0
Friday 31 January 2014 - 17:39

Atışmaya Siyavuş sayıqlaması

Story Code : 347077
Atışmaya Siyavuş sayıqlaması
Atışmaya Siyavuş sayıqlaması
Bir neçə həftədir Azərbaycanla Ermənistan ordusunun təmas xəttində atəşkəs rejiminin intensiv pozulması və snayperlərin aramsız işləməsi, iriçaplı avtomatik silahların atəşləri hər iki tərəf üçün itkilərə səbəb olub.

Atışmalar əsasən Tovuzun Əlibəyli və bir neçə digər kənddə qeyd olunur. Atışma hallarının baş verməsi nəticəsində həm hərbi həm də mülki azərbaycanlıların öldürülməsi baş verdi, hakimiyyət canlı itkilərin sayını gizlətdi.

Bu gərginliyə hərə bir cür reaksiya verdi, əliyev rejimi həmişəki kimi Ermənistan rəhbərliyini, onlar isə əksinə Azərbaycanı günahlandırdılar. Hərbi ekspertlər Ermənistanın fəallaşmasının hər zaman gözlənilməsini normal sayırlar çünki Ermənistan Azərbaycanla müharibə şəraitindədir.

Siyasi ekspertlər isə bunu həm Ukraynadakı hadisələr, həm də Rusiyanın regionda güc nümayiş etdirmək istəyi ilə əlaqələndirirlər.

Hakim YAP-nın deputatı Siyavuş Novruz isə verdiyi açıqlamada sağa sola cəfəng fikirlər söyləməklə məşğuldur. Adam deməyə dilimiz də gəlmir, bu Siyavuş Novruz deyir ki, “lazım gəlsə İrəvanı da alarıq”. Nə qədər gönü qalın olmalısan ki, bu qədər rüsvayçılıqdan sonra, Qarabağ mövzusunda “lazım” ifadəsi şəbədə olduqdan sonra bu cür fikir səsləndirəsən?
Source : Islamtimes
Comment