0
Thursday 6 March 2014 - 23:51

Hesabatın batini

Story Code : 358883
Hesabatın batini
Hesabatın batini
Mətbuat orqanlarının ötən gün verdiyi xəbərə görə Azərbaycanın baş naziri Artur Rasizadə Milli Məclisə hesabat təqdim edib.

Maraqlıdır ki, bu tip hesabatı Nazirlər Kabineti bu zamana qədər heç vaxt təqdim etməyib. Hesabatda deyilir ki, ötən il keçirilən əməliyyatlar nəticəsində ermənilərə və İran xüsusi xidmət orqanlarına işləyən Azərbaycan vətəndaşları tutulub. Belə ki, saxlanılan kəşfiyyatçı diversantlar Azərbaycandakı ictimai-siyasi vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə rəhbərliyi və dövlət məmurları, İsrail səfirliyi və İsrailin Azərbaycandakı şirkətləri və bu şirkətlərin əməkdaşları haqqında məlumatlarn toplanaraq öz ölkələrinə ötürməsi, Bakıda təxribatlar törətmək planlarını həyata keçirməyə cəhd edənlər haqqında hesabatda öz əksini tapıb.

Hesabatda o da deyilir ki, həmin şəxslər dini ibadət evləri təşkil edir ora cəlb olunan dindarların radikallaşması üçün fəaliyyət göstərir. Bundan başqa bu radikal dini qruplara daxil olan şəxslərin əsasən Bakı, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt və Zaqatalada bir sıra məscidə nüfuz etməyə cəhd göstərmələri bununla da Azərbaycnada cihada nail olmaq niyyətində olduqları, cihad üçün Azərbaycan ordusunda xidmət edən hərbiçiləri öz ətrafına cəlb etməyə səy göstəriblər.

Hesabatdan göründüyü kimi təsvir olunan dini cərəyan sələfi təriqətinə aiddir, sələfilər radikallığı ilə ad çıxarıb, onların Azərbaycan ordusunda, polisində və bəzi strukturlarında sayının artması və bununla da öz saylarına görə nurçulardan sonra ikinci olmaları faktdır. Düzdür, sələfilər nurçularla müqayisədə dövlətin vacib, mövqelərni və yüksək vəzifələrini ələ keçirməsi işində bir qədər geri qalır, ancaq elə yüksək vəzifəli adamlar da var ki, özləri nurçu olsa da sələfilərə də maddi dəstək verir, və ya övladları sələfilərin liderlərindədir.

Qeyd etmək lazımdır ki, dövlət vəzifələrində yer alan nurçularla sələfilər arasında bu vaxta qədər heç bir münaqişəsi baş verməyib və ya baş veribsə də biruzə verməyiblər, əksinə bu iki cərəyanının daşıyıcıları olan yükəsk vəzifəli azərbaycanlılar və onların əmrində olan aşağı vəzifəlilər hələ ki, mehribançılıqları şəraitində fəaliyyət göstərir.

Vəzifə daşıyan sələfilər öz radikallığını biruzə veməzlər, çünki qəbul olunmuş reqlamentə görə Azərbaycanda bu iki cərəyan öz aralarında əməkdaşlıq etməli, sərt çıxışlar etməməli və hər iki cərəyanın daşıyıcıları ancaq bir cəbhəyə güclərini yönəldirlər ki, bu da Azərbaycanda şiəçiliyin kökünü kəsməkdir. Ona görə də adi, aşağı səviyyədə olan sələfilərin tez tez şiəçiliyə qarşı çıxışlarını görürük.

Belə çıxır ki, Artur Rasizadənin də hesabatında təəccüblü bir şey olmamalıdır, bir halda ki, bu iki cərəyan birləşib şiələri məhv etmək istəyirsə deməli hesabatda qeyd olunanlarla bağlı hər şey aydındır. Onların məqsədi budur ki, sələfilərin törətdikləri təxribatları şiələrin adına çıxarsınlar, bunlara İran agenti damğası vurub İranı ləkələsinlər. Yəni özlərinin çirkin işlərini İranın üstünə atsınlar.

Ermənilərin adının hallaması isə şərin və qərəzin bir qədər də cəmiyyətin gözündə şiddətləndirmələri üçün lazımdır. Əliyev rejimi bu cür işləri ona görə belə rahatlıqla gedir ki, İran tərəfindən bu cür əməllərinə görə ciddi təpki görmədiyini düşünür. Yəni, bəlkə nə vaxtsa İran tərəfi rejimin bu cür işlərinə, fitnələrinə etiraz edib, təpki göstərib, ancaq bu etirazlar yetərli olmadığı üçün əliyev rejiminin vecinə deyil.

Bir şeyi də qeyd edək ki, Azərbaycan ordusu və digər silahlı qoşun növündə gizli də olsa şiə namazı qılan sıravi və zabitlər xidmətdən uzaqlaşdırıldığı halda, sələfi namazı qılanlara “gözün üstə qaşın var” deyən yoxdur.
Source : Islamtimes
Comment