0
Friday 28 February 2014 - 21:00

Ukrayna - fərqli oyunçuların savaş meydanı

Story Code : 356642
Ukrayna - fərqli oyunçuların savaş meydanı
2013-cü ilin noyabr ayından Ukraynada siyasi böhran yaşanır. Səbəb prezident Yanukoviçin Avropa Birliyi ilə iqtisadi müqaviləni imzalamaması olub. Prezident ciddi təzyiqlərlə üzləşib. Qarşıdurma elə bir həddə çatıb ki, bir növ anarxizm yaranıb, avropapərəstlər meydanlarda ictimai gücə çevrilib. Qarşıdurmalarda 80 nəfər həlak olub, 1000 nəfər yaralanıb. Nəticədə prezident Yanukoviç məcbur olub ki, prezident səlahiyyətlərinin məhdudlaşdırılması, vaxtından qabaq seçkilər, koalisiya dövlətinin yaradılması tələbləri ilə razılaşıb. Bu barədə müxalifət və Almaniya, Fransa, Polşa ilə razılaşma imzalanıb. Razılaşma əsasında sabiq baş nazir Yuliya Timoşenko həbsdən azad edilib. Prezident paytaxtdan çıxıb və Rusiya ilə sərhəd şəhərlərindən birinə gedib. Bundan sonra iğtişaşlar dayanıb. Amma bu böhranın sonu deyil.
Rusiya və Qərbin maraqlarının toqquşduğu Ukraynada əksər oyunçular milli və rəsmi siyasəti hədəfə alıb.
Ukrayna təkcə geosiyasi maraqların qurbanı deyil. Bu ölkə 603 min kv km sahəsi, qaradəniz sahilində yer alması, mühüm şərqi Avropa ölkəsi sayılması, iqtisadi imkanları ilə maraqlar mərkəzindədir. Bzejinski Ukraynanı regionun aparıcı ölkəsi kimi qeyd edir. Ukrayna Rusiyadan Avropaya ötürülən təbii qazın 80%-i, xam neftin 70%-i üçün tranzit ərazidir. Rusiyanın məntəqədəki iki hərbi döyüş gəmisindən biri Suriya, o biri Ukraynadadır. Bütün bunlar Ukraynanın geostrateji əhəmiyyətini göstərir. Moskva çalışır ki, Ukrayna onun Avrasiya İttifaqı layihəsinin tərkibi olaraq qalsın.
Rusiya və Qərb arasında nüfuz savaşında Ukrayna mərkəziyyət təşkil edir. Ukraynanın rusdilli əhalisinin 20%-i Rusiyaya bağlı şərq bölgəsində məskunlaşıb. Ukrayna dillilər isə qərb bölgəsindədir və Qərbə meyllidir. Ukrayna həm Rusiya, həm də Qərb üçün geopolitik qapı sayılır.
Ukrayna cəmiyyətində Rusiya ilə yaxınlıq müəyyən dəlillərlə əsaslandırılır:
1. Milli-mədəni bağlılıq; ölkə cəmiyyətinin 20%-ni təşkil edən rus azlığı; əgər bu azlığın mənafeləri nəzərə alınmasa daha ciddi ictimai böhran yaranacaq. Rusiya bu azlığın təhlükəsizliyinin təmini mövzusunda bəhrələnəcək.
2. İqtisadiyyat və texnologiya; Ukraynanın iqtisadi və texnoloji quruluşu Sovetlər Birliyindən ayrılmış respublikalar arasında Rusiyaya daha çox bağlı olandır. Rusiyadan uzaqlaşmaq Ukraynada infrastukturu zərbə altında qoyacaq. Digər tərəfdən Rusiya Ukrayna üçün münasib bazardır. Qərb Ukrayna üçün bazar sayılmır.
3. Enerji ehtiyacları; Ukrayna təbii qazı Rusiyadan alır. Münasibətlər pozulsa qazın qiyməti qalxa bilər. Hazırda Ukrayna Rusiyadan tranzit pulu almaqla büdcə ehtiyaclarını tənzimləyir.
4. Demokratik dəyərlərə diqqətsizlik; hakimiyyət tərəfdarları düşünür ki, Yanukoviç demokratik yolla hakimiyyətə gəlib və demokrat iddiasında olan qərbpərəstlər ölkədə anarxizm yaradıb. Müxalifətin addımları qeyri-demokratik sayılır.
Avropaya yaxınlaşma dəlilləri nədir?
1. Rusiya modelinin səmərəsiz olduğu düşünülür. Qərbpərəsətlər düşünür ki, Rusiyanın iqtisadiyyatı və siyasi quruluşu modern deyil. Onlar Moskvanı Ukrayna üçün nümunə saymır.
2. Müxalifət düşünür ki, Rusiya Ukrayna ilə münasibətdə daha çox zor göstərir və öz iradəsini qəbul etdirir.
3. Ruspərəst Yanukoviçin hakimiyyətə gəlişinin qeyri-təbii sayılması. Müxaliflər narıncı inqilabla hakimiyyətə gələnlərin Rusiyanın planları sayəsində hakimiyyətdən getdiyini iddia edir.
Ukraynanı nə gözləyir? Müvəqqəti də olsa Ukraynada siyasi sabitlik yaranacağı gözlənilir. Cəmiyyət isə ikiqütblü olacaq, böhran davam edəcək. Ukraynalı rusların siyasətdə rolu güclənəcək.
Ukraynada dövlət təşkil edən istənilən bir partiya Rusiyanın iradəsinə əsir olacaq. Çünki ruslar Qərbin gəlişini həzm etməyəcək, bu hadisəyə başqa regionlara sirayət edəcək hadisə kimi müqavimət göstərəcək.
AB və Amerika Rusiyanın Ukraynada nüfuzunu azaltmaq üçün Kiyevlə iqtisadi, mədəni əlaqələri, hətta təhlükəsizlik sahəsində əlaqələri gücləndirəcək.

Müəllif: Rəhmətullah Fəllah
Comment