0
Wednesday 6 March 2013 - 08:53

İsmayıllıda xalq martın 15-ni gözləyir

Story Code : 244612
İsmayıllıda xalq martın 15-ni gözləyir
İsmayıllıda xalq martın 15-ni gözləyir
Islam times.org/az/ - Bu gərgin vaxtda İsmayıllıda nisbi sakitlikdir desəm bəlkə yanılmaram. Bu günlərdə İsmayıllı olaylarına görə həbs olunan Vasif İbrahimovun vəkili Nəvaid Abbas mətbuata verdiyi açıqlamada bildirib ki, həbs olunanlarıın sayı hazırda 20 nəfərdir.

Qeyd edim ki, olaylar zamanı polis tərəfindən həbs olunanların sayı 200-ə qədər idi, sonrakı günlər və həftələr ərzində onlardan külli miqdara pullar alınaraq sərbəst buraxılıb. Ancaq 20 nəfər haqqında həbs qəti imkan tədbiri seçilib. Bu 20 nəfərin 16 nəfəri İsmayıllı sakini, iki nəfəri müxalifətçi Tofiq Yaqublu və İlqar Məmmədovdur, qalan iki nəfər isə “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və dostu Elməddin Məmmədovdur. Yəni nə vəzifədən azad olunan Nizami Ələkbərov, nə də hadisələrin səbəbkarları onun oğlu, qardaşı oğlu və bacısı oğlu həbs olunmayıb.

İndi bütün xalqda, cəmiyyətdə dolaşan sual da budur ki, nə üçün vəzifəli adamlar və onların qohumları hadisəni həbs olunmur, ancaq təhqir olunduqları üçün etiraz edənlər həbs olunub? İsmayıllıda isə yeni icra başçısı Mirdaməd Sadıqov əhaliyə vəd verib ki, martın 15-ə qədər həbsdə saxlanılanların buraxılması üçün Ölkə rəhbərinə müraciət edəcək. Ancaq məncə bu boş ümiddir, hətta müraciət olunsa belə çətin ki, müsbət cavablandırılacaq. Bununla belə deyə bilmərəm ki, martın 15-dən sonra nəticə görməyən xalq yenidən ayağa qalxacaq ya yox çünki, hazırda da DİN qoşunları rayon ərazisində dislokasiya olunub növbə çəkir.
Source : Islamtimes
Comment