0
Thursday 19 September 2013 - 15:54

Ağaye Paşazadə Siz kimin şeyxisiniz?

Story Code : 303360
Ağaye Paşazadə Siz kimin şeyxisiniz?
Ağaye Paşazadə Siz kimin şeyxisiniz?
Seçki mövsümündə cəmiyyətdə fəallığın müşahidə olunması gözləniləndir, fəallğın əhalinin dindar kəsimə aid olması da normalıdır, çünki dindarların da hakimiyyətdən tələbi və gözləntiləri az deyil, ancaq dindarlar adından bəzən elə çıxışlar olur ki, bunu heç cür məntiqə sığışdıra bilmrisən. Belə çıxışların əsas müəlliflərindən daha çox fəalı olanı Dini İşlər üzrə dövlət Komitəsinin sədri Elşad İsgəndərov və QMİ sədri Allahşükür Paşazadədir.

Elşad İsgəndərov İranda rəsmi görüşlər keçirib Azərbaycanda dindarların, müsəlmaların heç bir problemi olmadığını və hakimiyyətin də dindarlara və dinə böyük qayğı göstərdiyini iddia edən zaman, QMİ sədri Allahşükür Paşazadə Bakıda özünə məxsus tərzdə bəyanat verir. Bu gülərdə QMİ sədrinin mətbuata verdiyi bəyanatında bildirib ki, Azərbaycanın dindar kəsimi hakimiyyətdən razıdır, onların ibadət etmələri, dini ayinləri yerinə yetirmələri üçün hakimiyyətin yaratdığı şəraitdən, İslama hakimiyyətin göstərdiyi qayğıdan möminlər çox razıdır, bunu əsas gətirərək şeyx iddia edir ki, müsəlman vətəndaşlar hamısı İlham Əliyevə səs verməlidir.

QMİ sədri öz adından və özünü ölkənin dini lideri kimi apraraq Azərbaycan dindarlarını İlham Əliyevə səs verməyə çağırıb. Şeyx iddia edir ki, Azərbaycanda sabitliyin, təhlükəsizliyin, İslam üçün yaradılan gözəl şəraitin olmasına baxmayaraq bəzi qüvvələr naşükürlük edir, bu isə Allahın bəyənmədiyi şeylərdən biridir.

Bu qüvvələr həm də ölkədə qarşıqlıq salmaq istəyir, ancaq buna baxmayaraq Allahşükür Paşazadə əmindir ki, dindarlar seçkidə İlham Əliyevə səs verəcək. Şeyxin bu səpkidə açıqlamaları ondan xəbər verir ki, ya QMİ sədri Azərbaycanda hakimiyyətin dindarlara və İslama vurduğu zərbələri normal sayır, ya da elə hesab edir ki, baş verənlərdən heç kəsin xəbəri yoxdur. Hansı ki, bütün dünyada hamı yaxşı bilir ki, Azərbaycanda artıq 3 ildir hicab qadağası və hicaba azadlıq tələb edən 300 nəfərə qədər hicab məhbusu var, bu barədə bizim portal az yazmayıb, oxucularımız İslama qarşı baş verən təcavüzdən yaxşı xəbərdardır.

Şeyx elə hesab etməsin ki, müsəlmanlar başına gətirilən zülmləri qanmır, anlaya bilmir, susacaq, səsini çıxarmayacaq. QMİ sədrinin verdiyi açıqlamalar bir daha göstərir ki, Allahşükür Paşazadə İslama, dinə yox, İlham Əliyevə xidmət edir, belə olduğu halda Allahşükür Paşazadənin QMİ sədri vəzifəsində nə işi var? Bəlkə, Elşad İsgəndərovu hardasa anlamaq da olar, çünki o dövlət məmurudur, dini lider deyil, özünü belə hesab etmir, ancaq şeyxin vəzifəsi və məqamı ayrıdır.

Şeyx bəzi qüvvələr deyəndə kimi nəzərdə tutduğu da məchul qalmır, onun fikrincə bu qüvvələr hicaba azadlıq tələb edən 300 nəfərə qədər olan haqlı müsəlmanlardır ki, hal hazırda şərlənərək həbsxanalara atılıb və orda min bir işgəncəyə məruz qalırlar. Şeyxin məntiqi ilə belə çıxır ki, hicaba azadlıq tələb edən və buna görə də hakimiyyət tərəfindən cibinə narkotik maddə atılaraq həbs edilən möminlər araqarışdırandır.

Bu günlərdə Bakıda səfərdə olan İran Sərhəd Qoşunlarının komandanı, general-leytenant Hüseyn Zülfüqari ilə görüşən QMİ sədri İslam Respublikasının prezidenti cənab Həsən Ruhanini səfər dəvət edib. Şeyx heç düşünürmü ki, İran prezidentinə fəaliyyəti, verdiyi bəyanatlar, hicab qadağası ilə bağlı nə deyəcək? Hicab məhbuslarına və hicaba azadlıq tələb etmədiyi üçün cənab Ruhaninin suallarına nə cavab verəcək? Bəlkə şeyxə elə gəlir ki, İran prezidentinin Azərbaycanda hicab qadağasından və yüzlərlə hicab məhbuslarının olmasından xəbəri yoxdur? QMİ sədrinin fəaliyyətini izlədikdən sonra adamda birinici yaranan sual budur: Ağaye Paşazadə Siz kimin şeyxisiniz?
Source : İslamtimes
Related Stories
Comment