0
Monday 5 August 2013 - 06:45

Bazara yox, marketə hə

Story Code : 289802
Bazara yox, marketə hə
Bazara yox, marketə hə
Islam times.org/az/ - Moskva meri Sobyanin seçkiqabağı özünü bir qədər də xalqa sevdirmək üçün canfəşanlığından qalmır, başımın üstündə Allah var, bu vaxta qədər də xalqın mənafeyini güdaza verməyib, sosial sifarişləri görüb və ona reaksiya verib, indi də paytaxtdakı açıq kolxoz bazarlarını ləğv etdirib əvəzndə qipermarketlərin inşası planını davam etdirir.

Azərbaycanda da dəli qırmızını görən kimi hansısa rəsmi iri vəzifəli dövlət məmuru bu Moskvada baş verənlərdən təsirlənib Bakıda da eyni addımların atılması üçün Hacıbalaya tapşırıq verib.

Bakı şəhər icra hakimiyyətindən mətbuata verilən açıqlamalarda deyilir ki, yaxın gələcəkdə Bakıda olan açıq kənd təsərrüfatı bazarları ləğv olunaraq onlar iri marektlərlə əvəzlənəcək, Hacıbala Abutalıbov bunun adını da qoyub ki, şərq tipli bazarlardan qurtarmaq lazımdır, qərb tipli alış veriş yerləri, marketləri açmaq lazımdır, şərq tipli bazarlar geridə qalmış ölkələrə aiddir.

Bu xəbərdən sonra hamı kədərə, qüssəyə qəra olub, hər kiminsə ağzına baxır ki, görən nə deyə bilərlər, çünki bazarlarda istər satanlar istərsə də alanlar kasıb, yoxsul təbəqənin adamlarıdır, bu təbəqədən olan əhali isə məzlum, aciz və qorxaq olar.

Bir az da məsələ burasındadır ki, biz də adıgedən əvəzləmələr Moskvadakından fərqlənir, bir çox xüsusiyyətlərinə görə də neqativliyi ilə. Əhalinin rifah səviyyəsinə görə, işsizlik və əmək haqqı səviyyəsinə görə Moskva ilə Bakı arasındakı fərq yerlə göy qədərdir, düzdür, Moskvada yaşayan yaşlı pensione
nənənin Bodrumda, Kəmərdə dincəldiyi otellərdə, Bakının hünərli biznesmenləri dincəlir, bu hələ Loşkovun vaxtından belədir, orda həmin pensioner nənələr qipermarketə gedib bazarlığını asanlıqla edə biləcək, ancaq hələ bu günün özündə Bakıdakı bazarlara kasıbı ilə yanaşı elə zəngini də gəlir.

Bakının işsiz, yoxsul, aciz, kasıb, məzlum camaatı bazarların əvəzində qurulacaq marketlərdən hansı imkanlarına görə bazarlıq edə bilərlər? Marketlərdə məhsulların qiymətlərinin bazarlara nisbətən yüksək olacağına bir neçə amil təsir göstərəcək, birincisi, marketlərin sahibləri indiki kimi dövlət məmurları olacaq, onlar da ölüdən tük qırxırlar, qiymət qaldırmaq üçün qadınlarını, qızlarını belə düşmən yatağına salarlar.

İkincisi, marketlərdə meyvə və tərəvəzlərin tez xarab olmamasından ötrü iri soyuduculara yerləşdirilməklə bazarın xidmətindən istifadə olunacaq, bu da məhsulların qiymətinin kəskin artımına səbəb olacaq, ola da bilər ki, soyuduculardan istifadə mütləq olsun, o halda qiymətlərin bu amilə görə total şəkildə qalxmasına şübhə yoxdur.

Üçüncüsü, onusuzda məhsulları əkən becərən kəndlilər mallarını alverçilər vasitəsilə bazara çıxara bilir, indi bu market oyunundan sonra kəndlinin son alıcı ilə alış verişi mümkünsüz olacaq.

Dördüncüsü, aydın məsələdir ki, marketlərdə işləyənər əasən intervallarla oturmuş kassirlər, bir də uzaq başı marketin yük boşaldan fəhlələri olacaq, bazarlarda isə hər məhsulun öz satıcısı olur, onda belə çıxır ki, bazarlardakıların sayı 99 faizi ixtisar olunacaq və həmin qədər adam işsiz qalacaq.

Bir sözlə bu planı İlham Əliyev hakimiyyəti həyata keçirsə xalqın vəziyyəti daha da pisləşəcək, ancaq buna etiraz edən nə qədər olacaq deyə bilmərəm.
Source : Islamtimes
Comment