0
Friday 1 March 2013 - 11:20

Cəlili ilə nə barədə danışılıb?

Story Code : 243295
Cəlili ilə nə barədə danışılıb?
Cəlili ilə nə barədə danışılıb?
Neçə gün öncə Prezident İlham Əliyev İİR-nın Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu görüş barədə mətbuata protokoldan kənar hələlik heç bir məlumat verilməyib, ancaq bir neçə məqama diqqəti çəkmək olar. Cənab Cəlili Azərbaycana ilk dəfə səfər etsə də bu ölkə haqqında ciddi məlumatları olmalıdır və bildikləri məlumatlar açısından Prezidentlə görüşü zamanı hansı məsələlərə toxuna bilər?

Əlbəttə təhlükəsizlik birinci yerdə duran mövzudur. Ancaq iş burasındadır ki, Azərbaycan hakimiyyəti üçün qəbul olunan təhlükəsizlik mövzusu ilə İİR üçün bu sahədəki prioritet fərqli şeylərdir. Azərbaycanın ərazisinin 20 faizi işğal altında saxlayan Ermənistandan İran özünə qarşı heç bir təhdid görmür, Ermənistan region dövlətləri olan Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ortaya qoyduğu halda İrana qarşı belə bir iddianı ağlından belə keçirmir.

Digər tərəfdən İranla düşmən mövqeyində olan İsrail hakimiyyətinin Əliyev hakimiyyəti ilə münasibətləri o qədər yüksəkdir ki, heç Azərbaycan Türkiyə münasibətləri belə bu qədər sıx deyil. ABŞ-la da münasibətləri pis deyil, ancaq ABŞ-ı yenə anlamaq olur, çünki ABŞ dünyanın bir çox dövlətlərinə “ağıl” öyrətmək kimi bir həvəsi, vərdişi var, ona görə bu planda Azərbaycanı da yaddan çıxarmayıb, özü də Azərbaycan neft ölkəsi olduğu halda bu daha çox anlaşılandır.

Ümumi təhlükələr, yəni beynəlxalq terror məsələsində də Azərbaycan koalisiyanın üzvü olsa da ancaq hələlik erməni terroruna məruz qalıb və qalır. O zaman Cəlilinin səfərinin məzmunu nədir?

Ümumi əlaqələrn qorunum saxlanılmasımı? Bəlkə iranlı diplomat görüş zamanı Azərbaycandakı dindarların məsələsinə də toxunub? Bu barədə isə heç bir məlumat verilmir. Çətin ki, prezident Əliyev İranda azərbaycanlılarla bağlı hər hansı məsələyə toxunsun, çünki bu mövzu bu gün onun üçün aktual deyil, bəlkə heç gələcəkdə də olmasın. Ancaq İslam Respublikasının diplomatı üçün Azərbaycanda hicab azadlığı məsələsi məncə önəm verilə biləcək məsələ olmalıdır.
Source : Islamtimes
Comment