0
Saturday 16 March 2013 - 01:23

Səfir nəyi gizlədir?

Story Code : 246904
Səfir nəyi gizlədir?
Səfir nəyi gizlədir?
Islam times.org/az/ - Neçə gün öncə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Amerikanın səsi radiosuna verdiyi müsahibəsi milli mətbuat səhifələrində yayıldı. Müsahibədə səfirin nələr dediyindən sizin də xəbəriniz olduğu üçün mən Morninqstarın dediglərini izah edim.

ABŞ diplomatının dediklərini oxuduqdan sonra belə qənaətə gəlmək olar ki, Ağ Ev İlham Əliyevlə bağlı planını ya hələ açıqlamır, ya da onların hazırkı əliyev rejiminin yola salması üçün heç bir qərarı yoxdur. Mən o fikirləri qəbul eləmirəm ki, hələ seçkiyə çox var, bu cür mövzular üçün zaman var və s.

Bundan başqa hamı yaxşı bilir ki, Azərbaycan hakimiyyəti Avropa qarşısında götürdüyü öhdəlikləri açıq aşkar yerinə yetirmədiyi təqdirdə qərbdən heç bir təpki görmür. Arada ancaq beynəlxalq təşkilatlar bəyanat verir, onların da bəyanatlarını əliyev rejimi qulaqardına vurur, bəzənsə bəyanatı verən təşkilatları təhqir belə edirlər.

Bütün bu baş verənləri təcrübəli, qoca qurd, Morninqstar da görür, ancaq reaksiyası isə o qədər zəifdir ki, bilmirsən bu ABŞ səfiridir ya Prezident Administrasiyasının kiçik məmuru.

Bu səfirin çıxışının zahiri tərəfidir, batini isə yerli ekspertlər belə izah edir ki, ola bilər ABŞ-ın əliyev rejimi ilə bağlı planları gizlin saxlanılır və bunlar seçkilərə az qalmış açıqlanacaq. Mənsə ekspertlərin bu qənaətləri ilə razılaşmıram, çünki, İlham Əliyev ABŞ-ın bütün istəklərini yerinə yetirirsə, hansı ağılla ABŞ bu hakimiyyətin getməsini istəyəcək?

ABŞ-da bu hakimiyyətin yerinə gələn iqtidarın ABŞ-a sadiq qalacağı haqqında hər hansı bir zəmanət varmı? Yoxdur, o zaman çətin ki, ABŞ maraqlarına cavab verməyən addım atsın, yəni Morninqstar dili altında söz gözlətməyib.
Source : Islamtimes
Comment