0
Saturday 3 May 2014 - 12:09

ABŞ niyə narahatdır?

Story Code : 378785
ABŞ niyə narahatdır?
ABŞ niyə narahatdır?
İranda Həsən Rohani prezident seçiləndən sonra, xarici siyasətindəki ilk zərif konturlar dünya ictimaiyyətinə açıqlanandan sonra həm qərb ölkələrində, həm də region da belə bir fikir formalaşdırdı ki, İranın yeni prezidenti sələfindən fərqli olaraq qərblə münasibətləri nəzərdən keçirə bilər, dialoq olduğu halda ABŞ-la İran arasındakı soyuq münasibətlərin üzərinə fars körfəzinin benzini olmasa da, bir miqdar isti suyunu səpə bilər.

Davos forumu, İran ABŞ arasında aviareysin açılması kimi bəzi səthi ilk addımlar ciddiyyətlə qarşılandı. Düzdür onu da qeyd edək ki, sionist rejimin baş naziri Benyamin Netanyahu İran hakimiyyətinə qarşı öz kinini heç bir halda gizlətmir, əksinə dünya dövlətlərini, xüsusilə də ABŞ-ı İranla daha çox yaxın əlaqələrdən çəkinməyə çağırdı. Lakin Netanyahunun bu hiyləgər çağrışının arxasında nələrin durduğundan təkcə iranlı siyasətçilər yox, elə qərb rəsmiləri də yaxşı anladı və dialoqu davam etdirdi.

ABŞ özünün xoş məramını göstərməyə çalışdı, lakin bir müddət sonra bəlli oldu ki, sionist rejimi Obama hakimiyyətinə nüfuz edə bildi və nəticədə ABŞ rəhbərliyinin günahı üzündən bu dialoq səngidi. Bu günlərdə mətbuatda gedən xəbərlərə görə isə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki İranla Rusiya arasında Azərbaycan üzərindən qurulan enerji sövdələşməsinə dair xəbərlərinə toxunaraq bildirib ki, bu layihələrin reallaşması ABŞ hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Burda söhbət ondan gedir ki, İran öz elektrik enerji sisteminin texniki baxımdan Azərbaycanın tranzitliyi ilə Rusiyanın elektrik enerji sisteminə qoşa bilər.

Layihə ilə bağlı mətbuat İranın enerji naziri Həmid Çitçian bu günlərdə Tehranda Rusiyanın energetika naziri Aleksandr Novakla görüşü ilə bağlı verdiyi açıqlamaya istinad edib. Verilən açıqlamanın təsdiqlənmiş informasiya olması barədə hələlik bir şey demək olmaz. Lakin burda belə bir sual yaranır ki, ABŞ-ın İranla münasibətlərində buzlar əriyirsə, onda nə üçün Dövlət Departamentinin mətbuat katibi, xanım Psaki belə bir açıqlama ilə çıxış edib? Çünki ilk baxışdan haqqında bəhs olunan layihə nə birbaşa nüvə layihəsi ilə bağlıdır, nə də hərbi sahəni əhatə edir.

Məsələ burasındadır ki, ABŞ diplomatları İranla münasibətlərdə yeni səhifənin açılmasını etiraf etsələr də, İslam Respublikasına hələ də etimad göstərmirlər, hələ də düşmənçiliyi davam etdirirlər ki, bu da sionistlərin tələbinə cavab verir. ABŞ rəsmilərinin təlaşı həm də onunla bağlıdır ki, İran öz elektrik enerji sistemi üçün alternativ xarici mənbə formalaşdırdıqda hər hansı bir xarici hərbi müdaxilə nəticəsində yerli elektrik stansiyaları sıradan çıxarsa ölkənin vacib regionları enerjisiz qalmasın və bunu da amerikalılar yaxşı anlayır.

Azərbaycan İran Rusiya arasındakı həmin layihədə təkcə körpü rolunu oynamır, eyni zamanda enerji dəhlizi kimi iqtisdi və siyasi yükün altına girir ki, bu hal da ABŞ üçün əlbəttə arzuolunmazdır. Yəni Obama hakimiyyəti Azərbaycanın enerji layihələrində iştirakını o zaman bəyənir ki, bu layihələrin xeyir duasını ABŞ versin, İran və Rusiyadan isə uzaq dursun. Hələkik ortalıqda layihənin reallaşması kimi bir fakt yoxdur, lakin amerikalıların təlaşı göz qabağındadır.
Source : Islamtimes
Comment