0
Tuesday 20 July 2010 - 14:53

İMAM XOMEYNİ QƏRB VƏ ŞƏRQ NƏZƏR SAHİBLƏRİ BAXIMINDA

Story Code : 31635
İMAM XOMEYNİ QƏRB VƏ ŞƏRQ NƏZƏR SAHİBLƏRİ BAXIMINDA
Araşdırmaçılardan çoxları bu əqidədədirlər ki, İranda islam inqilabı baş verməsilə bəşərin dini və mənəvi həyatı yeniləndi və bu səbəbdən 19-cu əsrin 9-cu on illiyini əhdlərin yenillənməsinin ilk dönəmi adlandırmaq olar!

Müasir dövürdə dünyanın fəlsəfi və siyasi ədəbiyyatında o cümlədən elmi dispudlarda imam Xomeyninin (rh) nəzərləri və islam inqilabının siyasi və ictami birlikdə ortaya çıxması amilləri barədə müzakirələr edilir.

Bir çox islam ölkələrində islamyönlü qruplaşmaların yaranması və inkişafı, dünyanın gələcək mədəniyyəti, siyasi-ictimai dəyərləri, dini inamlar və insanların dinə, xüsusilədə islam dininə doğru meyillənməsi barədə islam mədəniyyətinin və müsəlmanların rolu barədə müzakirələri, imam Xomeyninin (rh) ictimai rəhbərliyi altında baş vermiş islam inqilabının bərəkətli səmərələrindən hesab etmək olar.

Böyük islam inqilabı rəhbərinin əzəməti qərb və şərq alimlərini heyrətləndirəçək həddə böyükdür. Bu səbəbdən müxtəlif alimlərin imam Xomeyni (rh) barədə olan nəzərləri ilə tanışlıq o dahi rəhbərin dəyərləri ilə tanış olmaqda bizə çox böyük köməklər edə bilər.

Qarşınızda olan bu təhlildən dahi rəhbərin müxtəlif alimlər baxımından olan müxtəlif sahələrdə olan şəxsiyyəti barədə bəhs edilmişdir.

Imamın şəxsiyyəti

“Robin Vud Zors” özünün imamla Çəmaranda olan görüşünü izah edərkən belə deyir: “İmam qapıdan içəri daxil olarkən mənəvi qüvvəyə malik küləyin əsdiyini hiss etdim, elə bil o qəhvəyi rəngli əbanın, qara rəngli əmmamənin və ağ rəngli saqqalın əhatəsində həyat bəxş edici bir ruh hərəkətt edirdi və bu elə bir həddə idi ki, bütü tamaşaçıları özünə çəlb etmişdi.
Eyni zamanda onun gəlişi ilə hamımızın kiçildiyini hiss etdim, elə bil ondan başqa salonda heç bir şəxs qalmamışdır. 

Bəli O, hamının qəlbinə nüfuz etmiş bir nur parçası idi, ... 

Eyni halda O elə bir həddə sakit və aram idi ki, elə bil qüdrətli və sabit bir qüvvə onun daxilində hərəkətdədir, bəli bu keçmiş iran rejimini bir dəfəyə aradan qaldıran həmən qüvvə idi. 

Görəsən belə bir şəxsiyyət adi bir insan ola bilərmi? ... Mən bu dövrə kimi böyük şəxsiyyətlərdən heç birini onun həddə böyük və əzəmətli görməmişdim. 

... Onun haqda deyəçəyim söz ən az bu ola bilər ki, O keçmiş peyğəmbərlərdən birinə bənzəyirdi, vəya kafir olan Fironu öz torpaqlarından aradan qaldırmaq üçün islamda zühur etmiş Musadır” .

İmam Xomeyninin (rh) şəxsiyyəti barədə araşdırma apararkən onun İlahi ruhu, yüksək düşüncələri və özünə məxsus mənəvi və ruhi xüsusiyyətlərinə o çümlədən onun bərəkətli əsərlərinə diqqət yetirdikdə, ixtiyarsız olaraq o böyük və dəyərli şəxsiyyət barədə araşdırmaçılar tərəfindən “İmam Xomeyninin (rh) səsi İran xalqı üçün Allahın səsi hökmündədir”, “O Allahın yer üzərində olan əlidir” və “O yer əhli üçün mələkuti bir hədiyyədir” kimi ifadələr istifadə edilmişdir.

... Baxmayaraq ki, imam Xomeyni (rh) qərbin işğalçı siyasət, iqtisadiyyat və mədəniyyəti qarşısında islami mübarizliyin əvəz edilməz aşkar nümunəsi idi, amma onun müsəlmanlar arasında olan xəbərləri təkcə şiələr üçün deyil bəlkə bütün məntəqələrdə və dünyada səs saldı. ...

Etiraflar

İmam Xomeyninin (rh) böyük şəxsiyyət olması özünün və islam inqilabının düşmənlərini belə onun heyrətəndirici xüsusiyyətləri barədə söhbət açmalarına səbəb olmuşdur.

“Xomeyninin bizim əsrdə yaşayan tarixin böyük şəxsiyyətlərindən olması barədə heç bir şübhə yoxdur. Bu günə kimi təkcə İranda deyil bəlkə bütün dünyada yüksək dərəcəli nüfuz və cazibəyə malik və böyük qüdrətlərin diqqətini bu həddə özünə cəlb edəcək belə bir şəxsiyyətləri çox az tapmaq olar” ifadəsi düşmənlər tərəfindən imam Xomeyni (rh) barədə deyilmiş sözlərdən biridir.

İki yüz ildən artıq İngiltərənin müstəmləkəçiliyinin sözcüsü ünvanı ilə məşhur olan London Times imam Xomeynini (rh) belə xatırladır: “İmam xomeyni (rh) sözləri ilə cəmiyyəti özünə cəlb edəcək qüvvəyə malik bir şəxs idi. O, addi insanların dili ilə danışır və özünün yoxsul və fəqir tərəfdarlarına ruhiyyə bəxş edirdi. Bu isə onlara hədəfləri qarşılarında duran hər bir şəxsi aradan götürmək qüvvəsi bəxş edirdi. O insanla hətta Amerika kimi böyük qüdrətlərin qarşısında belə qorxmamağı öyrətdi.”

“Herald Tribune” qəzeti də imam Xomeyni (rh) barədə etiraf edərək belə yazır: “Ayətullah Xomeyni ömrünün son anlarına kimi özünün İranda bir islam cəmiyyəti və islam dövləti təşkil etmək arzusuna vəfadar qalan yorulmaz bir inqilabçı idi. İmam Xomeyni qədim tarixə malik vətəni üçün istəkləri barədə bir an belə səhlənkarlıq etmədi. O İranı qərbin fəsadlarından təmizləmək və iran xalqına sağlam islamı qaytarmaqda məsul hesab edirdi. 

Ardı var ...
Comment