0
Friday 21 March 2014 - 02:19

Ədalətsiz höküm oxundu

Story Code : 364831
Ədalətsiz höküm oxundu
Ədalətsiz höküm oxundu
Martın 17-də ötən ilin yanvarında İsmayıllı rayonunda baş verən iğtişaşlardan sonra həbs olunanların uzun sürən məhkəmə prosesində hakim qərar qəbul etdi.

Qeyd edək ki, həbsdə olan 18 nəfər İsmayıllı məhbuslarından iki nəfər- Tofiq Yaqublu jurnalist və Müsavat Partiyası sədrinin müavini və REAL hərəkatının sədri İlqar Məmmədov barəsində dünyanın aparıcı beynəlxalq təşkilatları mövqe bildirib, onları vijdan məhbusu elan edib. Hər iki şəxs siyasətçi kimi cəmiyyətdə, İlqar Məmmədov isə həm də Avropa və ABŞ-da tanınan şəsxsdir.

Buna görə onlar haqqında HRW, AI, FH, başqa beynəlxalq təşkilatlar, Avropa Birliyinin qurumları, 2013-cü ildə prezidentliyə namizədliyi irəli sürülmüş REAL sədrinin həbsini diqqət də saxlayır.

Bu vaxta qədər aparılan çoxsaylı məhkəmə prosesində yerli müşahidəçilərlə yanaşı, xarici diplomatik korpusun nümayəndələri də iştirak edib, məhkəmə prosesində prokurorun ittihamlarının heç birisi əsaslandırılmadı, vəkillərin vəsadətləri qəbul edilmədi, şahidlərin əksəriyyəti ümumiyyətlə verdikləri ifadələrdə olan təzadlarından heç hakimin və prokurorun özü belə baş açmadı.

Bir şahid verdiyi ifadədə hətta demişdi ki, İsmayıllı hadisələri baş verən zaman ümumiyyətlə Azərbaycanda yox, xarici ölkələrin birində olub. Məhkəmənin hökümü heç nəyə əsaslanmayan, qondarma ittihamlarla həbs olunan, əliyev rejiminin növbəti bir şərridir və qəbul olunan qərarla Tofiq Yaqublu 5, REAL sədri İlqar Əliyev 7, nəfər həbs olunan 4-8 il arasında azadlıqdan məhrum edildi.

Qalan 8 nəfər saxlanılan şəxslər isə 2-6 il şərti cəza aldı və ya şərti azadlığa buraxıldı. Vəkillərin və müstəqil hüquqşünasların verdiyi açıqlamaya görə İsmayıllı məhbuslarının hamısı azadlığa buraxılmalı idi, çünki onların həbsi üçün heç bir əsas yox idi.

Məhkəmə prosesində başqa bir məqamsa bundan ibarətdir ki, hakim və prokuror İsmayıllı rayon icra hakimiyyəti başçısı Nizami Ələkbərov və başqa vəzifəli şəxslər və onların qohumları haqqında hər hansı bir irad və ittiham səsləndirilmədi, vəkillərin bununla bağlı vəsatətləri də hakim tərəfindən rədd edildi.

İsmayıllı işi ilə bağlı qəbul olunan hakimin qərarına münasibəti bildirən ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda hökümün siyasi xarakter daşıdığı bildirilir.

Səfirliyin əməkdaşları məhkəmə prosesində iştirak ediblər. Bundan başqa məhkəmə hökmü ilə bağlı beynəlxalq təşkilatlar və Avropa İttifaqının qurumları da öz münasibətlərində məhkəmə hökmünü siyasi sifariş kimi qəbul edib. Lakin Milli Məclisin deputatı, Dövlət və Hüquq komitəsinin sədri, Məhkəmə Hüquq Şurasının üzvü Əli Hüseynov ABŞ səfirliyinin rəyinə kəskin münasibət bildirərək qeyd edib ki, belə bir bəyanatın verilməsi yol verilməzdi, hər hansı bir xarici ölkənin səfirliyinin bu cür bəyanatı məhkəmə sisteminə müdaxilə kimi qiymətləndirilir. Bu arada Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov isə hakim Yeni Azərbaycan partiyasında keçirilən iclasda deyib ki, "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi təşkilatlarla əməkdaşlıq yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır. Belə bir açıqlama ilə çıxış edən PA-nın rəsmisi beynəlxalq ictimaiyyətin qarşısına “əlcək atır”, çünki dünya ictimaiyyəti adları qeyd olunan təşkilatların rəyinə diqqətlə yanaşır və etimad göstərir.

Fuad Ələsgərovun belə bir açıqlaması İsmayıllı işi ilə bağlı məhkəmə hökmünün verildiyi ərəfədə səsləndirilməsi də təsadüfi deyil, bununla PA-nın rəsmisi bu beynəlxalq təşkilatlara mesaj verir ki, hakimin qərarını çək çevik etməsinlər və münasibət bildirməsinlər. Ancaq nafilə, çünki bu işlə bağlı iştirak edən vəkillər növbəti məhkəmə instansiyalarına, sonra isə Avropa Məhkəməsinə üz tutacaqlar. Eynilə də yerli və beynəlxalq təşkilatlar İsmayıllı işini diqqətdə saxlayacq və öz mövqeyini bildirəcək.
Source : Islamtimes
Comment