0
Wednesday 23 January 2013 - 23:18

Sionistlərin erkən parlament seçkiləri

Story Code : 234060
Sionistlərin erkən parlament seçkiləri
Sionistlərin erkən parlament seçkiləri
Xəbər agentliklərinin məlumatına əsasən, Netanyahonun Likod partiyası seçkilərdə qəti üstünlüyü qazana bilməyib və partiya çox çətinliklə öz rəqiblərinin üzərində nisbi qələbə çalmışdır.

Digər tərəfdən Likod partiyasının keçmiş müttəfiqi kimi tanınan " İsrail-evimiz " partiyası da kifayət qədər səs toplaya bilməyib . Sözü gedən partiyaya Aviqdor Liberman başçılıq edir.

Bütün bu baş verənlər Likod- " İsrail evimiz" arasındakı koalisiyanın gələcəyini kövrək vəziyyətə salıb. Bu isə o deməkdir ki, Benyamin Netanyaho İsrailin siyasi mühitində öz qüdrətini artırmaqda aciz qalıb.

Sionist rejimin üzləşdiyi siyasi vəziyyət onu deməyə əsas verir ki , irqçi rejimin başçısı Şimon Pres yenindən kabinet qurma missiyasını Netanyahoya tapşıracaq.

Lakin o , kabinetin tərkibini formalaşdırmaqda çətinliklərlə üzləşəcəkdir.

Müşahidəçilərin fikrincə , parlament seçkilərində ciddi müvəffəqiyyət qazana bilməyən Netanyaho nazirlər kabinetini formalaşdırarkən digər siyasi partiyalara müraciət etməli olacaq.

Bu da onun hökumətinin kövrəkliyinə yol aça bilər.

Bu arada Netanyaho təyin edilmiş vaxtda hökumət qura bilməzsə , başqa bir partiya Şimon Pres tərəfindən kabinet qurmağa vəsiqə alacaqdır.

Bu vəziyyət ötən parlament seçkilərində də təcrübə olundu və Kadima partiyası səs çoxluğunu qazandığı halda hökumət qurmağa imkan tapmadı və bu şans Likod partiyasına verildi.

Hər halda seçkilərin ilkin nəticələrinə əsasən İsraildə parlament seçkiləri siyasi qrupları kabusla üzləşdirib və bu rejimin yenidən siyasi təlatümlə üzləşməsi qaçılmaz ola bilər.

Belə bir şəraitdə kövrək kabinetin öz işini davam etdirə bilməməsi , yenidən erkən seçkilərin keçirilməsi ilə nəticələnə bilər.

Bu isə o deməkdir ki, seçkilər İsrail rejimində siyasi düyünü nəinki açmayıb , əksinə əlavə problemlər meydana çıxarmışdır.

Müşahidəçilər bunu İsrail rejiminin içəridən dağılmasını sürətləndirən amil kimi səciyyələndirirlər .



Müəllif : C.Əminzadə
Source : İRİB
Comment