0
Friday 27 December 2013 - 23:44

QHT təmsilçiləri aksiya keçirtdi

Story Code : 335222
QHT təmsilçiləri aksiya keçirtdi
QHT təmsilçiləri aksiya keçirtdi
İctimai birliklərin nümayəndələrindən ibarət bir qrup tanınmış ictimai xadimlər bu gün Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib.

Buna səbəb Milli Məclisin dekabrın 17-də keçirilən iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik etməsi olub. Həmin dəyişiliklər barədə portalımızda bir neçə gün əvvəl yazılıb.

Yeni qanuna görə Azəraycanda fəaliyyət göstərən QHT-lərin vəziyyəti çətinləşir, həm təşkilatlanmada həm də ayrılan qrant vəsaitlərinin əldə olunmasında QHT təmsilçiləri xeyli müşküllərlə üzləşəcək ki, nəticədə onusuz da bir neçə müstəqil qalan QHT-lər sıradan çıxa bilər.

Qanun qəbul olunan zaman müstəqil QHT təmsilçiləri həyacan təbili çalmağa başladı, qanunun imzalanmaması üçün prezident İlham Əliyevə müraciət ünvanlanması üçün kampaniya da keçirtdi.

Bununla belə ictimai birliklərin təmsilçilərində prezidnetin qanun layihəsini təsdiqləyəcəyi kimi bir şübhə də vardı, çünki təcrübəyə görə Milli Məclisdə qəbul olunan demək olar bütün qanunlar İlham Əliyev tərəfindən təsdiqlənir, əksər hallard da qanun layihələri Milli Məclisə elə Prezident Administrasiyası tərəfindən göndərilir.

Bu günkü aksiya zamanı 5 nəfərdən ibarətə nümayəndə heyyətini Administrasiyanın ictimai-siyasi əlaqələr şöbəsinin müdir müavini Tahir Süleymanovun qəbulunda olublar.

Görüş barədə iqtisadçı ekspert Qubad İbadoğlunun verdiyi açıqlamaya görə Tahir Süleymanov deyib ki, həmin qanun layihəsi Milli Məclisə Administrasiyadan getməyib, layihə qəbul olunduqdan sonra da təsdiqlənməsi üçün prezidentə göndərilib, əlaqədar şöbələrin mütəxəssisləri isə hazırda layihəni araşdırırlar. Ancaq ictimai birliklərin nümayəndələri də öz təkliflərini PA-a göndərə bilər.

Həqiqətdə Tahir Süleymanov yalan danışır, qanun layihəsi PA-dan Milli Məclisə göndərilib, həmişə də belə olur, sadəcə olaraq PA rəsmisi QHT təmsilçilərinin başının altına yastıq qoymaq üçün onları qəbul edib bu cür çıxış edib və üstəlik onlardan da təklif gözlədiyini deyib. Düzdür QHT təmsilçiləri bir neçə gün ərzində öz təkliflərini PA-a göndərəcək, ancaq həmin təklifin nəzərə alınacağını çox böyük şübhə var.
Source : Islamtimes
Comment