0
Wednesday 1 May 2013 - 00:15

Deyib yoxsa deməyib?

Story Code : 259574
Deyib yoxsa deməyib?
Bu gün mətbuatda ildrım sürətli ilə yayılan bir xəbər, Azərbaycanın qərbpərəst qüvvələrinin gərgin müzakirə mövzusuna çevrildi. Yerli mətbuatın İran mediasına istinadən yazdığına görə İranda səfərdə olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prezindeti Mahmud Əhmədinecjadla görüşü zamanı səsləndirdiyi fikirlər cəmiyyətdə rezonansa səbəb olub. Qərbin Azərbaycanda rəngli inqilablar etmək cəhdlərinin qarşısının Azərbaycan hakimiyyəti tərəfindən alndığını bildirən Ramiz Mehdiyev daha sonra çıxışında deyib: “Sizin adınız və fəaliyyətiniz daxili, regional və qlobal siyasətə qızıl hərflərlə yazılıb. Biz bunu aydın görürük və bu səbəbdən sizə bu qədər hörmət edirik”.

Ekspertlər arasında gedən müzakirələrdə belə bir sual səslənir ki, doğrudanmı mətbuatın cəmiyyətə təqdim etdiyi cümlələr Ramiz Mehdiyevə məxsusdur, yoxsa bu jurnalistlərin növbəti fantaziyasının məhsuludur? Mətbuata verdiyi açıqlamalarda müxalif siyasətçilər və ekspertlər ən birinci olaraq Ramiz Mehdiyevin belə fikir səsləndirməsinə böyük şübhələrlə yanaşdıqları bildirirlər.

Onlar, ABŞ-ın Azərbaycanda rəngli inqilaba cəhd etməsi və bunun qarşısının alınması haqqında deyilən fikirləri şübhə altına atmırlar, qeyd edirlər ki, Ramiz Mehdiyev bu cür cümlələrə imzasını ata bilər, ancaq Əhmədinejad haqqında səsləndirdiyi fikirlərin həqiqətən Administrasiyasının rəhbərinə məxsus olmasına inanmırlar. Digər tərəfdən bəyan edilər ki, əgər həqiqətən Ramiz Mehdiyev bu cür fikir səsləndiribsə onda Azərbaycanın qərblə ciddi problemləri ola bilər.

Bir daha qeyd edim ki, müzakirələr qərbpərəst siyasətçilər və siyasətşünaslar arasında gedib. Rəsmi şəxslərin bununla bağlı hələlik heç bir açıqlamaları yoxdur, ancaq açıqlama olacaq, çünki əliyev rejimi bu cür hallarda, yəni əliyev rejimi qərblə münasibətlərinə xələl gətirə biləcək məsələlərdə həssaslıq nümayiş etdirməsi təcrübəsi artıq mövcuddur. Ancaq elə anlaşılmasın ki, Ramiz Mehdiyevin bu fikirləri cəmiyyəti narahat edib, xeyr, burda söhbət ABŞ-ı özünə məbəd qəbul edən siyasətçilərdən gedir, lakin, bu qərbpərəst qüvvələr cəmiyyətdə rəy formalaşdırmaq, cəmiyyətin fikirlərini formalaşdırmaq, xalqın ovqatını kökləmək üçün resursları, təcrübələri və digər bütün imkanları var. Hakimiyyət təmsilçilərini də bu məsələ ilə bağlı açıqlama verməyə vadar edəcəklər.

İndi hakimiyyət təmsilçilər, Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun timsalında mətbuatla görüşündə qeyd edəcək ki, Ramiz Mehdiyev səsləndirdiyi fikirlər mətbuat tərəfindən təhrif olunub, düz anlaşılmayıb və ya uğursuz tərcümə olunub. Sözsüz ki, buna ilk reaksiyanı yerli mətbuat verərək İran mətbuatının yaydığı məlumatın doğru tərcümə olunduğunu bəyan edəcək, dezinformasiya əməlinin özlərinə aid olmadığını bildirəcək.

Başqa bir məqamda budur ki, müzakirələri aparan amerikapərəst siyasətçilər belə fikirlərin həqiqətən səsləndirilməsindən sevinərlər. Bilirsiniz niyə?

Ona görə ki, onlar Ramiz Mehdiyevin bu fikirlərini əllərində bayraq edib çıxacaqlara ABŞ-ın qarşısına ki, siz əliyev hakimiyyətini dəstəkləyirsiniz, ancaq bu iqtidarın ölkədə real hakimiyyəti olan ikinci bəzi hallarda isə qeyri rəsmi olaraq birinci adamı Əhmədinejada belə fikir söyləyib.

Qərbin buna sərt təpki verəcəyini düşünmürəm, çünki onların hesabına görə Azərbaycan İran münasibətlərində heç bir dəyişiklik Ağ Evin planından kənara çıxa bilməz.
Comment