0
Sunday 10 March 2013 - 07:57

İki nazir bir jurnalistə qarşı

Story Code : 245627
İki nazir bir jurnalistə qarşı
İki nazir bir jurnalistə qarşı
Mətbuata qarşı hakimiyyətin hücum kampaniyasında bu dəfə çoxdandır praktikada tətbiq edilməyən CM-nin 147 və 148-ci maddələrinə əl atılıb. Sizə də məlum olduğu kimi Daxili işlər naziri Ramil Usubov və Fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azadlıq" qəzetinin baş redaktoru, hazırda Avropada yaşayan Qənimət Zahidi məhkəməyə verir və nazirlərin iddiasına səbəb isə qəzetdə çap olunan məqalədir.

Əslində Azərbaycanda jurnalistin məhkəməyə verilməsi birinci hal deyil, indinin özündə də həbsdə olan jurnalistlər var, ancaq maraq doğuran məqam budur ki, Qənimət Zahidə qarşı CM-nin 147 və 148-ci maddələri ilə iddia irəli sürülür ki, bu da çoxdandır tətbiq olunmayan maddələrdir. Bu maddələrlə jurnalistlərin məsuliyyətə cəlb olunması təcrübəsinin çoxdandır tətbiqindən vaz keçməsi indi isə Zahidə qarşı məhz bu maddələrlə iddia qaldırılmasının öz səbəbi var.

Məsələ burasındadır ki, hakimiyyət bu maddələrlə jurnalistləri həbsə atanda dünya ictimaiyyəti birmənalı şəkildə bu həbsi qəti pisləyir və dərhal jurnalistlərin azad olunmasına çağırır. Çünki beynəlxalq təşkilatların nəzərincə böhtan və təhqirə yol verən jurnalisti həbsə atmaq birmənalı olaraq söz və ifadə azadlığının pozulmasıdır, bu səbəbdən əliyev rejimi əli çatan jurnalistləri narkotik, silah və ya vergidənyayınma kimi maddələrlə həbs edir. Ancaq Qənimət Zahid xaricdə olduğundan onun cibinə narkotik atmaq şansı hakimiyyətdə yoxdur və naəlacsızlıqdan ona qarşı 147 və 148 maddələrini istifadə edir.

Nazirlər bu iddianı etməyə də bilərdi, ancaq onlar bunu ona görə edirlər ki, həm prezidentin gözündə zəifliyə yol verməsinlər, həm də Zahidi məsuliyyətə cəlb edə bilmədikləri halda bu məhkəmədə qəzetə qarşı bir ciddi zərbə vurulacağına ümid edirlər.
Source : Islamtimes
Comment