0
Tuesday 18 February 2014 - 09:21

Qaz yeganə məqsəd deyil

Story Code : 352824
Qaz yeganə məqsəd deyil
Qaz yeganə məqsəd deyil
Fevralın 10-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bağdadda həmkarı Hoşiyar Zibari ilə görüşüb.

Azərbaycanın baş diplomatının İraq səfəri haqqında mətbuata geniş məlumat verilməyib, səfər az qala məxfi səviyyədə aparılıb, əldə olunan məlumatlara görə isə Məmmədyarovun iraqlı həmkarı ilə görüşməsinin əsas məqsədi İraqın “Cənub qaz dəhlizi”nə qoşulması üçün rəsmi Bağdadın razılığını almaq olub.

Məlumdur ki, Azərbaycan hakimiyyəti Avropanın enerji təminatında təkcə qaz ixracı ilə rolunu məhdudlaşdırmaq istəmir, bundan başqa qaz kəmərlərin transiti, digər neft ölkərlərinin də Avropaya qaz ixracatını həyata keçirilməsini təmin edəcək təkliflər və layihələrlə çıxış etmək, kəmərlərin hardan, hansı xəritə və ya coğrafiya ilə inşa edilməsi barədə təşəbbüslə çıxış etməsini də həyata keçirir.

İraqın baş naziri Nuri əl-Maliki və xarici işlər naziri Hoşiyar Zibari ilə görüşən Elmar Məmmədyarov deyib ki, İraq qazının Avropaya ixrac olunmasında ən uğurlu təklifi Azərbaycan verə bilər, bundan başqa heç bir layihə İraq üçün bu qədər əlverişli ola bilməz.

Burda təzadlı bəzi məqamlar da var. İraqın daha böyük qaz ehtiyatı ölkənin şimal hissəsində olan yataqlardadır ki, bu ərazilər də Kürdüstan muxtar respublikasının nəzarətindədir.
Azərbaycanın təklif etdiyi kəmərsi Türkiyə ərazisindən keçdiyi üçün kürd probleminin ortaya çıxacağını düşünmək olar. Lakin Azərbaycan hakimiyyəti bu müşkülü artıq həll edib. Belə ki, İsrailin dəstəyi ilə Kürdüstan muxtariyyəti Məmmədyarovun təklifinə etiraz etməyəcəyi zəmanəti verib.

İsrail olmasaydı bu razılığı almaq mümkün olmazdı, ona görə ki, kürdlər üçün “Cənub qaz dəhlizi”ndə həm Türkiyə faktoru mane yaradır, həm də Rusiya hakimiyyəti də Azərbaycanın bu təklifinə qeyri rəsmi kəskin etirazını bildirir.

Kürdlərin Türkiyə maneəsi aydındır, bu, uzun illər qanlı düşmənçiliyinin bu gün də davam etməsidir. Rusiya məsələsində vəziyyət başqadır. Şimal qonşumuz Avropaya ən çox qaz ixrac edən ölkə kimi bu inhisarçılıq mövqeyini qoruyub saxlmaq arzusundadır. İstəmir ki, ondan başqa ölkələr Avropaya qaz ixrac etsin, etdikdə də Rusiyanın istəkləri nəzərə alınsın. Öz növbəsində də Avropa Rusiyadan qaz asıllılığını aradan qaldırmaq üçün alternativlərə müraciət etmək zorundadır.

Sözsüz ki, Azərbaycanın enerji mövzusunda xammal ixrac edən ölkədən həm də enerji siyasətində beynəlxalq səviyyədə söz sahibi kimi təqdim olunması elə də asan məsələ deyil, ABŞ və İsrailin xüsusi dəstəyi olmasaydı bu qədər qabağa getmək əliyev rejimi üçün mümkünsüz olardı.

Azərbaycan bu qədər dəstək aldığını nəzərə alsaq, məqsədlərinə çatacağını indidən demək olar. İraqa sonra da digər ərəb ölkələrinin qazının Avropaya çatdırılması yolunda Azərbaycanın atdığı addımları qonşu İran hələlik müşahidə edir və gələcəkdə elə bir məqam yetişəcək ki, İran bu mövzudan kənarda qala bilməyəcək. Ola bilər gələcəkdə İran da bu dəhlizə qoşulmaqla qaz ixracını həyata keçirsin, ancaq İsrailin olduğu yerdə İranın iştirakının mümkünlüyünü demək çətindir, hərçənd bu iki ölkəni üz üzə gətirmək üçün əliyev rejimi bütün var gücü ilə işlər görür, qaldı ki, üz üzə düşmən kimi gələcəklər yoxsa partnyor kimi bunu zaman göstərər. Bircə onu dəqiq demək olar ki, İlham Əliyevin əsas rolu İranı İsraillə qarşı qarşıya gətirməkdir və gec ya tez buna nail olacağına nədənsə hamı inanır.

Source : Islamtimes
Comment