0
Wednesday 9 April 2014 - 21:26

Əliyev İranda

Story Code : 371912
Əliyev İranda
Əliyev İranda
İlham Əliyevin İrana səfəri nəhayət ki, reallaşdı. İki ölkə prezidentlərinin görüşündə 4 sənəd imzalandı ki, bunlardan üçü saziş və bir razılaşma sənədidir.

Bunlardan bəziləri – yol nəqliyyat infrastrukturunu əhatə edən razılıq barədə biz proqnoz vermişdik. İlham Əliyevin İran səfərini yerli mətbuatda geniş işıqlandırıb, ekspert rəyləri də bu kontekstə yer alıb ki, bunlardan da maraqlı olanı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin fikirləri oldu.

Diplomatik fəaliyyətini başa vurandan sonra Azərbaycanla əlaqəsini itirməyən iranlı səfir verdiyi açıqlamalarda iki ölkə arasında ticarət əlaqələrinin səviyyəsindən razı olmadığını bildirdi, lakin bununla yanaşı qardaş ölkələr arasında prinsipal problemin olmadığını da qeyd etdi.

Bir də onu vurğuladı ki, gərək bir birinin daxili işlərinə qarşılmasın. Ancaq bu kontekstdə Əfşar Süleymani ilə razılaşmaq çətindir. Çünki İran Azərbaycanda əliyev rejimi tərəfindən şiələrin təqib olunması, hicabın qadağan və hicaba azadlıq tələb edənlərin həbsə salınmasına rəğmən zərif münasibətlərin pozulmaması naminə tələbli addımlar atmır. Əksinə İranın xahişlərini nəzərə almayaraq Azərbaycan hakimiyyəti İsraillə çox sıx əlaqələri qurmaqda davam edir. Səfər barədə gələcəkdə yeni məlumat və təhlillərin olacağını hələ gözləmək olar.
Source : İslamtimes
Comment