0
Sunday 6 April 2014 - 15:53

Akif Heydərli danışdı

Story Code : 369825
Akif Heydərli danışdı
Akif Heydərli danışdı
Bu gün mətbuatda Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərlinin müsahibəsi yaylıb.

AİP funksioneri verdiyi açıqlamada partiyanın qurultaya hazırlaşdığını və bələdiyyə seçkilərində iştirakının perspektivlərinə toxunub. Həmişə kimi Akif Heydərlinin verdiyi müsahibədə məntiqdən əsər əlamət yoxdur. Belə ki, islamçı funksioner hicab məhbusu, partiyanın lideri Mövsüm Səmədovun həbsdə olmasını əsas gətirərək partiyanın qurultayda yeni sədr seçməyin vacibliyini qeyd edib.

Şəri baxımdan həbsdə olan, şəxsin partiya sədri olmasına məhdudiyyətin mövcudluğunu deyə bilmərik, ancaq dünyəvi və Azərbaycan qanunlarında həbsdə olmasına baxmayaraq Mövsüm Səmədovun AİP sədri qalmasında heç bir maneə yoxdur, qanun belə bir şeyi qadağan etmir.

İndi Akif Heydərli öz vijdanı qarşısında əsl niyyətinin nə olduğunu özü üçün sirr saxlamasa da bizim də müəyyən versiyamız ola bilər. Görünür, əliyev rejimi doktor Səmədovu formal da olsa partiya sədri kimi adının hallanmasını istəmir və hakimiyyətin bu istəyini də Akif Heydərli yerinə yetirilməsində yardım edəcək, özünün AİP sədrliyinə iddiası olmasa belə. Ancaq Mövsüm Səmədov sədrlikdən uzaqlaşdırılandn sonra AİP rəsmi qeydiyyata alınmasına ümid edən Akif Heydərli yəqin bilməmiş deyil ki, hakimiyyət heç bir halda İslam partiyasını qeydə almaycaq.

Bunun Mövsüm və ya başqa birisi ilə heç bir əlaqəsi yoxdur, bunun əlaqəsi İslama qarşı əliyev rejiminin münasibəti ilə bağlıdır.
Source : Islamtimes
Comment