0
Sunday 6 April 2014 - 15:27

Bu nə nigarançılıqdır?

Story Code : 369819
Bu nə nigarançılıqdır?
Bu nə nigarançılıqdır?
Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkənin şimal bölgəsinə səfərə çıxıb.

Verilən xəbərlərdə deyilir ki, Quba, Xaçmaz və Qusar rayonlarında dini icma rəhbərləri və ağsaqqallarla keçirilən görüş zamanı Şeyx Azərbaycanda dini radikalizmdən, dinlər və məzhəblər arası təfriqətçilikdən bəhs edərək deyib ki, Azərbaycan cəmiyyətindəki, tolerantlıq mühitini pozmaq, din və dövlət münasibətlərini pozmaq istəyən radikal qüvvələr var. Yəni, həmişəki söhbətlər.

Maraqlı məqamlardan birincisi budur ki, Allahşükür Paşazadə şimal rayonlarına səfər etdiyi və eyni məzmunlu eyni icmalarla görüş keçirdiyi müddətdən hələ bir ay belə keçməyib. Nə olub görəsən?

Bəlkə QMİ sədri Qubadakı məscidə vəhabiləri ifşa edən kitabı hədiyyə üçün səfər edib? Əlbəttə ki, yox, QMİ bu cür kitabları sürücülər vasitəsilə göndərir.

Yadınızdadırsa, birinci səfərini Şeyx Səudiyyə Ərəbistandan gələn kimi reallaşdırdı və hələ o zaman qeyd etmişdik ki, Allahşükür Paşazadə şimal bölgəsinə səfərini Prezident Administrasiyasının sifarişi ilə reallaşdırıb, bu dəfə də belədir.

QMİ sədri özbaşına, öz təşəbbüsü ilə belə bir səfər etməz. Belə çıxır ki, əliyev rejiminin Azərbaycanın şimal rayonları tərəfindən bir nigarançılığı var və bu səbəbdən burdakı dini icmalarla profloktik tədbirlərə son verməyib.

İkinci maralı məqam ondan ibarətdir ki, QMİ sədri bu dəfəki çıxışı zaman Azərbaycanda pozucu qüvvələrin təkcə şimalda yox, həm də cənub bölgəsində də olduğunu qeyd edib.

Hamı yaxşı bilir ki, cənub bölgəsi əsasən şiə müsəlmanların çoxluq təşkil etdiyi və İranla sərhəd regionlarıdır. Onda sual yaranır ki, QMİ sədrinin İran tərəfindən ehtiyat etdiyi məsələmi var?

Yəqin ki, Şeyxdən daha çox yenə də əliyev rejiminin İranla bağlı nigarançılığı Şeyxin dili ilə səsləndirilib. Necə baxırsan bax, İlham Əliyev hakimiyyəti sionistlərə daha çox bənzəyir.
Source : Islamtimes
Comment