0
Tuesday 25 March 2014 - 21:55

Ukrayna hadisələrinin Azərbaycana nə dəxli ?

Story Code : 366171
Ukrayna hadisələrinin Azərbaycana nə dəxli ?
Ukrayna hadisələrinin Azərbaycana nə dəxli ?
Ukraynada yaranmış böhran nəticəsində Krımın Rusiyaya birləşdirilməsi ətrafında aparılan müzakirələr təkcə qərbdə deyil, həm də keçmiş sovet ölkələrinin mətbuatında da gündəmi zəbt edib.

Azərbaycan mətbuatı da bu kontekstdə istisna deyil. Yerli ekspertlərin fikrincə Putin hakimiyyəti keçmiş SSRİ-ni bərpa etmək niyyətindədir, lakin rus prezidenti verdiyi açıqlamada açıq şəkildə bəyan etdi ki, onun belə bir niyyəti yoxdur, Krım məsələsi isə ayrı bir əhvalatdır.

Ola bilər Putin bununla şübhələri üzərindən yayındırmaq məqsədi güdür, görünür elə politoloqlar da öz mülahizələrində buna əsaslanır.

Verdiyi müsahibədə keçmiş dövlət müşaviri Vəfa Quluzadə qeyd edir ki, Rusiyadan Azərbaycana qarşı təhlükə realdır və bunun üç istiqaməti var: Qarabağ, Dağıstan və Xəzərin şimalından.

Digər politoloq Hikmət Hacızadə isə qeyd edir ki, Azərbaycanda Rusiyanın “beşinci kolon”u da mövcuddur ki, hakimiyyət bunu nəzarət altına almalıdır. Ancaq Qarabağ münaqişəsi ilə bağlı da Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter”də yazdığı hesabla Azərbaycan cəmiyyətini məys edib.

ABŞ diplomatı münaqişənin Azərbaycanla Dağlıq Qarabağ arasında olduğunu ifadə etməklə Dağlıq Qarabağ işğalçılarına legitimlik donu geydirməyə cəhd etmiş olub.

ABŞ diplomatının bu açıqlaması danışıqlar prosesinə nə dərəcədə ciddi təhlükə ola biləcəyini təsəvvür etmək çətin olmasa da, münaqişədə vasitəçilik missiyasını həyata keçirən səfir üçün bitərəflik mövqeyini pozmuş olub.
Source : Islamtimes
Comment