0
Wednesday 8 May 2024 - 10:10

“Həll yolu bu dövlətin tanınmasından keçir” - Zaxarova

Story Code : 1133567
“Həll yolu bu dövlətin tanınmasından keçir” - Zaxarova
Yaxın Şərqdə dərin böhranın həlli üçün ilkin şərtlər görünmür, ABŞ və Böyük Britaniya öz xətlərində qalırlar.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Yaxın Şərqdə uzunmüddətli böhranın əsas səbəbləri nəinki həll edilmir və aradan qaldırılmır, hətta təhlil edilmir. Bu dəhşətli dramın əsas oyunçuları və baş qəhrəmanlarında bu vəziyyətə xas olan ziddiyyətləri aradan qaldırmaq imkanlarını təhlil etmək istəyi yoxdur. ABŞ-nin öz xəttini necə izlədiyini, Böyük Britaniyanın öz xəttinə necə sadiq qaldığını görürük”, - diplomat qeyd edib.

Zaxarova hesab edir ki, bu səbəbdən regionda durumun adekvat ssenari üzrə inkişafı üçün ilkin şərtlər görünmür.

Eyni zamanda, Rusiya rəsmisi bildirib ki, Qərb fəaliyyətini yalnız öz maraqları çərçivəsində müəyyən edilmiş çağırışlarla məhdudlaşdırır, hazırda bölgədə qorxunc humanitar fəlakət yaşanır. Zaxarova əlavə edib ki, rəsmi məlumatlara görə, Qəzza zolağında keçən ilin oktyabrından bəri 35 minə yaxın dinc sakin həlak olub.

“ABŞ sadəcə aylardır regionda növbəti geosiyasi eksperiment üçün tramplin kimi seçilən dəhşətli dramı izləyir”, - Zaxarova vurğulayıb.

Eyni zamanda, diplomat qeyd edib ki, vəziyyətin dalana dirənməsinə baxmayaraq, ümid itirilməyib və belə bir baxış Rusiyanın Yaxın Şərqdə nizamlanma ilə bağlı mövqeyinin bir hissəsidir: “Biz ondan çıxış edirik ki, birbaşa dialoq lazımdır, əlbəttə, iki dövlət formuluna, yəni Fələstin dövlətinə (müstəqilliyinin tanınmasına) ehtiyacımız var”.

Zaxarova əlavə edib ki, Rusiya öz baxışını yekun həllə qədər aparacaq.
Comment