0
Friday 2 August 2013 - 01:47

Putin Bakıdan əliboş qayıtmayacaq

Story Code : 288977
Putin Bakıdan əliboş qayıtmayacaq
Putin Bakıdan əliboş qayıtmayacaq
Islam times.org/az/ - Son zamanlar, xüsusilə seçki günü yaxınlaşdıqca cəmiyyətdə Rusiya Azərbaycan münasibətləri çox qabardılır, az qala ABŞ Avropadan sonra 3-cü plana keçdiyi görünür.

Rusiya Azərbaycan münasibətləri isə daha prezident seçkiləri kontekstində işıqlandırılır, kimisi, daha doğrusu müxalifət iddia edir ki, Rusiya İlham Əliyevin hakimiyyətdə qalmasını istəmir, müstəqil ekspertlər isə hesab edir ki, əksinə İlham Əliyevin ən önəmli dəstək verəni elə rəsmi Moskvadır.

Bir neçə gündür Vladimir Putinin Bakıya gözlənilən səfəri ilə bağlı mətubat və sosial şəbəkələrdə gərgin müzakirələr gedir.

Belə bir iddia var ki, Putin İlham Əliyevdən neft, qaz və silah ixracı məsələlərində müəyyən imtiyazlar qoparmaq niyyətindədir, bunlar həm də İlham Əliyevin növbəti dəfə prezidentliyini legitimləşdirən, kürsüdə rahat oturmasını şərtləndirən tələblərdir. Ancaq müzakirələrdən elə anlaşılır ki, artıq razılaşmalar baş verib, Putin istədiklərini İlham Əliyevdən ala bilib, bunu ABŞ və Avropa da qəbul edib, ona görə güman etmək olar ki, Putinin Bakıya səfəri zamanı artıq razılaşdırılmış məsələlərlə bağlı sənədlər imzalanacaq. Azərbaycanın şimalında, Dağıstanda isə Azərbaycanla əlaqəli vəziyyət hələ də mürəkkəbdir.
Source : Islamtimes
Comment