0
Tuesday 11 March 2014 - 18:35

Qətər-Ərəbistan münasibətləri nə üçün gərginləşib?

Story Code : 360518
Qətər-Ərəbistan münasibətləri nə üçün gərginləşib?
Qətər İranla rabitələri qorumaq istədiyi zaman Ərəbistan buna qarşı çıxır.

Ən-Nəşrə informasiya agentliyi Fars Körfəzi Həmkarlıq Təşkilatı üzvləri arasında ixtilaflardan yazır. Ərəbistan, BƏƏ, Bəhreyn öz səfirlərini Qətərdən geri çağırıblar. Bu addım çoxları üçün gözlənilməz olub. Xüsusi ilə Qətərdə yeni əmir iş başına gəldikdən sonra bu münasibət gözlənilmirdi. Ərəbistan, BƏƏ, Bəhreyn səfiri geri çağırmaqla bağlı ümumi razılığa gəlsə də BƏƏ və Bəhreynin Ərəbistanın təzyiqləri altında bu addımı atdığı düşünülür. Ərəbistan Fars Körfəzi Həmkarlıq Təşkilatında Riyazın siyasətinə qarşı çıxan Qətəri ram etmək istəyir. Ərəbistan, BƏƏ və Bəhreyn səfiri geri çağırmağın səbəbini bəyan etməyib. Amma belə anlaşılır ki, Ərəbistan Qətəri müxalif siyasətlərdən çəkindirmək istəyib. Livan universitetinin beynəlxalq əlaqələr üzrə professoru Vəlid Ərbəyd bu barədə deyib: Ərəbistan və Qətər arasında nüfuz rəqabəti var. Amma Qətər əmiri dəyişdikdən sonra bu siyasətdə dəyişiklik müşahidə olunur.

Livanlı mütəxəssis deyir: Qətər Ərəbistanın təsiri altından çıxmaq istəyir. Ərəbistan isə Qətərin müstəqil siyasət yeritməsinə qarşıdır. Hər halda Ərəbistanın imtiyazı daha artıqdır.

Livan Amerika Universitetinin professoru Əhməd Mosuli deyir: Qətər Fars Körfəzi Həmkarlıq Şurasının siyasətlərinə itaət etmədiyi üçün cəzalandırılır. Ərəbistan bu fikirdədir ki, Qətər Riyazın gücü çatnayan bəzi proqramları icra edə bilər. Bu əsasla Qətəri nəzarətə götürüb. Ərəbistan Fars körfəzi həmkarlıq təşkilatında söz sahibi olmaq istəyir, Qətər isə bunu qəbul etmir.

Vəlid Ərbəyd İxvanul-Musliminə münasibətdə Ərəbistanla Qətər arasında ixtlafdan danışarkən deyib: İki ölkə arasında əsas ixtilaflı məsələ İxvanul-Musliminə münasibətdir. Qətər İxvanul-Muslimini himayə edir, Ərəbistan isə buna qarşıdır. Digər tərəfdən Qətər İranla münasibətləri qorumağa çalışır. Ərəbistan isə İranı ərəb ölkələri üçün böyük təhlükə sayır. Əhməd Mosuli bu barədə deyib: Qətərin xarici siyasəti Doha və Riyaz arasında gərginlik yaradıb. İxvanul-Musliminə və İrana münasibət ixtilafın iki əsas səbəbidir. Ərəbistanla Qətər arasında Misir, Türkiyə, məntəqədəki fəal İslamçı qruplarla bağlı da fikir ayrılığı var. Belə bir qənaətə gəlmək olar ki, Ərəbistan regionda siyasi kursu təyin edən yeganə ölkə olduğunu Qətərə qəbul etdirmək istəyir.
Comment