0
Thursday 19 June 2014 - 15:10

Amerika və Sionizmin planı – İŞİD

Story Code : 393449
Amerika və Sionizmin planı – İŞİD
Amerika və Sionizmin planı – İŞİD
Həqiqətən də Sionizm dünyanın xərçəng xəstəliyidir, ondan qurtulmaq üçün yeganə yol onu dünya xəritəsindən silməkdir. Həqiqətən də insanlığın əbədi düşməni olan sionizm olmasaydı dünya necə də rahat şəkildə dövr edərdi və insanlar necə də rahat şəkildə həyat sürərdi. Ancaq nə yazıq ki, şeytan daim fəaliyyətdədir.

Bugün Amerika və sionist İsrail birləşərək müsəlmanlara qarşı açıq şəkildə müharibə aparırlar. Özü də sapı özümüzdən olan baltalar vasitəsilə. Çalışdılar ki, İslamı xaricdən aradan aparsınlar, ancaq nə etdilərsə bunu bacarmadılar. Başladılar daxildən parçalamağa və satqın insanları hiylə vasitəsilə özlərinə cəlb etməyə. Bu vasitə ilə də İslam daxilində, müsəlmanlar arasında həqiqətdə İslam təlimlərindən uzaq olan vəhhabilik adlı bir cərəyan yaratdılar və beləliklə də öz məqsədlərini bu təriqət sahibləri vasitəsi ilə həyara keçirməyə başladılar.

Əsil məqsədləri müsəlmanları zəiflətmək və İslamı qeyri müsəlmanlara terror və vəhşi dini kimi çatdırmaqdan ibarətdir.
Diqqət edin. ABŞ müsəlman ölkələrinə girmək üçün özündən bir plan hazırladı və öz xalqının qanı bahasına olsa belə bu planı həyata keçirdi. Bu plan 2001-ci il 11 sentyabr tarixində həyata keçirildi.

11 Sentybar qondarma terror hücumundan sonra ABŞ hücumu təşkil etməkdə ittiham edilən əl Qaidə terror qruplaşmasını məhv etmək məqsədi ilə Əfqanıstana hücum etdi, minlərlə dinc insan həlak oldu. Sonra İraqa hücum etdi, yenə də minlərlə, hətta milyonlarla insan qətlə yetirildi. Ancaq əsil hədəf əl Qaidə hələ də məhv edilməyib. ABŞ bir neçə müsəlman dövlətini işğal etdi, ancaq bir əl Qaidə terror qrupunu zərərsizləşdirə bilmədi. Əslində heç ABŞ-ın hədəfində bu plan yoxdur. Çünki əl Qaidə sadəcə bir bəhanədir. Girmək istədiyi ölkəyə əl Qaidəni bəhanə edərək girir.

Həqiqətən də təəccüblüdür. Qərb, məxsusən də ABŞ 13 ildir ki, əl Qaidə ilə “mübarizə” aparır, ancaq nə baş verir, əl Qaidə daha da güclənir, hətta qol budaq ataraq əl Qaidə bayrağı altında yeni terror qrupları yaranır. Bu bizə bir həqiqəti deyir. O da budur ki, həqiqətdə əl Qaidə və digər terror qrupları bir başa ABŞ xüsusi xidmət orqanlarının tabeçiliyindədir və bu terror qrupları ABŞ və Sionizmə xidmət edirlər.

Son vaxtlar peyda olmuş yeni terror qrupu İŞİD də açıq-aşkar şəkildə ABŞ və Sionizmin bölgədəki maraqlarına xidmət edir. Qərbin bəzi regional müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi dövlətlər də İŞİD-ə dəstək verirlər. Çünki bu dövlətlər bir tərəfdən Qərbin maraqlarına xidmət edir, digər tərəfdən də regionda Şiə nüfuzunun artmasından qorxuya düşüblər. Artıq düşmən öz həqiqi simasını biruzə verir.

Hizbullah ilə bacarmayan düşmən Suriyanın üstünə hücum etdi. Suriya ilə də bacarmadığını gördükdə İraqın üstünə atıldı. Ancaq Allahın izni ilə artıq orada da məğlub olmaq üzrədirlər. İslamın şir ürəkli aslanları qəhrəmancasına İraqın və müqəddəs şəhərlərin müdafiəsində dayanıblar. Tezliklə Allahın hizbi kafir ordusunu cəhənnəmə vasil edəcək. O gün çox yaxındır.
Source : Islamtimes
Comment