0
Tuesday 19 November 2013 - 23:49

Prezidentin aktiv həftəsi

Story Code : 322644
Prezidentin aktiv həftəsi
Prezidentin aktiv həftəsi
Prezident seçkisindən bir ay sonra İlham Əliyevin aktiv həftəsi bu günlərə təsadüf etdi. Bu fəallığa müxtəlif kontekstlərdən baxaraq bəzi məqamların izahını vermək olar.

Noyabrın 12-də, yəni Azərbaycanın Konstitusiya günündə, seçkidən sonra İlham Əliyev ilk səfərini Türkiyəyə etdi. Türkiyədə prezident Abdulla Gül, baş nazir Ərdoğan və bu ölkənin parlament sədri Cəmil Çiçəklə görüşlər keçirdi.

Türkiyəyə səfər daha çox neft və təbii qaz nəqlinin marşurutları ilə bağlı olduğu bildirilir, bundan başqa bu görüşlərdə səfərin siyasi məqamları da nəzərə çarpırdı, ancaq daha sonrakı səfərlərdə məsələnin siyasi mahiyyəti özünü gizlədə bilmədi.

Abdulla Güllə görüşü zamanı İlham Əliyevin nitqindən də bunu görmək olardı. İlham Əliyev Türkiyəyə 16-cı dəfə səfər etdiyini, Türkiyənin sürətli inkişafının nəzərə çarpdığını və Türkiyənin güclü olduğu halda Azərbaycanın da özünü arxayın hiss edəcəyini bildirdi.

Razılaşın ki, belə bir çıxışın təbii qazın nəqli ilə bağlı heç bir əlaqəsi yoxdur. Məsələ nədədir? Məlumdur ki, bir neçə aydır Rusiyanın KİV-də Qazaxstan prezidenti Nursultan Nazarbayevin Türkiyənin də Gömrük İttifaqına qoşula biləcəyi fikirlərinin səsləndirilməsi haqqında xəbərlər ardı arası kəsilmədən yayılır.

Nazarbayevin belə bir fikirlərinin nə zaman, harda səsləndiriliməsi barədə heç bir mənbə göstərilmir, bununla belə Qazaxstan prezidenti tərəfindən də səsləndirilən fikirlərin təkzibi mətbuatda yer almır. Yəni həm jurnalistlər həm də ekspertlər tərəfindən belə qəbul olunur ki, Nazarbayev belə fikirləri səsləndirib.

Rus politoloqları belə hesab edir ki, Türkiyənin Gömrük İttifaqına qoşulması orta asiya türkdilli dövlətlərin və türkdilli dövlət olan Azərbaycanın da həmin ittifaqa qoşulmasına xeyli yardım edəcək. Digər yandan, artıq Avropa Birliyində Türkiyənin üzünə qapıların bağlanması bu ölkə üçün seçim qoymur və Rusiyanın olduğu bir ittifaqa qoşulması ilə özünə böyük bir bazar əldə edə bilir.

İqtisadi baxımdan Türkiyənin Rusiya bazarına girməsi türk iqtisadiyyatı üçün çox önəmlidir və sərfəlidir. Onda İlham Əliyevin Türkiyədə Gömrük İttifaqı məsələsini də müzakirə etmələri ehtimalı çox yüksəkdir.

Düzdür, qaz nəqlinin marşurutları ilə bağlı imzalanan sənədlər bu ehtimalı irəli sürmək üçün maneə yaradır, ancaq bununla belə onu da nəzərə almaq lazımdır ki, bu kəmərlər heç də türkdilli ölkələrin Gİ-na qoşulamsı üçün ciddi baryer deyil.

Türkiyədən qayıtdıqdan sonra noyabrın 15-də İlham Əliyev Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışına qatılır. Açılış mərasimində pavoslav, katolik, müsəlman, yəhudi icmalarının rəhbərləri, Milli Məclisin deputatları, Rusiya və Belorusiyanın səfirləri qatılıb.

Bu cür açılış tədbirlərinə qatılmaq İlham Əliyev üçün adəti bir haldır, ancaq beynəlxalq tolerantlıq günü- 16 noyabr ərəfəsində Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında iştirak etməsinin başqa bir məqamı da budur ki, İlham Əliyev Rusiyaya özünün mehriban qonşuluq siyasətinə sadiqliyini nümayiş etdirmək mesajını vermiş olub.

Həmin görüşdə İlham bəyan edib ki, Rusiya və Azərbaycan milli və konfessiyalar arası mehriban münasibətlər baxımından oxşardır. Tolerantlıq günü ərəfəsində İlham Əliyevin belə bir bəyanatı adi və bəlkə də təbii görünə bilən çıxışdır, ancaq yenə də biz gəlirik mövzunun siyasi məqamına və yenə də Gİ məsələsinə.

Bu bəyanatla İlham Əliyev Rusiyanın Azərbaycana gələcəkdə baş verə biləcək qəzəbinin qabağını almaq üçün önləyici tədbir görmüş olur. Onda belə çıxır ki, İlham Əliyev Azərbaycanın Gİ-na qoşulmasının tərəfdarı deyil? İş burasındadır ki, Gİ-na qoşulmaq Əiyevin ürəyincə deyil, istəmir, bu İttifaqa qoşulmaq heç mənafeyinə də cavab vermir, cəmiyyətdə də birmənalı qarşılanmaz, bununla belə Rusiyanın da qəzəbinə düçar olmaq istəmir.

Yəni daşla od arasında qalmaq vəziyyəti kimi bir durum yaranıb. Elə buna görə də arxayınçılıqa hələ ki, qərar verə bilmədiyi görünür. Türkiyədəki çıxışı da buna bir misaldır. O da məlumdur ki, Gİ-a qoşumaq üçün Rusiya Ukraynaya müxtəlif üsullarla təsir və təzyiq edir, orda da prezident Yanukoviç nə edəcəyinə hələ qərar verməyib.

Yanukoviçdən olsa, noyabrın 28-də Vilnüsdə keçiriləcək toplantıda Avropa İttifaqı ilə tərəfdaşlıq sazişini imzalayar, zatən xalqın bir hissəsi də bunu istəyir, ancaq o da Əliyev kimi rəsmi Moskvanın qəzəbindən nigarandır.

Deməli Ukrayna ilə Azərbaycan prezidentlərinin vəziyyəti oxşardır, “Gİ-na yoxsa Avropa İttifaqına” dilemması həm əliyev üçün həm də Yanukoviç üçün aktualdır. Elə buna görə də İlham Əliyev noyabrın 17-də Kiyevə səfər edib.

Sözsüz ki, Kiyevdə də görüşlər zamanı daha çox görünən iqtisadi əməkdaşlıq məsələləri olacaq, ancaq hamı yaxşı bilir ki, prezidentlər bu görüşdə əsasən başlarının çarəsinə baxmaq üçün görüşürlər. Hər iki prezident nə Avropa İttifaqından imtina etmək istəyir, nə də Rusiya ilə aranı vurmaq.
Source : Islamtimes
Comment