0
Wednesday 26 February 2014 - 14:47

Nurçular və Milli Məclis

Story Code : 355756
Nurçular və Milli Məclis
Nurçular və Milli Məclis
Islam times.org/az/ - Ötən gün Milli Məclisin növbəti iclası zamanı Azərbaycan parlamenti üçün heç də vərdiş olunmayan deputatlar arasında mübahisə baş verib.

Deputat İqbal Ağazadə həmkarı Ceyhun Osmanovun jurnalist Xədicə İsmayılın amerikalılarla görüşündəki söhbətini telefonla qeydə alıb prokurorluğa verməsini qınayaraq bu hərəkəti qanunsuz, Milli Məclisə və prokurorluğa həqarət olduğunu hesab edib.

Başqa deputat Fəzail Ağamalı isə Ceyhun Osmanlının hərəkətlərinə bəraət qazandıraraq qeyd edib ki, Xədicə İsmayılova ABŞ kəşfiyyatına casusluq etdiyi üçün Osmanlının hərəkətləri noraml vətəndaş hərəkətidir. Deputat Ceyhun Osmanov qalmaqalı təkcə Xədicə İsmayıl olayı ilə bitmir, bu günlərdə mətbuat orqanlarından biri Türkiyə mənbələrinə istinadən xəbəe verir ki, Ceyhun Osmanlının seçki kampaniyasına Fətullah Gülən 100 min ABŞ dolları və bundan əlavə hər ay 5 min manat məbləğində deputatın hesabına yatırılması haqqında nurçu lider özünün Türkiyədəki adamlarına təlimat verib.

Bunun səbəbi deputatın Azərbaycanda nurçuluğa dəstək verməsi üçün fəaliyyət aparması olub. Deputat Cehun Osmanov isə bu məlumatı təkzib edərək, xəbəri tirajlayanları və yayanları məhkəmə ilə hədələyib. Onu da əlavə edib ki, belə bir xəbərin mətbuata sızdırılmasında Xədicə İsmayıl və ya erməni diasporunun rolu ola bilər. Bizcə burda haqq olan da var, yanlış olanda. Həqiqət olan budur ki, Azərbaycanda hakimiyyətdə təmsil olunan nurçuların sayı az deyil.

Sadə vətəndaşlar arasında da nurçuluq geniş yayılıb, buna baxmayaraq nurçular Azərbaycan cəmiyyətində öz güclərini daha çox hakimiyyətdə təmsil olunmaqları ilə nümayiş etdirir. Deputatlar arasında, icra hakimiyyətində və şübhə yoxdur ki, məhkəmə sistemində nurçuların sayı az deyil.

Prezident Administrasiyası və nazirliklərdə yüksək vəzifədə nurçular geniş təmsil olunur. Yerigəlmişkən onu da qeyd edək ki, nurçulardan sonra hakimiyyətdə təmsil olunmaqlarına görə ikinci yeri sələfilər tutur.


Şiələrin isə hakimiyyətdə təmsil olunması haqqında hələ ki, heç bir fikirə rast gəlməmişik. Düzdür bu kontekstdə adətən QMİ sədri Allahşükür Paşazadəni misal gətirirlər, ancaq bu doğru deyil, ən azı ona görə ki, QMİ hakimiyyət orqanı deyil, sadəcə olaraq bir QHT-dir.

İndi, Ceyhun Osmanovun digər vəzifəli şəxslər kimi nurçu olmasında və nurçuluğun yayılmasında fəaliyyət göstərməsinə heç bir şübhə yoxdur, bir zamanlar sədri olduğu və hazırda “xaş atası” sayıldığı İRƏLİ gənclər təşkilatı arasında da nurçuluğun tüğyan etdiyi də məlumdur.

Yerigəlmişkən onu da qeyd edək ki, 2012-cu ildə “EUROVİSİON - 2012” ərəfəsində, İranın Bakıdakı səfirliyinin qarşısında, dini rəhbərin və prezident Əhmədinejadın təhqir olunduğu mitinqdə də İRƏLİ gənclər təşkilatının rolu az olmayıb. Lakin bütün bunlara baxmayaraq Fətullah Gülənin bu adama birdən birə 100 min dollar məhz seçki üçün verməsi bir qədər şübhə doğurur. Ona görə yox ki, Gülən Osmanlıya bu pulu verməz, xeyir, verər, verib belə, ona görə ki, deputat olmaq üçün 100 min dollar yetərli deyil.

Ceyhun Osmanlını deputat edənlər daha yüksək vəzifəli nurçu – sələfi qüvvələridir. Ondan başqa Milli Məclisdə Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Rəbiyyət Aslanova, Bahar Muradova, Qənirə Paşayeva, Fuad Muradov, Aqil Abbas kimi tanınmış deputatlar və tanınmayan başqa deputatlar da var ki, nurçuluğun Azərbaycanda inkişafında yaxından yardım edir.
Source : Islamtimes
Comment