0
Friday 22 November 2013 - 22:36

AKP hökumətinin İraq diplomatiyası sizə nəyi xatırladır?

Story Code : 324611
AKP hökumətinin İraq diplomatiyası sizə nəyi xatırladır?
AKP hökumətinin İraq diplomatiyası sizə nəyi xatırladır?
İraq ilə inkişaf etdirilən əlaqələrə diqqət edin.
Suriyaya keçmiş dövrdə tətbiq olunan diplomatiyaya bənzəyir. Davudoğlu guya AKP hökuməti adından İraqda hökumət səlahiyyətliləriylə görüşür. Sülh mesajları verir. Yaşana biləcək bir sünni - şiə qarşıdurmasının qarşısını almaq üçün İraq və İranla təmas qurmağın əhəmiyyətindən bəhs edir. Oradan keçir, şiə dünyasının liderlərindən Ayətullah Sistani ilə görüşür. Üstünə Malatyadan roket çevrilən İrana dostluq mesajları verilir, haqqında İraq məhkəmələri tərəfindən edam cəzası verilən İraq prezidentinin müavini Tarık Əl-Haşimiyə sığınma haqqı verən AKP hökuməti İraqa dost əli uzadır.
Bu da yetməsə, iki hökumət arasında ortaq kabinet yığıncaqları etməyə çalışırlar.
***
Nə baş verdi birdən-birə? Bu qədər dəyişik görüntülər ilə qarşılaşmağımıza səbəb nədir?
Ərdoğan Əhli-Beyt adlarından mədət ummağa ümid edir. Hətta məcburiyyət bağlarla bu adlarla yaxınlıq qurmağa çalışır: qayınlarının adının Həsən, Hüseyn və Əli olduğunu, doğulacaq nəvəsinin bir adının da Əli olacağını söyləyir.
Daha dünənə qədər boğaz körpüsünə Yavuz Səlim adını verənlər, bu gün qohumları arasında məcburi şəkildə Əhli- Beyt adları tapma yarışına girdilər.
***
Hökumətin tətbiq etdiyi bu diplomatiya xarici siyasətdə “U dönüş” olaraq şərh edilsə də elə deyil. Hökumət Böyük Orta Şərq Proyektində (BOP ) ABŞ ilə strateji ortaqlığa davam etməkdədir. Ərəb baharı müddətində öldürücü son vuruşunu şiə - sünni qarşıdurması ilə etmək istəyən ABŞ Suriya maneəsi ilə qarşılaşdı.
Bu nöqtədə Hörmətli Prof. Dr. Heydər Baş bəyin liderliyində tərtib olunan beynəlxalq Əhli- Beyt simpoziumlarının, cənab Baş tərəfindən qələmə alınan Əhli-Beyt külliyyatı, başda millətimiz olmaqla İslam aləmi üzərində qardaşlıq küləyi əsdirmişdir . Rusiyanın isə dövlət olaraq Suriyaya sahib çıxması ABŞ-ın Suriya işğalına maneə törətmişdir.
***
BOP-un son vuruşu olan Şiə - Sünni qarşıdurması olmayınca bu dəfə şiə dövlətlərin arxasınca gəzməyə başladılar.
AKP hökumətinin İraqa yaxınlaşma şəkli Türk ictimaiyyətinə heç də yad deyil. Xatırlasanız Suriya ilə də diplomatik əlaqələr dostluq zəminində reallaşmışdı. Amma bir anda düşmənçilik zəmininə keçildi. Görünür, nə dostluq, nə də düşmənçilikdə səmimi deyillər. Yalnız strateji ortaq olaraq rollarını oynayırdılar.
***
Ancaq İraq hökuməti bu mövzuda ciddi görünür.
Səbəbini soruşacaqsınız.
Davudoğlu ilə birgə mətbuat şərhi edən İraq Baş nazir müavini Mütləğin 2003 -cü ildə Türk xalqının o dövrdə işğala qarşı duruşunu və küçələrə çıxaraq İraqa verdiyi dəstəyi əsla unutmayacaqlarını dilə gətirməsi mənalıdır. Burada işğala dəstək verən AKP hökumətinə bir mesaj verilir. Bilindiyi kimi, Suriya dövlət başçısı Əsəd də eyni paraleldə danışır. Bizim Türk milləti ilə heç bir problemimiz yoxdur, onlar bizi dəstəkləyirlər, bizim problemimiz Türkiyəni idarə edən siyasi iqtidar ilədir deyir.
Gördüyü işlərlə İslam aləmində dərin yaralar açan, qardaşı qardaşa qırdıran AKP hökuməti bu mübarək Məhərrəm ayı içərisində tövbə istiğfar edəcəyinə, indi də rəngini mövsümə uyduraraq şiə dünyasına yaxın olmağa çalışır. İnanıram ki, həyatları əziyyət ilə keçən əsrlər boyu səmimiyyətləri istismar edilən Ələvi və Şiə dünyası bu oyuna gəlməyəcək.
Dr. Əhməd H. Kepekçi
Source : Islamtimes
Comment