0
Wednesday 4 September 2013 - 14:15

Human Rights Watch-ın 100 səhifəlik hesabatı

Story Code : 298505
Human Rights Watch-ın 100 səhifəlik hesabatı
Human Rights Watch-ın 100 səhifəlik hesabatı
Sentyabrın 2-də Human Rights Watch təşkilatının yaydığı hesabatda Azərbaycanla bağlı vəziyyət 100 səhifədə əks olunub. Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogianın fikrincə Azərbaycanda hakimiyyət demokratiyanı mümkün olan qədər tam boğmağa nail olub, sərbəst toplaşma haqqında qanun pozulur, ifadə azadlığı çox məhdudlaşdırılıb, alternativ siyasi qüvvələrin fəaliyyəti iflic olunub. Bunların fonunda ictimai, siyasi fəallar kütləvi şəkildə həbs atılır, sifarişli qərarlar çıxardan məhkəmə orqanları fəalları daha ağır cəzalar verir.

Penitensiar xidmət sahəsində isə heç bir irəliləyiş yoxdur, həbsxanalarda vəziyyət dözülməzdir. Medianın vəziyətinə toxunan təhqiqatçı bildirir ki, jurnalistlər də represiyadan, təzyiqlərdən və həbslərdən kənar qalmır, onlar peşə fəaliyyətini yerinə yetirərkən hakimiyyətin zorakılığı ilə üzləşir. Hesabatda bildirilir ki, əslində siyasi məhbusların sayı qat qat çoxdur, ancaq yalnız onların 39 nəfəri haqqında səhih məlumatlar dərc olunub.

Təşkilat onu da bilirib ki, bu cür şəraitdə demokratik islahatlardan və demokratik seçkilərin keçirilməsindən danışmağa dəyməz, xalqın belə bir halda seçim etmək, konstitusion yolla hakimiyyəti dəyişmək imkanı demək olar ki, yoxdur. Hələlik hakimiyyətin bu hesabata reaksiyası olmayıb, ancaq şübhə etmirəm ki, həmişəki kimi əliyev rejiminin rəsmiləri bu dəfə də iddia edəcək ki, bu hesabat qərəzli şəkildə yazılıb, hakimiyyətin uğurlu siyasətinə kölgə salmaq məqsədi daşıyır, baş verən müsabət dəyişiliklər burda qeydə alınmayıb. Sonda hakimiyyət rəsmiləri bunu da qeyd edəcək ki, bu cür hesabatlar hakimiyyəti narahat edə bilməz və onlar öz yolunda davam edəcəklər. Həqiqətdə isə heç yerli politoloqlar və ictimai fəallar da bu hesabatın hansısa dəyişikliyə gətirib çıxaracağına ümid etmirlər, ancaq bununla belə hesabatdan razı qalıblar.
Source : İslamtimes
Comment