0
Thursday 27 March 2014 - 06:56

Krım olayının təsiri

Story Code : 366263
Krım olayının təsiri
Krım olayının təsiri
Suriyada nəyin baş verməsindən aslı olmayaraq hazırda qərb dünyası və keçmiş sovet məkanının diqqəti Ukrayna ətrafında baş verən hadisələrə yönəlib.

Bu gün bir sıra mətbuat orqanları Özbəkistan prezidenti İslam Kərimovun Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etdiyi haqqında məlumatlar yayıb, hələlik bu məlumat rəsmən təsdiqlənməsə də bəzi ekspertlər artıq rəy verməyə də macal tapıb.

Krım hadisələrinin keçmiş sovet respublikalarına təsirləri haqqında da fikirlər birmənalı deyil, əksər azərbaycanlı ekspertlərin fikrincə Krımdan sonra Rusiya Azərbaycanla da haqq hesab çəkəcəyini düşünür, ancaq rusiyalı politoloq Sergey Margedonov verdiyi açıqlamada bildiribi ki, Qarabağ münaqişəsində əslində hər şey Azərbaycan hakimiyyətinin özünü necə aparmasından aslıdır.

Rus politoloqunun sözlərinə görə İlham Əliyev əsas vermədikcə rəsmi Moskva Qarabağın müstəqilliyni tanımayacaq. Bu isə o deməkdir ki, rusiyalı ekspertə görə zəruri halda İlham Əliyev Putinin təkliflərini qəbul etmək məcburiyyətində qalacaq. Lakin digər tərəfdən artıq indidən ABŞ İlham Əliyevə MDB-dən çıxmaq haqqında mesajlar verməkdədir.
Source : Islamtimes
Comment