0
Friday 28 June 2013 - 00:46

Hakimiyyətin bir namizədi var

Story Code : 277435
Hakimiyyətin bir namizədi var
Islam times.org/az/ - Bu günlərdə mətbuat və sosial şəbəkələrdə siyasi qalmaqala səbəb olan ancaq siyasətlə ancaq zahiri əlaqəsi olan məsələ geniş müzakirə olunur.

Söhbət Demokratik Azərbaycan Dünyası Partiyasının iyunun 22-də keçirilən qurultayında birinci xanım Mehriban Əliyevanın prezident seçkilərində namizədliyini irəli sürməsindən gedir.

Burda bir neçə izah olunmalıdır, əvvəlcə onu deyim ki, DADP cəmiyyətdə, siyasi səhnədə tanınmayan, nüfuza və sosial dəstəyə malik olmayan bir partiyadır, 20 ildən çox zamandır ki, qeydiyatdan keçsə də bu partiya hələ indiyə qədər bir dəfə də olsun gündəmə gəlməyib.

Ən qəribəsi də budur ki, bu partiya bir dəfə də olsun bir mandantla belə Milli Məclisdə təmsil olunmayıb, ancaq özünü heç zaman müxalifət partiyası hesab etməyib, daima özünü hakim partiya – YAP-ın “qardaşı” sayıb.

Elə ən təzadlısı da budur ki, DADP rəhbərliyi hakimiyyətə sadiq olub, keçmiş sədri Məmməd Əlizadə özünü Heydər Əliyevçi hesab edib və çətin zamanlarda Əliyevi müdafiə edib, ancaq bu fədakarlığının qarşılığında hakimiyyətdən ona heç bir dəstək olmadı, nə Heydər Əliyevin vaxtında nə də ondan sonra.

Məmməd Əlizadə Heydər Əliyevi müdafiə etdiyi kimi İlham Əliyev hakimiyyətini də müdafiə edirdi, ona müxalifətə keçməmişdi, ancaq İlham Əliyevin vaxtında YAP-da Əli Əhmədov kimi bir rəqibi bəlkə də düşməni vardı deyə inciliyini də gizlədə bilmirdi, çünki Əli Əhmədov Məmməd Əlizadəni “süfrə” başına buraxmırdı.

Bir neçə il əvvəl Məmməd Əlizadə naxçıvanlı olmasına baxmayaraq Mehriban xanımı böyük siyasətdə görmək üçün müəyyən fəaliyyətə başladı. Elə bu zamanlardan başlayaraq Məmməd Əlizadənin müavini olan və Novosibirsk şəhərində yaşayan Mirkazım Seyidovla münasibətləri korlandı, bunun da səbəbi M.Əlizadənin Əli Əhmədovla münasibətlərindəki gərginlik oldu.

Sonra da Mirkazım Seyidovun ətrafında olan beş üç nəfər iyunun 22-də guya qurultay keçirib Mehriban Əliyevanın namizədliyini irəli sürdü. Bu addımın batinində əslində Mehriban Əliyevaya yaltaqlanmaqdan başqa bir şey deyildi və bu həqiqəti anında bütün cəmiyyət, hətta siyasətlə qəti maraqlanmayanlar belə anladı.

Ancaq həm eskpertlər həm də hakimiyyət DADP-ın bu qərarına çox neqativ münasibət bildirdi, Əli Əhmədov isə bir o qaldı desin ki, bu adamlar küçə uşaqlarıdır. Sözsüz ki, Mehriban Əliyeva DADP-ın bu qərarına nə dəstək verəcək nə də bu məsələyə reaksiya verəcək, namizədliyini də qeydiyyatdan alınmasına razılıq verməyəcək. Digər bir məsələ budur ki, Mehriban Əliyeva namizədliyini irəli sürülməsini istəsəydi bunu çox mötəbər bildiyi qurumlarla, ən azı hakim partiyanın vasitəsilə edə bilərdi, ona görə Mirkazım Seyidovun yaltaqlığı nəticəsiz qalacaq.

Müzakirələrdə “hakimiyyətin iki namizədi var” kimi səsləndirilən fikirlər isə çox bayağı və yersizdir, çünki beş üç səfehin birə yığışıb iki kəlmə sözü düz əməlli ardıcıl deyə bilmədiyi halda Mehriban Əliyevanın namizədliyini irəli sürməsi birinci xanım üçün də ən azı ikrah səbəb olacaq addımdır.
Source : Islamtimes
Comment