0
Friday 6 December 2013 - 07:55

Putin mesajını verdi, bəs biz nə edək ?

Story Code : 327897
Putin mesajını verdi, bəs biz nə edək ?
Putin mesajını verdi, bəs biz nə edək ?
Dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin dövlət səfəri ilə Ermənistana getdi. Birinci məqamda hamının diqqətini çəkən bu oldu ki, Putin səfərini Ermənistan paytaxtında deyil, 102 Rusiyanın saylı hərbi bazasının yerləşdiyi Gümrü şəhərindən başladı, ordakı hərbi bazaya baş çəkdi, hərbi bazanın arsenalının təkmilləşdirilməsi üçün müzakirələr apardı, onların S-400 zenit raketləri və digər müasir silahlarla təmin olunmasını təhlükəsizlik siyasətinə cavab verdiyini bəyan etdi.

Putinin rəhbərlik etdiyi nümayəndə heyyəti ilə Ermənistan prezidenti Serj Sarkisyanın görüşdə iştirak etdiyi nümayəndə heyyəti arasında keçirilən forumda jurnalistlər də işitrak etdi.

Gümrüdən sonra Putin Yerevana yollandı və Cənubi Qafqazdakı vassalına yeni il qabağı baş çəkən rus perzidenti əliboş da gəlməmişdi.

Yerevanda verdiyi qərarla Putin, Ermənistanın Rusiyaya qaz, neft və bəzi kredit borclarını sıfırladı, bundan sonra da Ermənistana satdığı qazın və yanacağın qiymətini artırmayacağını bəyan etdi.

Bundan başqa Vladimir Putinin qərarı ilə Rusiyada hasil olunan almazın bir hissəsinin Ermənistana ixarc olunaraq ordakı emal müəssisələrində istehsalını nəzərdə tutan müqavilələrin imzalanmasını təmin edib. Onu da deyim ki, Ermənistanda mövcud istehsal və xidmət müəssisələrinin demək olar ki, hamısı rus səhmdarlarına məxsusdur.

Zəngəzur mədən kombinatının şirkətlərinin və Yerevan şərab zavodunun istehsal etdiyi məhsullar da Rusiya bazarlarında asanlıqla girəcək və ixrac həcmi artırılacaq.

Burda onu da qeyd etmək lazımdır ki, Zəngəzur mədən kombinatının şirkətlərindən biri Azərbaycanın işğal olunmnuş ərazilərində, daha doğrusu Kəlbəcər rayonunda mədən istehsal hasilat işlərini Rusiya və bir neçə Avropa şirkətləri ilə birgə daha da artıqmaq niyyətindədir.

Ermənistana Putinlə birgə səfər edən rus şirkətləri təkcə Ermənistanda deyil, həm də Dağlıq Qarabağda biznes layihələrinə maliyyə vəsaitləri ayıracaqlar.

Ermənistada səfərdə olan Putin jurnalistlərdən birinin sualına cavab verərkən bəyan edib ki, Rusiyanın Cənubi Qafqazdan getməsi niyyəti yoxdur, əksinə burdakı mövqelərini daha da möhkəmləndirəcək.

Dağlıq Qarabağ Ermənistan Azərbaycan münaqişəsinə toxunan rus prezidentinin verdiyi bəyantdan isə elə anlamaq olar ki, şimal qonşumuz bu problemdə status kvonun qorunub saxlanılmasında maraqlıdır.

Putinin Ermənistana səfərinin əsas məqsədi Gömrük İttifaqına girməyi bəyan edən Cənubi Qafqaz respublikasını meydanda tək buraxmamaq, bu ölkəni perspektivdəki Azərbaycanla müharibədə tək qoymamaq, müdafiə etmək mesajını region ölkələrinə verdi.

Rusiyanın həm də Dağlıq Qarabağ münaqişəsində Ermənistanı birmənalı şəkildə, siyasi, iqtisadi, hərbi şəkildə dəstəkləməsi ona gətirib çıxarır ki, Azərbaycan status kvo variantında kənar ata biləcəyi addımları ancaq diplomatik müstəvidə həyata keçirsin.

Yəqin elə bu səbəbdən də dekabrın 4-də tərəflər arasında növbəti görüş baş tutub və qaynayan Ukraynanın paytaxtı Kiyevdə ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan görüşüblər. Sözsüz ki, bu görüşdən heç bir şey gözləməyə dəyməz.

Bir az əvvəl qeyd etdiyim ki, Azərbaycan status kvonun guya dəyişməsi üçün atacağı addımların yeganə ünvanı məhz diplomatik müstəvidir, orda da Qarabağın taleyinin həll olunması, ən azı indiki şərtlərlə və indiki şəraitdə mümkünsüzdür.
Source : Islamtimes
Comment