0
Wednesday 13 November 2013 - 00:43

Cenevrə müzakirələrində İran pozuculuq etdi?

Story Code : 320460
Cenevrə müzakirələrində İran pozuculuq etdi?
Bəli, ötən gün Paris müqəssir idi, bu gün səhər Tehran ittiham olunur. Amerika İrana qarşı o qədər səxavətli deyil ki, onun pozuculuğunu 48 saat gizləyib, sonra açıqlasın. Əgər İran müqəssir olsaydı, Vaşinqton bunu dərhal açıqlayardı. Cenevrədə üçtərəfli danışıqlardan çox az sonra Fransa xarici işlər naziri Loran Fabius müzakirənin nəticəsiz başa çatdığını bildirdi. Hansı ki, mətbuat 4 saatdan artıq idi müzakirələrin nəticəsini gözləyirdi. Bir neçə dəqiqə sonra İran xarici işlər naziri Cavad Zərif və AB-nin xarici siyasət üzrə məsulu Katrin Eşton müştərək mətbuat konfransı keçirib, bu məsələni açıqladılar və növbəti müzakirələrin faydalı olacağını bildirdilər. Bu xəbərin Fransa xarici işlər nazirinin dilindən yayılması danışıqların Paris tərəfindən pozulması ilə bağlı söz-söhbətə son qoydu. Bütün şəbəkələrdə yayımlandı ki, Cenevrədə razılaşmaya Fransa mane oldu. Danışıqlardan ötən iki gün ərzində dünya mətbuatı Fransanın nə üçün bu addımı atdığını təhlil edib. Əksəriyyət bu fikirdədir ki, Fransa Səudiyyə Ərəbistanı və İsrailin təzyiqləri altında bu işi görüb. ABŞ xarici işlər naziri Con Kerri Vaşinqtonla Paris arasında fikir ayrılığı barədə deyib: “Vaşinqton və Parisin mövqeyi çox yaxındır. Bəzi məsələlərdə fikir ayrılığı təbiidir.”
 
Bir gün sonra Kerri CBS şəbəkəsinə müsahibəsində deyib: “Təkcə Fransa yox, biz də əmin olmaq istəyirdik ki, sərt və aydın danışmışıq və qərarlarımız yanlış olmayacaq.”
 
Kerri qəbul edib ki, Fransa razılaşmanın mətninə etiraz edib. 5+1 arasında parçalanmanı ört-bastır etəmək üçün Kerri ABŞ-ın da Fransa ilə eyni fikirdə olduğunu bildirib. BBC ötən gecə yazıb ki, Parisin Ərak təsisatının dayandırılması ilə bağlı təkidi danışıqların nəticəsiz başa çatmasının əsas səbəbidir.
 
Bazar günü BBC-yə müsahibə verən Katrin Eşton Fransanın pozuculuğunu inkar etməyib. O deyib ki, “Fransa 3+3 qrupunun üzvüdür və Loran Fabiusun müzakirəyə qatılmasından məmnunam.”
 
Fransanın pozuculuğunu cənab Zərif də təsdiqləyib. O deyib ki, baxışlar fərqlidir, Fransanın da baxışı o cümlədən. Zərif qarşılıqlı hörmət və ehtiramın zəruriliyindən danışıb, İran xalqının hüquqlarına diqqətin müzakirələrə müsbət təsir edəcəyini yada salıb. Sonrakı müsahibəsində açıq bildirib ki, müzakirələrdə Fransa pozuculuq edib. 
 
Cenevrə müzakirələrindən iki gün ötmüş ABŞ xarici işlər naziri bildirib ki, Cenevrədə Fransa 5 güclü dövlətin yanında olub və müzakirənin tələblərini İran pozub. Mətbuat Fransanın pozuculuğunu araşdırdığı zaman Con Kerrinin bu bəyanatı ciddi görünmür. Bütün dövrlərdə ABŞ və Qərb müzakirələrdən bir neçə gün qabaq müqəssir sorağınca olub.
 
Con Kerri nə üçün iki gün sonra bu bəyanatla çıxış edir? İctimai fikir bu suala cavab axtarır. Yəni Amerika İrana qarşı o qədər səxavətli oldu ki, İranın pozuculuğunu 48 saat gizli saxladı? Con Kerrinin diqqəti Fransadan yayındırması İranın müsbət addımlarını gözdən salmaq məqsədi daşıyır. Qərb bu dəfə İrana qarşı şantaj imkanlarına malik olmayıb. Nəticədə 5+1 arasında parçalanma yaranıb. ABŞ və Qərb çalışır ki, dünyanı İrana qarşı qaldırsın. Artıq kimsədə şübhə qalmayıb ki, son müzakirələrin nəticəsiz başa çatmasında Qərb günahkardır. ABŞ İranı günahkar göstərməklə növbəti müzakirələrdə manevrə hazırlaşır. Onlar İranın müsbət imicini korlamaq istəyirlər. İran üçün pis mesaj budur ki, 5+1 İrana qarşı fəaliyyətlərini uyğunlaşdırmaq istəyir.  
Comment