxalifətə inama zərbə vurub. Xalq qorxur ki, Əsəddən sonrakı hakimiyyət pis olsun. Nüsrət cəbhəsi adı altında Əl-Qaidənin fəaliyyətləri xalqı nigaran edir.

ABŞ-ın Nüsrət cəbhəsini terrorçu kimi tanıması müxalifəti narahat edib. ABŞ-ın bu barədə bəyanatı yerinə düşmədi. Hətta müxalifət şurasının rəsmi tanınması müxaliflərə müsbət təsir etmədi. Amma bu hadisə Suriyadakı azlıqlara ismarıc oldu ki, ABŞ indiki hökuməti əvəz edəcək istibdadı himayə etmir. Hazırda müxalifət anlamır ki, Nüsrət cəbhəsi necə təhlükəlidir. Amma Əsəd süqut edərsə, bunu yaxşı başa düşəcəklər. Əsədin süqutundan sonra Əl-Qaidə siyasi səhnəni tərk etməyəcək. Onlar hakimiyyətdə qalıb qanlı əməliyyatları davam etdirməyə çalışacaq. Suriya böhranı güman ki, hələ davam edəcək. Əsədin hakimiyyətdən getməsi problemi həll etmir. Amma elə bir hökumət gəlməlidir ki, Beynəlxalq Birlik onu himayə etsin. Bu hökumət Suriya xalqını inandırmalıdır. Xalq inanmalıdır ki, vətəndaş hüquqları qorunacaq, partiya, tayfa qarşıdurmaları aradan qaldırılacaq. Hazırda zaman Suriya xalqının zərərinə işləyir. Bütün bunlar Ağ Evin mənafelərini əsas götürən Fredrik C. Hafın fikirləridir.
Comment