0
Wednesday 2 October 2013 - 17:38

Seçki gündəliyi 7

Story Code : 307563
Seçki gündəliyi 7
Seçki gündəliyi 7
Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası hakimiyyətin iradəsi xaricindən çıxa bilmir, necə ki, ümumiyyətlə bütün prosesləri hakimiyyət müdaxilə edib istədiyini yeridir.

Bəlkə də bəzi totalitar ölkələrdə olduğu kimi Azərbaycanda da seçki olduğundan hakimiyyət siyasi liberallığa az da olsa gedərdi, ən azı beynəlxalq aləmin tənqidləri ilə üzləşməməsi üçün, ancaq İlham Əliyev hakimiyyəti o qədər özünə arxayındır ki, elə bil bu ölkə Respublika yox, qanlı qandallı, hər şeyi qara rəngdə olan totalitar rejimdir, ya da hər şeyi boz rəngdə olan Şimali Koreyadır.

Seçkidə hakimiyyətlə müxalifətdən yeganə real namizəd Milli Şuranın namizədi Cəmil Həsənli yarışır, ölkə ictimiyyətində belə qəbul olunur ki, Cəmil Həsənli ordakı özünü müxalifət adlandıranlardan fərqli olaraq xalis müxalifət mövqeyindədir. Yəqin elə buna görə Milli Şura və vahid namizəd Cəmil Həsənliyə qarşı hakimiyyət bütün cəbhələrdə hücuma keçib.

Cəmil Həsənlinin gənclərlə keçirdiyi görüşlərə təxribatçı qrup göndərilir, sonra Cəmil Həsənlinin təəssübkeşləri tərəfindən təxribatçılar zaldan çıxarılır və onlar da gedib polisə şikayət ərizəsi verirlər ki, guya Cəmil Həsənli onları döyüb, hansı ki, bütün görüş boyu videogörüntülərdə Cəmil Həsənli oturduğu stuldan belə ayağa ancaq görüş bitdikdən sonra qalxır və həmin təxribatçı gənclərə əlinin çatması üçün vahid namizədin əlinin uzunluğu ən azı 30 metr olmalı idi.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli canlı efirdə 8 nəfərin ona qarşı hücum edib teledebatın vaxtını almalarını gördükdə İctimai Televiziyaya ödənişli efir üçün müraciət edir, ancaq İTV bu müraciətə rədd cavabı verir, namizəd MSK-ya müraciət edir, Komissiya isə məsələni müzakirə edəcəyini bildirir.

MSK-nın verəcəyi cavabın isə Prezident Administrasiyasında hazırlanacağını isə bu ölkədə bilməyən yoxdur. Milli Şura oktyabrın 6-da mitinq görüş təyin edir Bakı şəhər icra hakimiyyəti isə buna rədd cavab verərək bildirir ki, həmin günü başqa bir namizəd artıq müraciət edib və mitinqi bir gün əvvələ keçirməsini tövsiyyə edir, bir gün əvvəl isə şənbə iş günü olduğundan heç də arzu edələrin hamısı görüşdə işitrak edə bilməyəcəyi qənaəti yaranır.

Onu da qeyd edək bu artıq ikinci dəfədir ki, şəhər meriyası Milli Şuranın mitinq görüşünə rədd cavabı verib bir gün əvvələ çəkilməsini tövsiyyə edir. Digər tərəfdən Respublika Prokurorluğu bəyanat yayır ki, Əflan İbrahimovun müraciəti araşdırılır, Milli Şuranın fəaliyyəti diqqət mərkəzində saxlanılır, ölkədə hər hansı bir asiayiş pozucularına qarşı mübarizədə amansız olacaqlar. Prokurorluğun bu bəyanatı açıq aşkar təhdidir, ancaq təkcə təhdid deyil həm də yeni represiya dalğasının anonsudur.

Əgər prokurorluq asayişin, qanunun və hüququn müdafiəsində bu qədər maraqlıdırsa onda nə üçün canlı efir zamanı Cəmil Həsənlinin təhqir olunması ilə bağlı tədbirlər görmür, bu hal bir daha açıq şəkildə sübut edir ki, hakimiyyət müxalifətə qarşı müharibə elan edib və bu tendensiya heç seçki ərəfəsində də səngimir, əksinə daha da artır.
Source : Islamtimes
Comment